Skip to main content


Sual 7: Qurban kəsmək istəyən şəxsin tük və ya dırnaq kəsməyinin hökmü nədir?

"Zilhiccənin ilk on günü girdiyi zaman sizdən biri Qurban kəsməyə niyyət edərsə bədənindən tük və dırnaqlarını kəsməsin!"

Məvərdi "Havi" kitabında belə demişdir: “Fəqihlər bu mövzuda üç yerə ayrılmışdırlar.

Birincisi: Şafi məzhəbinə görə bu müstəhəbdir və vacib deyildir, həmçinin bunu edərsə bəyənilmir və lakin haram deyildir.

İkincisi: İmam Əhməd və İshaq ibn Rahəveyhiyə görə bu vacibdir, tük və dırnaqlarını kəsməsi haramdır və hədisin açıq olan mənası da onun haram olduğunu göstərir.

Üçüncüsü: İmam Əbu Hənifə və İmam Malikə görə isə bu sünnət deyildir və tük və dırnaqların kəsilməsi haram deyildir. Çünki həcdə olmayan birinin paltar geyinməsi və ətir sürtməsi caiz olduğu (Həcc ziyarətində olanlar ətir sürtməzlər və ehram paltarında olarlar) kimi bunları da etməsi caizdir.