Skip to main content


Tövhid və şirkin mənası

Tövhid Allah təalanı hər bir şəkildə təkləmək, şirk isə hər hansı bir şeyi Ona şərik qoşmaqdır. Alimlərin əksəriyyətinə görə tövhid Allahı zatında, sifətlərində və fellərində təkləməklə hasil olar. Şirk isə, Allah`a zatında, sifətlərində və yaxud fellərində hər hansı bir şeyi şərik qoşmaqdır.

Tövhidin dəlilləri

Allah`ın varlığını, birliyini, hər hansı bir şəriki olmadığını bəyan edən dəlillər olduqca çoxdur. Aşağıda qeyd olunan ayələr bunların bir qismidir:

De:  "Mən də sizin kimi ancaq bir insanam.  Mənə vəhy olunur ki, sizin tanrınız yalnız bir olan Allah`dır”. (Kəhf 110, Fussilat 6)

Halbuki onlar ancaq bir olan Allah`a ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir ilah yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur! (Allah müşriklərin Ona şərik qoşduqları bütlərdən uzaqdır!) (Tövbə 31)

“Allah belə buyurdu: “İki ilah qəbul etməyin.  O  (Allah) yalnız tək bir ilahdır. Ancaq Məndən qorxun” ( Nəhl 51)

“Allah üçün (üç ilahinin) üçüncüsüdür!” – deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allah`dan başqa heç bir ilah yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir. (Maidə 73)

“Ey mənim iki zindan yoldaşım! (Sizə nə bir xeyir, nə də bir zərər verə bilən) ayrı-ayrı ilahlar daha yaxşıdır (ibadət olunmağa daha layiqdir), yoxsa bir olan, (hər şeyə) qadir olan Allah?” (Yusif 39)

“De: “Allah hər şeyin xaliqidir. O birdir, qəhr edəndir (hər şeyə gücü yetən, hər şeyə qalib gələndir!)” (Rad 16)

(Ya Peyğəmbər! Müşriklərə de:) “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!) Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!” (İxlas 1-4)

 “(Ya Rəsulum!) Bil ki, Allahdan başqa heç bir ilah yoxdur”. (Muhəmməd 19)

“Əgər (yerdə və göydə) Allah`dan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır!” (Ənbiya 22)

"Allah Məryəm oğlu Məsihdir", - deyənlər, şübhəsiz ki, kafir oldular. (Onlara) de: “Əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların hamısını məhv etməki stəsə, (bu işdə) kim Ona bir şeylə mane ola bilər? Göylərin, yerlərin və onların arasında olan hər bir şeyin ixtiyarı Allah`ın əlindədir. O, istədiyini yaradar, Allah hər şeyə Qadirdir!” (Maid 17)

“Allah (Özünə) heç bir övlad götürməmişdir. Onunla yanaşı (ibadət ediləcək) heç bir ilah yoxdur. Əgər belə olsaydı, onda heç bir ilah əlahiddə öz yaratdıqları ilə gedər, (öz məxluqatını ayırıb aparar) və onların bir qismi (dünyadakı padşahlar kimi) digərinə üstün olmağa çalışardı. Allah müşriklərin (Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır!” (Muminun 91)

“De: “Əgər Allah`la yanaşı, (müşriklərin) dedikləri kimi, ilahlar olsa idi, onlar Ərş Sahibinə (üstün gəlmək üçün) bir yol axtarardılar” (İsra 42)

Əşari və Maturudilərdən olan kəlam alimləri bu ayələrin son ikisindən ilham alaraq, əqli sübutlarla Allah`ın birliyini və şərikinin olmadığını aşağıdakı şəkildə sübut etmişlər:   Əgər birdən çox ilah olsaydı, kainatda heç bir şey var olmazdı. Çünki birdən çox ilah olduğu fərz edilərsə, bunların ya ittifaq halında olduqları və ya ixtilafa düşdükləri qəbul edilmiş olurdu. Üçüncü bir ehtimal olmazdı.

  1. Əgər bunların ittifaq halında olmaları fərz edilərsə, kainatı yaratmalarında bu ehtimallar olması lazımdır:
  2. Bunlar kainatı birlikdə yaratmışlar. Bu ehtimal mümkün deyildir. Çünki bu hal bir əsərin üzərində iki müəssirin birləşməsini vacib edir və bu da mümkünsüzdür.
  3. Bunlardan əvvəlcə biri bütün kainatı yaratmış və ondan sonra digəri də onu təkrar yaratmışdır. Bu ehtimal da mümkün deyildir. Çünki bu var olanı yenidən var etmək mənasına gələn “Təhsili hasili” olur ki, bu da ilahın şəninə yaraşmayan mənasız bir davranışdır və əqli olaraq da mümkünsüzdür.
  4. Bunlardan biri kainatın bir hissəsini, digəri də digər hissəsini yaratmışdır. Bu ehtimal da mümkünsüzdür. Belə ki, bu kainatın bir bölümünü yaratdığı zaman digərinin onu yaratmaq dan aciz olduğunu göstərir. Bu da ilahlığa uyğun deyildir və mümkünsüzdür.

Kəlam alimləri bu izah şəklinə “bir şeyi birlikdə etmək dəlili” mənasına gələn “Burhanut təvarud” adını vermişdirlər.  

  1. Əgər iki ilahın bir-birilə anlaşmadıqları, ixtilaf etdiklərini fərz etsək, missal olaraq biri kainatı var etmək istədiyi və digərinin də onu yox etmək istədiyi düşünülərs əaşağıdakı ehtimallar ortaya çıxmış olar:
  2. Bunların hər ikisinin istədiyi olar. Bu ehtimal mümkünsüzdür. Çünki bu, bir-birinə zidd olan iki şeyin birləşməsidir və bu da mümkünsüzdür.
  3. Bunlardan ancaq birinin istədiyi olur, digərinin isə olmaz. Bu ehtimal da mümkün deyil, çünki bu istədiyi olmayanın acizliyini göstərir. Bu da ilahlığın əksinədir.

Kəlam alimləri buna “Bir-birinə mane olma dəlili” mənasına gələn “Burhanu`t təmənu” adını vermişdirlər.

Görüldüyü kimi bu əqli sübutlar, onların zamanlarında az da olsa əhəmiyyətli olsa da indiki zamanımızda bunların heç bir əhəmiyyəti yoxdur.