Skip to main content


Ateist həyatındakı İlahi dəyərlər- 1-ci hissə

Ateist əvəzinə ateist yaşayanlar deməyimizin səbəbi, Allahın olmadığını tamamilə inkar edən ateitslərin dünyada sayca çox az olduğudur. Şübhədəki ziqzaqlar, ateist yaşayanlarda Allahı inkarda sabit bir halın olmadığının nişanəsidir. Üstəlik bu gün ateistlik sadəcə fikirdə qalır. Real həyatda onların da Allahın Yəhudi, Xristian və İslam dini vasitəsiylə yer üzərinə endirdiyi insani əxlaq və keyfiyyətlərlə iç içə yaşadığını görürük. Yəni sözdə ateist, praktikada isə Allahın endirdiyi düzgün əxlaq və həyati nizamda yaşayırlar. Belə olanda halda, bu gün dünyada və cəmiyyətimizdə rastlaşdığımız “Ateist”lik iddiasında olanların iddası sadəcə sözdə, sloqanlarda qalır. Praktiki misal olaraq bu gün ateist yaşayanlar tez-tez “Vallah”, “İnşəAllah” kimi kəlimələr və ya bir yaxını vəfat etmiş birisinə Allah rəhmət etsin” bassağlığı kimi kəlimələdən istifadə edirlər. Bu islami anlayış və dəyərlərin onların beyin daxilində mövcud olaraq qaldığının nişanıdır.

Tarix boyunca da, günümüzdə də ateist bir toplum görülməmişdir. Mövcud olduqları yerdə isə limitli saydadırlar . Ateist həyatın düşüncə sistemini (paradigmasını) ortaya qoyacaq, əxlaqi, ictimai və hüquqi dəyərlərini ortaya qoyan bir qaynaq olmadığı üçün ateist bir cəmiyyət meydana gəlməmiş, bunun nəticəsində ateistlik, bir iddia və slogandan kənara keçməmiş və marjinal qalmışdır. Allaha inananlar, bir-birlərini bağlayan prinsipləri bilirlər. Məsələn, can və mal təhlükəsizliyi-əgər inanclarında səmimidirlərsə- bunlar prinsipial ölçüdə məcburidir. Bir-birlərini çox yaxından tanımasalar da, əgər inanclarında səmimi olduğuna şahid olsalar, Allaha inanan iki xarici vətəndaş bir-birinə güvənir. Bu, sözdə deyil tətbiqdə də belədir. Ya bir ateist, ateistlikdə çox səmimi olduğuna şahid olduğu, amma tanımadığı ateistə beləsinə güvənə bilər mi? Onları birləşdirən bir şifahi, yazılı və ya örtülü bir bildiriş var mıdır? Görəsən ateist yaşayan xəstə, köməyə möhtacı olsaydı, köməyinə ilk əvvəl ateistlərmi gələrdi?

Ateist yaşayanlar Xristianların çoxunluq təşkil etdiyi cəmiyyətlərdə, kilsəyə getməsələr də xristianlar kimi, müsəlman bilinən ölkələrdə də məscidə getməsə də, digər müsəlman bilinən insanların həyatına bənzər həyat sürürlər. Ailə, evlilik, kiminlə evləniləcəyi, boşanma, miras, qohum əlaqələri, dürüstlük, yaxşılıq, yardımlaşma, sözə bağlılıq, fərdi məsuliyyət kimi dəyərlər tamamilə ilahi din referanslıdır. Bu bir tarixi faktdır ki, Avropa qaynaqlı hüquq, Roma Huququndan; Roma Hüququ da Tövratdan ilham almışdır.[1]

