Skip to main content


Şəriət nədir?- insanların anladığı və əslində olan

 Əssələmu aleykum, qardaşlar və bacılar. Üimdvaram ki, xeyir üzərindəsiniz. Mən “Şəriət” dediyim zaman sizin ağlınıza nə gəlir? Və ya İslam Hüququ? Bəli, bəzi insanlar biz bu ifadəni istifadə etdiyimiz zaman panikaya düşür, ürəkləri tutulur. Məntiqli deyil, ancaq onlar bunu doğru eləmirlər. Yenidən, burada İslamı və müsəlmanları şərləməyi özlərinə biznes etmiş mediya günahlandırılır. Şəriət nədir? O, əlləri kəsmək, kişi və qadını daşlamaqdırmı? Xeyr!
“Şəriət”in mənası su mənbəyi, çiçəklənən bahar anlamındadır. İslam terminologiyasında bu Allahın hakimiyyətidir. Bu, İslam dinində gündəlik yaşayışa və eyni zamanda dini rituallara hökmranlıq edir. Şəriətin beş əsas məqsədi vardır(Məqasidu əl-Şəriəh).
1) İnsan həyatının qorunması 2) İmanın qorunması 3) Ağılın qorunması 4) Sərvətin qorunması 5) Ailənin qorunması
Şəriət cildlər halında nəşr olunmuş bir qanunnamə deyildir. Bu, Allahın hüququnun məqsədidir. Geniş hüquqi konsepiyalar, Amerika hüququ və ya Beynəlxalq hüquq kimi, Şəriət də bir bütövdür, lakin içərisində çox böyük müxtəliflik vardır. Bəs Şəriət haradan gəlir? Dörd qaynaqdan:
1) Müqəddəs kitab-Quran 2) Sünnə-Muhəmməd (salləllahu əleyhi və səlləm) peyğəmbərin sözləri və əməlləri 3) Quran və Sünnəni ilk tətbiq edən müsəlmanlar 4) Müsəlman alimlərin hüquqi dəyərləndirməsi
Müqəddəs kitab Quran Kərim və Hz Muhamməd s.a.s Allah tərəfindən birbaşa ortaya çıxarılmışdır. Sünnə və alimlərin hüquqi dəyərləndirməsini isə insanların səyi ilə Allah ortaya çıxartmışdır. Bu dörd mənbə birlikdə Fiqhi təşkil edir. Fiqh, konkret olaraq tətbiqedilən qaydalara əsaslanır və Şəriətin mənbələrindən tərtib olunur. Onun əlaqəli olduğu çoxlu şeylər vardır: Namaz, oruc, zəkat, həcc (Kəbənin ziyarət etmək), var-dövlət və s. Cəzalandırma isə bunun kiçik bir hissəsidir. Şəriət müsəlmanlara- onlar imanlarında sadiq olduğu müddətcə öz ölkəsinin hüquqlarına qarşı dözümlü olmasını öyrədir. Bu, Şəriətin əmr və qanunu olan məqsədlərindən birinə daxildir. Təəssüflər olsun ki, bu səhv anlaşıldı və bir çox insanlar vardır ki, onlar Googldən doğru olmayan informasiyalar yayırlar. Biz bilməliyik ki, məlumatımız olmadığı bir şey haqqında danışmağımız nə qədər təhlükəlidir. Siz tibbi məsləhətləri yoldan keçən hər hansı bir kimsədən alardınızmı? Xeyr! Siz haqlısınız, sizin ixtisaslı bir ekspertə ehtiyacınız var. Eyni şey digər məsələlər üçün də keçərlidir. Din çox geniş bir anlayışıdır. Bir jurnalistə yaraşmaz ki, televizora çıxsın və aldadıcı terminologiya vasitəsilə bu barədə yanlış informasiyalar yaysın. Cəzalandırma barəsində bir misal: 600 illik Osmanlı hakimiyyətində cəmi bir nəfərin daşqalaq olunmasına dair misal vardır. İndi görürsünüz də media necə işləyir? Gəlin bir neçə şəriət qanunları ilə dünyəvi qanunları müqayisəsinə baxaq və reallığa doğru addım ataq.
