Skip to main content


Peyğəmbərliyin dəlilləri 1: Gələcək haqqında Verilən Xəbərlər


İslam peyğəmbəri Muhamməd salləllahu əleyhi və səlləmin Allah`ın Rəsulu olmasını sübut edən bir çox faktlar vardır. Bunlardan bəziləri də onun gələcəkdə olacaq hadisələri xəbər verməsidir. Bu məqalədə bu xəbərlərdən bəhs edəcəyik.
 1. Ərəblərin bina tikməkdə bir-biri ilə yarışması
Məşhur Cəbrayıl hədisində Peyğəmbərimiz salləllahu əleyhi və səlləm qiyamətin əlamətlərindən birini zikr edərkən buyurur: “Yalın ayaq, lüt, yoxsul çobanların binaları yüksəltməkdə bir-biri ilə yarışdıqlarını və lovğalandıqlarını görməyindir”. (Buxari, Fitən 25; Əhməd ibn Hənbəl, Müsnəd II/313) Bu hədisin günümüzü necə də əks etdirdiyi əslində hədisi oxuyan hər kəs tərəfindən qəbul olunacaqdır. Yenə də bunu göstərmək üçün Dubayın illər içindəki dəyişikliyinə göz gəzdirməyimiz kifayətdir. Uzun illər əvvəl bədəvilər, çobanlar olaraq yaşayan bu cəmiyyətin dəyişikliyinə baxaq:
Təkcə bununla da bitmir. Səudiyyə Ərəbistanı hazırda Dubayda yerləşən Burc Xəlifə binasından daha yüksək, tam bir kilometr uzunluğundakı “Kingdom Tower”ı inşa edir. Binanın 2020-ci ildə başa çatdırılması gözlənilir.
2. Monqol işğalı
13-cü əsrdə bütün dünyanın kabusu olan monqollar, müsəlmanları 1260-cı ildəki Ayn Cəlut müharibəsinə qədər məğlub etməyə davam etmişdi. Bu proses içərisində bir çox şəhəri xarab etdilər, minlərlə insanı qətlə yetirdilər. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu vəziyyəti də illər əvvəl xəbər vermişdi: “Siz, əcnəbi millətlər, Huz və Kirman qəbilələri ilə savaşmadıqça qiyamət qopmaz! Onların üzləri qırmızı, burunları yastı, gözləri kiçikdir. Sanki, üzləri dəri üzərinə dəri örtülmüş qalxanlar kimidir. Ayaqqabıları da tükdən olacaq”. (Buxari 3368)
Monqol imperatoru Kubilay xana məxsus olan rəsm, Peyğəmbərimiz salləllahu əleyhi və səlləmin verdiyi tərifin nə qədər düzgün olduğunu göstərir. Həmçinin monqol ordusunun “degti” adında, tükdən düzəldilmiş xüsusi ayaqqabılarının olması bu xəbərin nə qədər doğru olduğunu ifadə edir.
 3. Xilafət müddəti
Peyğəmbərimiz salləllahu əleyhi və səlləm özündən sonra xilafətin müddətini bildirərək belə deyib: “Məndən sonra xilafət otuz ildir. Sonra krallıq başlayır”. (Əbu Davud, Sünnət 8; Tirmizi, Fitən 48; Əhməd ibn Hənbəl 4/272; 5/220, 221) 631-ci ilin Rabiu`l-əvvəl ayında vəfat edən Peyğəmbərimiz salləllahu əleyhi və səlləm özündən sonra xilafətin 30 il
olduğunu bildirir. Həqiqətən də otuz il sonra, 661-ci ilin Rəbiu`l-əvvəl ayından Həsən ibn Əli radiyallahu anhu xilafəti Müaviyə ibn Əbu Sufyana təslim etmişdi. Məhz bu ildən sonra
İslam Dövlətinin krallıq dövrü başlamışdı:
4. Ərəb torpaqlarının yenidən yaşıllaşması
Peyğəmbərimiz salləllahu əleyhi və səlləm qiyamətin əlamətlərindən birini belə qeyd edir: “Ərəb əraziləri, yenidən bağçalıqlara və çaylara dönmədən qiyamət qopmaz”! (Müslim 3/201)
 Təxminən otuz il əvvəl yaşıllıqdan əsər olmayan Səudiyyə Ərəbistanının əs-Sirhan Basin vadisi, Buz Dövründən qalma su kütlələrinin pivot suvarma üsulu ilə sahilə çatdırılması nəticəsində bu illər ərzində yaşıllaşmağa başladı. Beynəlxalq Kosmos Stansiyasındakı kosmonavtların çəkdiyi görüntülər vəziyyəti ortaya çıxarır:
Həmçinin Oksford Universitetindən bir heyətin 2014-cü ildə apardığı bir araşdırma, Ərəb Yarımadasının bir vaxtlar çaylar diyarı olduğunu göstərdi. Oksford professoru Mayk Petragliya deyir: “Ərazini hazırlamaq üçün peyk texnologiyasını istifadə edərək, Ərəbistan çölündə on minlərlə məlum olmayan arxeoloji bölgə olduğunu düşünürük. Yarımadada 7000-dən artıq [qurumuş] göl yatağı var, çoxu Səudiyyə Ərəbistandadır. Ərəbistan Səhraları, bir müddət yaşıl vəziyyətdə olub”. (http://www.bbc.co.uk/news/world-middle- east-26841410)
5. Misirin fəthi
Peyğəmbərimiz salləllahu əleyhi və səlləm buyurmuşdur: “Siz Misiri fəth edəcəksiniz. Misir (pula) “kirat” deyilən yerdir. Oranın xalqına xeyir tövsiyə edin. Onların bir zimmət (qorunma), bir də rahim (qan qohumluğu) haqqı vardır”. (Müslim, Fəzailus-səhabə 226, 227) Həqiqətən, Ömər ibn Xəttab radiyallahu anhunun xilafəti dövründə, 642-ci ildə Misir fəth edilmişdi.
Suffagah.com