İlahi din ve Allah, dəyərləri təmsil etməkdədir. Misal olaraq dinin təməli, Müqəddəs kitablar olan və 3500 il yaşa malik Tövratda, 2000 il yaşı olan İncildə və 1400 il yaşı olan Quranda (İsra, Bəqərə, Hucurat, Nisə, Furqan surələri) dilə gətirilən ilahi buyruqlara dayanır. Yer üzəri qurulduğundan bəri, “Öldürməyəcəksən, oğurlamayacaqsan, yalan söyləməyəcəksən, haqsızlıq etməyəcəksən, hər növ pislikdən uzaq duracaqsan, dürüst olacaqsan, ana-atana yaxşılıq edəcəksən” kimi dəyərləri insanlığa yüksək səslə, ən üst səviyyədə, davamlı söyləyən yalnızca Allah ve O’nun elçiləri olmuşdur. Gəlin hər üç kitabdan ayələrə baxaq:

Qurani Kərim: “Allahın haram buyurduğu cana haqsız yerə qıymaz və zina etməzlər. Kim bunları etsə 'ağır bir cəza ilə' qarşılaşar”.[2]

 İncil: “Adam öldürmə, zina etmə, oğurluq etmə, yalan yerə şahidlik etmə, kimsənin haqqını yemə, Ata və anana hörmət göstər”.[3]

 Tövrat: “Məmləkətdə həqiqət, və yaxşılıq, və Allah məlumatı yoxdur. Lənət və yalan, və adam öldürmə və oğurluq, və zinadan başqa bir şey yox; zorbalıq edirlər, və qan üzərinə qan tökülür. Bundan ötrü ölkə yas tutacaq”.[4]

Sağlam düşünən, yaxşının ve düzgün olanın qazanmasını istəyən hansı insan bu dəyərlərə qarşı çıxar ki? Onlara ancaq dəyərləri çeynəyən və nəticədə insani dəyərləri heçə sayanlar qarşı çıxar.[5] 

Ateistlik iddiasında olan şəxs, bunu da iddia edə bilər; mən bu dəyərləri qəbul edirəm, onlara mən də sahibəm ama Allaha inanmıram. Bu söz ziddiyyətli bir ifadədir. Çünki Allaha inanmaq demək, Onun  bildirdiği dəyərlərini mənimsəməkdir. Bəli, dəyərlərin qaynağında Allah vardır. Misal olaraq, hər bir ölkə nizam-intizam üçün qanunlar qəbul edir, insan normal olaraq atacağı addımı bu qanunlar çərçivəsində atır. Qanunlara əməl etdiyi halda, qanunları qəbul edən ölkəni necə inkar edə bilər? Belə isə qanunlar öz-özünəmi kağız üzərinə düşmüş və insanlıar da bu öz-özünə dəyər qazanan kağız parçasına görəmi həyatını formalaşdırmış?

Əxlaqi dəyərlər, Allaha inananlara görə ilahi qaynaqlıdır. Halbuki ateizm müdafiəçiləri üçün əxlaq nisbidir və cəmiyyətin meydana gətirdiyi bir mədəniyyətdir. Hər zaman dəyişə bilər və əsla mütləq deyil. Ateistlərə görə zaman dəyişdikcə bizim qeyri-əxlaqi gördüyümüz bir davranış əxlaqlı görülə bilər ya da bir bölgədə əxlaqi olan bir davranış başqa bir bölgədə qeyri-əxlaqi görülə bilər. Halbuki əxlaqi dəyərlər universaldır. Ateistlərdən ibarət bir cəmiyyəti düşününcə birinə görə əxlaqi olan digərinə görə deyilsə kim kimi nəyə görə məsul tutacaq? Nə etibarsız bir mühit ortaya çıxır. Elə bu fikirlərlə özləri özlərinin ədalət anlayışını təkzib edir.

