Skip to main content


Oruc tutana iftar verməyin fəziləti

       İftar vermək sözündən qəsd olunan, oruc tutanı doyuzdurmaqdır. (İbn Teymiyyə)

     Ümmətin sələfi (Peyğəmbərin s.a.s əshabı) digərlərinə yemək yedizdirməyə çalışar və bu əməli ən fəzilətli ibadət hesab edərdilər. Onlardan bəziləri belə demişdir: “Mənim üçün, oruc tutana iftarda sevdiyi şeyi yedizdirmək, İsmayıl övladlarından bir qulu azad etməkdən daha sevimlidir”.

     Abdullah ibn Ömər, Davud ət-Tai, Malik ibn Dinar və Əhməd ibn Hənbəl kimi şəxslər, özləri oruclu olduqları halda iftarını başqalarına verməyi daha üstün görürdülər. Hətta İbn Ömər radiyallahu anhu ancaq yetim və kasıblarla iftar edərdi.

     Həsən əl-Bəsri və Abdullah ibn Mübarək kimi bəziləri də, özləri oruclu olduğu halda müsəlman qardaşlarına iftar yeməyi verər və süfrəyə oturub onlara qulluq edərdilər.

     Əbu Suvar əl-Ədəvi demişdir: “Ədiyy oğullarından bir qtup, bu məsciddə namaz qılırdılar. Bu adamlardan heç biri təkbaşına iftar etməmişdir. Əgər özüylə yemək yeyəcək birini tapardısa, onunla yemeyini (iftarını) yeyərdi, əks halda yeməyini məscidə aparar və insanlarla birlikdə yeyərdi”.

     Yemək yedirmə (iftar vermə) ibadətindən bir çox ibadətlər ortaya çıxır. Bunlardan biri də yemək yeyənlərin bir-birinə sevgi bəsləməsidir.

   Allah Rəsulu salləllahu əleyhi və səlləm bununla bağlı buyurmuşdur: “İman gətirmədikcə Cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədikcə də iman gətirməzsiniz”.                                                                                      Bununla yanaşı əməli-saleh insanlarla birgə oturmaq və onlara yemək verməyinlə itaət
etmələrini təmin edərək savabın hasil olması da yemək yedirməyin faydalarındandır.