Skip to main content


Sual: Yeni yaranan və son zamanlar adı tez-tez hallanan “Həbəşilər” kimlərdir? Əqidələrindəki yanlışlar nələrdir? Onlara qarşı münasibətimiz necə olmalıdır ?

Cavab: Allaha həmd olsun. Peyğəmbərə, onun ailəsinə   və əshabına salat və salam olsun.

Həbəşilər Abdullah adlı Efiopiya əsilli bir həbəşiyə nisbət olunan qrupdur. O 1950-ci ildə Livana gəlmiş, öz ətrafına camaat toplamış və öz fikirləri ilə onları yetişdirmişdi. Fikirləri o qədər yayılmışdı ki, Livanda tez-tez rast gəlinən bir şeyə çevrilmişdi. Daha sonra bu cərəyan Amerika, Kanada, Avstraliya və s. kimi ölkələrə də yayılmışdı. 

Bu camaat sifətlər mövzusunda Cəhmiyyə, qədərdə isə Cəbriyyə məzhəblərinin fikirlərini mənimsəmişdir. Bundan başqa onlar sufilərin və batinilərin fikirlərindən də təsirləniblər. Bu camaatın fərdləri səhabələrin bir çoxunu söyür, həmçinin İslam alimlərini təkfir edirlər. 

İsim və sifətdəki əqidələrinə gəldikdə isə, Allahın Özünü vəsf etdiyi bütün sifətləri rədd edir, yalnız qısır ağıllarının təxəyyül etdikləri sifətləri Allaha nisbət edirlər. 

Onlara görə tövhid, yalnız rububiyyət tövhididir və rububiyyət tövhidi Allahı fellərində birləməkdir. Hamıya məlumdur ki, ərəb müşrikləti də tövhidin bu qismini qəbul edirdilər. 

Allah təala buyurur: “Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə – Allah – deyərlər. Necə də haqdan döndərilirlər !”. (Zuxruf 87) 

Əgər onlardan - Göyləri və yeri kim yaratmışdır - deyə soruşsan, mütləq - Onları Qüdrətli və Bilən Allah yaratmışdır – deyəcəklər”. (Zuxruf 9) 

Göründüyü kimi rububiyyət tövhidi ilə təkcə bunu qəbul etmək yetmir. Rubbubyyət tövhidindən başqa tələb olunan başqa bir tövhid bölümü də var ki, bu da uluhiyyət tövhididir.  Bu isə Allahı ibadətdə birləmək, təkləşdirməkdir. Həbəşilər uluhiyyət tövhidi mövzusunda insanların ən nöqsanlılarıdır. Belə ki, ölülərə dua etmək və onlardan yardım istəmək, onlara nəzir demək, daşlara (bütlərə) təbərrük etmək (xeyir duasını istəmək, bərəkətli sanmaq) və s. şirk hesab edilən  əməlləri mübah sayırlar.

Onlar həmçinin Peyğəmbər salləllahu əleyhi va səlləmin sünnətinə müxalif bir çox bidətlərini təzahür edir, səhabələrin bir çoxunu söyür, möminlərin anası Aişəyə radiyallahu anhəyə dil uzadır, vəhy katibi Müaviyə radiyallahu anhunun fasiq olduğunu deyirlər. Onlar iddia edirlər ki, səhabələrin hər biri Əliyə ibn Əbu Talib radiyallahu anhuya qarşı döyüşdə iştirak etmişdir.

Onlar bundan başqa İbn Xuzeymə, İbn Teymiyyə və İbn Qayyim kimi keşmiş islam alimlərini təkfir etmiş, Zəhəbiyə dil uzatmışlar. Müasirlərdən isə, İbn Baz, Albani, İbn Üseymin, Seyyid Sabiq və Seyyid Qutubu təkfirdə çəkinməmişlər. Bunlara qarşı tədbirli olmaq və ehtiyatı əldən verməmək müsəlmanlara vacibdir.

Müvəffəqiyyət Allahdandır.