Ateist yaşayanlardan bu sualı soruşmaq lazımdır: Bütün dünya onlarla ortaq inancda birləşsə, "Allah yoxdur, din yoxdur, sərhəd yoxdur" desə; nəticə olaraq bu vəziyyət insanlıq üçün yaxşılığı, doğruluğu, dürüstlüyü, dostluğu, xoşbəxtliyimi gətirəcək? Tanrını yox saymağı ideologiya halına gətirən cəmiyyət var mıdır? Əgər varsa onların sonu digər 'Allaha və Onun bildirdiyi dəyərlərə inanıram' deyənlərdən daha mı yaxşıya getmişdir? Yoxsa Allah tanımazlığa doğru sovrulma daha çox istismarı, əxlaqsızlığı və qırğınlarımı gətirmişdir? Avropalılar 16.cə əsrdə dindən və ilahi dəyərlərdən uzaqlaşmaqla dünya mənfəətinə o qədər həris oldular ki, 2 dünya müharibəsinə səbəb oldular, milyonlarla Amerika hindularını yer üzündən sildilər.[6]  Nəticədə əxlaq Allah və haqq-hesab günü inancını itirmiş bir insan üçün  Avropalı filosofun  da dediyi kimi əhəmiyyətsiz bir anlayışa çevrilər: “Əxlaq uzun və qorxusuz bir saxtakarlıqdır”.[7]

Bu gün görəsən bir ateist ən çox ateistəmi güvənir? Xeyr bu gün ateist yaşayanlar da ilahi dəyərlərdən biri olan-valideynlərə, bacıq-qardaş və ən yaxın dostlara inanmaqdadırlar. İnsan ateistlik iddiasında olsa da bir çox halda güvəndiyi, bel bağladığı ailəsi, yaxınları Allahını tanıyan insanlar olur.  İlk öncə ailəyə olan güvən hissi insandan tutmuş heyvanlara kimi bütün canlılarda Allahın kodlaşdırdığı bir instinktdir. Bu instinkt vahid bir güc tərəfindən bəxş edilmirsə necə olur ki, milyardlarca varlıq eyni hissi paylaşır? Halbuki bu gün biz bir markaya malik bütün avtomobillərdə eyni xüsusiyyətin olmasını onu istehsal edən şirkətin bu marka nəslinə tətbiq etdiyi xüsusiyyət olduğunu etiraf edirik. Əsrarəngiz əsər görərkən onun memarını xatırladığımız halda, bütün canlılarda eyni xüsusiyyətlərin bir memarı yoxdurmu? Milyardlarca təsadüf ola bilrəmi?

Görəsən ateistlərin çoxluq təşkil etdiyi bir cəmiyyət olsaydı, o zaman oğurluq, yalançılıq, fırıldaqçılıq və s. dahamı az olardı?  Lakin gerçək İslamı qaydalarla yaşayan toplumda bunları görmək mümkündür. Bu gün statistika göstərir ki, Allahın qanunları (şəriət) ilə məhkəmələrdə hökm verilən ölkələrdə cinayət  səviyyəsi, dünyəvi qanunlarla hökm verilən ölkələrinkindən xeyli azdır. [8]. Bu əslində cəmiyyətdə real ədalətin mənbəyini, bu mənbəyi tətbiq etmənin nizam-intizama təsirini göz önünə qoyur.

 ikinci hissəyə keçid: Ateistin həyatındakı ilahi dəyərlər - 2-ci hissə

üçüncü hissəyə keçid: Ateistin həyatındakı ilahi dəyərlər – 3-cü hissə

QAYNAQLAR

[1] Peter Schafer, “The Talmud Yerushalmi and Graeco-Roman Culture, Volume 3”, J.C.B.Mohr, Germany, 2002

[2] (Furqan Surəsi, 68 ayə)

[3] (Mark, 10: 19 ayələr)

[4] (Hoşea, 4: 1-3 ayələr)

[5] Turqut Çiftçi “Ateizmde ve Deizmde Paradigma Sorunu”, Hak ve Adalet yayinlari, 20 Kasım 2008

[6] Bax,“500 Years of  Indigenous Resistance”(500 illik Aborigen müvaqiməti) Oh-Toh-Kin, Vol. 1 No. 1, Winter/Spring 1992

[7] Friedrich Nietzsche “Beyond Good and Evil” maddə 291

[8]Bax, Hamid R. Kusha, “Revisiting the Islamic Shariah Law in Deterring Criminality “Cinayətkarlığın qarşısının alınmasında Şəriətin Roluna baxış”), CJİ Archives, April – 1998, Vol14 - Issue15