Skip to main content


Deyilmi?


Bil, Allah bizləri çəkir sınağa,
Birini qul edir, birini ağa,
Hamısı girəcək qara torpağa,
Hamısı Allahın qulu deyilmi ?
 
Zamanı var əlbət yolu da bəlli,
Bir düşün nələrdir sənə təsəlli ?
Köçürsən dünyadan elə təməlli,
Bu yol da ölümün yolu deyilmi ?
 
Çıxılmaz küçədir hər yolda ölüm,
Və son titrəyişdir hər solda ölüm,
Bu dünya filmdir, Hər rol da ölüm
Hər kəsin sonuncu rolu deyilmi ?
 
Bu nəfsi boğmağa çalışmalıyıq,
Xeyirdə hər zaman yarışmalıyıq,
Həqiqət dəyişmir, barışmalıyıq,
Hər addım ölümün qolu deyilmi?
 
Ömrünü İslama həsr etməlisən,
Bundadır qurtuluş axı bilirsən,
Torpağın altına nəzər eylə sən, “
Kaşki”lər ordusu dolu deyilmi ?
 
Kamran Karani