Dünyəvi qanunların verdiyi haqlarla bugün topaz, qumar, içki, faiz normal bir fəaliyyət hesab edilir. Lakin topaz və qumarda nə qədər insanın mal-mülkünü itirdiyini hamımız bilirik. Bir çox cinayətlərin məhz içkili ikən insanların rasional düşünmə qabiliyyətini itirdiyi bir vaxtda baş verdiyi heç kimə sirr deyil. Və ya faiz sistemi ilə işləyən bankların nə qədər insanı öz quluna çevirdiyini, insanların varını-yoxunu bank faizlərini ödəmək üçün sərf etdiyini hər gün görmürükmü? Halbuki şəriət bütün bunları qadağan edir, topaz, qumar olmasa, insanlarda pulunu riskı atmaz, asan lakin çox zərərli yollar axtarmaq yerinə, çalışıb öz istedadını ortaya qoymaq üçün cəhd göstərər. İslami banklar faiz sistemiylə işləmədiyi üçün insanlar da həm sıxıntılı anda maddi ehtiyacını həll edər, həm də bitməyən faiz zəncirinin əsiri olmazlar.
Bu gün oğrular insanların malını qəsb edir, cəza olaraq sadəcə bir neçə il yatır sonra azadlığa çıxır və yenidən oğurluq edir. Yəni cəzaçəkmə müəssisəsində keçirdiyi vaxt onun islah olmasına, düzəlməsinə kömək olmur, əksinə daha da azğınlaşır hətta qanuni oğru adı almaqla fəxr edirlər. Nəticədə cəmiyyət hər gün daha çox bu bəla ilə üzləşir. Halbuki şəriət qaydasına görə cinayətlərdə əli kəsilmə fikri istər-istəməz oğrunu bu əməldən çəkindirəcəkdir. Və ya bu düşüncədən imtina etmək istəməyən şəxs artıq istəsə də bu əmələ qayıda bilməyəcəkdir. Deməli bütün cəmiyyət bundan fayda götürəcəkdir.
Sizcə kişinin 4 arvadının olmasımı daha çox qorxuludur, yoxsa kişinin bir neçə qeyri-qanuni məşuqəsinin olmasımı? Hicabmı daha çox qorxuludur, yoxsa qadınların ərindən savayı sevgilisinin olmasımı? İçkinin qadağan edilməsimi daha çox qorxuludur, yoxsa narkotikin orta məktəbdə yayılmasımı? Allaha yaxın olmaqmı daha çox qorxuludur yoxsa tənhalıq hissinə qapılıb intihar edən gənclikmi? 
Əstəğfirullah! Allah bizi bağışlasın, amin. Əgər siz İslam haqqında öyrənmək istəyirsinizsə, onu ixtisas sahibi olan insanlardan, müsəlmanlardan soruşun. İslamafobiyanı yaymaq niyyətində olan qeyri-islami vebsaytlara müraicət etməyin. İbn Əl-Qeyyim (rahiməhullah) deyirdi: “Şəriət bütövlüklə ədalətdir, mərhəmətdir, hikmətdir, firəvanlıqdır. Ona görə də, hər hansı bir qanunnamə ədaləti ədalətsizliklə, mərhəməti qəddarlıqla, firəvanlığı yamanlıqla, hikməti cəfəngiyyatla dəyişdirirsə, bu heç bir zaman Şəriətə məxsus edilə bilməz. Hətta onun müəyyən dəyərləndirmələrə əsaslandığı söylənilsə belə”! Şəriət cəmiyyətin bütünlükdə inkişaf etməsi üçün səy göstərir, edilən fərdi qaydalar əslində hamının rifahı, hamının mənfəəti üçündür. Bu gün içində olduğumuz kapitalist dəyərlər isə fərdləri əsas götürüb cəmiyyətin məhvi ilə məşğuldur. Bütün bunlardan sonra artıq qərarı sizə buraxırıq.
Allah bizə dərin anlama qabiliyyəti versin. Amin!

Qeyd: mövzunun bəzi hissələrinin hazırlanmasında "Sense Islam" kanalından istifadə edilmişdir.