Skip to main content


İman

Ata! Biz bir-birimizlə yarışmaq üçün uzaqlaşdıq və Yusifi əşyalarımızın yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru danışsaq da, sən bizə inanmayacaqsan! (Yusuf 17)

  İmanın termin olaraq mənası, Allah təala tərəfindən Muhamməd salləllahu əleyhi və səlləmə göndərilən  şeylərin hamısını qəlblə təsdiq etmək, dil ilə demək və lazımınca əməl etməkdir. Bu, mükəmməl imanın tərifidir.

  Aşağıdada açıqlanacağı kimi,  bəzi alimlər, imanın sadəcə qəlblə təsdiqdən ibarət olduğunu, digər bir qisim alimlər həm qəlblə təsdiq etmək,  həm də dil ilə deməkdən ibarət olduğunu, bəzi alimlər isə imanın qəlblə təsdiq etmək, dil ilə demək və orqanlarla əməl əməl etmək olduğunu demişlər.

  Yuxarıda termin olaraq imana verdiyimiz tərif  əhli sünnət alimlərinin əksəriyyətinin qəbul etdiyi tərif olduğu üçün bizdə bu şəkildə imanın tərifini qəbul edirik. Biz də etiqad edirik ki, əməlsiz bir iman insanı xilas etməz. Çünki, Rəbb`imiz əməlsiz Cənnət vəd etmir.