Skip to main content


Bəhlul Danəndə və ibrətli sözlər

Bir gün Bəhlul Danəndə yatarkən şahın adamları onu dümsükləyərək oyadır və Şahın əmri var səni çağırır"deyirler. Bəhlul deyinir qalxmaq istəmir. Çox keçməmiş onu yenə oyatmağa başlayırlar. Şahın adamları ayaqla vurub: "Qalx, getməliyik" deyirlər. Bəhlul yuxudan doymamış oyanıb gözlərini ovuşdurur və həmin adamlara acıqlanır, azarlayır. Şahın hüzuruna gəldikdə şah Bəhluldan nə üçün onu oyadan adamlarına acıqlandığını soruşduqda Bəhlul :
"Şahım Çox gözəl yuxu görürdüm. Yuxuda böyük torpaqlarım, sürüylə atım, mal-qaram, ucu- bucağı görünməyən otaqlarım, var- dövlətim var idi. O qədər gözəl bir yuxu idi ki… Kaş ki, məni oyatmayaydılar..."- deyir. Şah istehza ilə Bəhlula baxır və:
"Sən bu saydıqlarını yuxuda görürsən ancaq bütün bunlar indi məndə var», - deyə cavab verir. Bəhlul bir az fikrə gedir, sonra şaha üz tutub deyir: «Şahım, əslində biz ikimizdə yuxu görürük. Sadəcə olaraq, fərq ondadır ki, mənim yuxum mən gözlərimi açanda qurtarır, sənin yuxun isə sən gözlərini yumanda qurtaracaq.»
Qəribə deyilmi ki, 10 manati məsciddə sədəqə olaraq, qoyduqda, bu pul bizə çox böyük bir məbləg kimi görünür, kafelərdə bir fincan kofe üçün bu qədər məbləğ ödüyəndə isə heç uff da eləmirik...
Qəribə deyilmi ki, namaza və ibadətə sərf etdiyimiz bir saat bizə bu qədər uzun görünür, TV qarşısında mənasız, tərbiyəsiz seriallara baxanda bir saat isə bu qədər qısa...
Qəribə deyilmi ki, namazda fikrimizi bir yerə cəmləməkdə çətinlik çəkirik, amma telefonda oyun oynayanda diqqətimiz başqa şeylərə yönəlmir...
Qəribə deyilmi ki, futbol matçının vaxtının uzadıldığını biləndə biz bu qədər sevinirik, amma xutbe həmişəkindən bir neçə dəqiqə çox davam edəndə, üzümüzdə narazılıq ifadəsi yaranır, tez-tez saata baxırıq...
Qəribə deyilmi ki, Qurandan bir neçə ayə əzbərləməkdə nə qədər çətinlik çəkirik, amma edilən dedi-qoduları, müxtəlif boş məzmuna malik mahnı sözlərini isə tez yadda saxlayırıq...
Qəribə deyilmi ki, konsert zallarında adamlar birinci sıralari tutmaq üçün əldən gedirlər, məscidlərdə isə axırıncı sıralar üçün...
Qəribə deyilmi ki, bizlərdən hər birimiz başqalarının günahlarını gördükdə hakim oluruq, öz günahlarımızı gördükdə isə vəkil...
Qəribə deyilmi ki, hamımız Cənnətə girmək istəyirik, amma onu əldə etmək üçün calışmaq istəmirik...
Qəribə deyilmi ki, TV-də deyilənlərə tezcə inanırıq, Allahin Kitabı Quranda yazılanlara isə bu qədər çətinliklə və gec...
Qəribə deyimi ki, Qurandan bir parçanı ya heç oxuya bilmirik ya da bir neçə günə güclə oxuyuruq, amma boş-boş mesajlar, lağlağı mövzuları heç əlimizdən düşmür...
Qəribə deyilmi ki, insan bütün ömrü boyu başqa adamların hörmətini qazanmaq üçün əlindən gələni əsirgəmir, Allahın razılığını qazanmağa gəldikdə isə "vaxtım yoxdur" bahanəsi ilə aradan çıxır...
Qəribə deyilmi ki, kilsəyə gedən xristiana dininə bağlılığı üçün hörmət edirik, məscidə gedən hicablı qızlarımızı "geridə qalmiş " adlandırırıq?...
Qəribə deyilmi ki, bu yazını oxuyan hər bir insan mövzunun aktuallığını etiraf edəcək, amma bütün bu deyilənləri bəlkə də özünə yox, başqalarına şamil edəcək...