Fətva verənlər
Müəyyən məsələ haqqında alimin fətvasını ona təqdim etdikdə mənim dəlilim vardır, alimin fətvası mənə önəmli deyildir deyə böyük danışırlar. Sanki alimin o məsələyə fətva verərkən bunun gətirdiyi dəlildən xəbəri yox imiş. SubhanAllah . Məhz buna görədir ki, bu gün müsəlmanlar parçalanır, zəifləyir və dəvətin bərəkəti azalır. Bəziləri bu mənim görüşümdür deyib dururlar. Sanki bunun müəyyən bir görüş ortaya qoymaq səlahiyuyəti vardır. Dəlil gətirərək məsələyə alim yanaşması olmadan öz fikirini bildirir və hətda alim görüşü gətirənləri ittiham edirlər. Belə yerdə deyirlər “Oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı”. Biz isə Allahın izni ilə İslamın bu məsələdə mövqeyini ortaya qoymağa çalışacağiq. Peyğəmbər (sallallahu aleyhi va səlləm)-in varisləri olan əhli–sünnə vəl camaat alimlərinin bu məsələdə baxışlarını və yanaşma tərzini sərgiləməyə səy göstərəcəyik. Müvəffəqiyyət Allahdandır.
Məsələyə başlamamışdan öncə günümüzdə yaranan bu durumun hələ əsrlər öncə RasulAllah (sallallahu aleyhi va səlləm) tərəfindən vəhylə xəbər verdiyi hədisi xatırlatmaq istərdim. Beləki , RasulAllah ( sallallahu aleyhi va səlləm) buyurur: İbn Məsud (ra) RasulAllah (sallallahu aleyhi va səlləmin) belə dediyini rəvayət etmişdir. “Qiyamətdən öncə elə günlər vardır ki, cahillik yayılar, elm ortadan qalxar və hərc-mərclik çoxalar” . Muslimin rəvayət etdiyi hədisdə isə Abdullah bin Amr Allah Rasulunun (sallallahu aleyhi va səlləm) qiyamətə yaxın cahillərin alimlik etməsi, fətva verməsi baradə bunları dediyini xəbər verir: “ Allah insanlardan elmi bir-başa çəkib almaz. Ancaq alimlərin ortadan getməsi ilə elmi alar, hətda alimlər olmadığında insanlar cahilləri başa keçirirlər. Onlara suallar verərlər, o cahillər isə elmsiz fətva verər həm özləri azarlar həmdə digərlərini azdırarlar.” SubhanAllah hədisdə alimlər olmadığında insanların cahilləri başa keçirməsindən söhbət gedir, ancaq indi ele hala qalmışıq ki, alimlərin müəyyən bir məsələ haqqında fətvasını gətirdikdə, alim olmayanların , cahillərin sözlərini onun önünə keçirirlər.
Digər bir hədisdə isə Allah Rasulu (sallallahu aleyhi va səlləm) qiyamətə yaxın əhli olmayan kimsələrin ümmətin ümumi işlərindən danışacağından xəbər verərək deyir: “ O zaman Ruveybida danışacaqdır. Dedilər: kimdir Ruveybida ey Allahın rasulu? O dedi: “Özü bir işə yaramayan, dəyərsiz, səfeh adamdır, ancaq bununla yanaşı özünə aid olmayan, ümumi (bilmədiyi) işlərdən danışar.”
Ruveybida sözünün təfsirində alimlər bir çox mənalar da vermişlər ki, onlardan biri də cahil olduğu halda din adına danışıb fətva verən kimsələrdir. Bu kimsələrə isə günümüzdə hər yerdə rast gəlinir. Bu gün Allahın kitabını nəinki oxumağı bacarmayan heç buna cəhd etməyən kimsələr belə özlərinə aid olmayan böyük məsələlərdən danışır, hökm verirlər. Məhz o kəslərdir ruveybidalar. O ruveybidalara gəl sən öncə ən azı gündəlik üzərinə düşən fiqhi məsələləri öyrən dedikdə , onlar bizə ən əsas bu lazımdır deyir, hətda tələffüzün belə düzgün edə bilmədikləri ayəni dəlil gətirirlər. Bir çoxları Fatihə surəsini belə düzgün tələffüz etmədən oxuyurlar, halbuki Fatihəsiz namaz batildir. Bir çox alimlər Fatihəni düzgün oxumayanın namazınında qəbul olmadığını deyirlər, xüsusəndə bunu öyrənməyə bacarığı olub ancaq öyrənməyən kəslərə. Onların öz məntiqi ilə yanaşsaq ilk hökm verib təkfir etməli olduqları elə məhz özləri və ətrafıdır.
Bütün bunlardan sonra bildik ki, cahillərin ictihad edib hökm verib fətva verməsi, alimlərin sözlərini qəbul etməyib sanki özləri dəlil çıxarmaq, hökm vermək iqtidarındaymış kimi, fətva vermələri qiyamətin əlamətlərindəndir. Bəs fətva verməyə, ictihad etməyə ixtilaf zamanı sözü götürülməyə kimlər haqlıdır , ictihad nədir, fətva nədir bu suallara aşağıda cavab tapmağa çalışaq.
İctihad nədir?
İctihad sözünün dildəki mənası cəhd etmək, səy göstərmək anlamındadır. İstilahda isə ictihad dedikdə bütün şərii biliklərini ortaya qoymaqla üsul qaydalarından istfadə edərək şərii hökmün elan edilməsidir.
İctihad müəyyən məsələrdə ümumi şərii hökmləri bildirməkdir. Açıq nas olan yerdə ictihad yoxdur dedikdə anlaşılan artıq tovqifi məsələləri əhatə edir. Məsələn , namaz, oruc, həcc və orucun vacibliyii bildirmək və s. Bunun kimi dindən bilinməsi zəruri olan məsələlərin qavramında, həmçinin açıq əqidə məsələlərində ictihada ehtiyac yoxdur. Ancaq elə qəti naslar vardır ki, dəlalət etdiyi mənalarda zənni ola bilər. Bu əsasəndə fiqhi məsələləri əhatə edir. Yeni qətilik bildirən Quran ayəsi dəlalət baxımından zənni ola bilər . Məsələn qadının iddət müdəti açıq aşkar ayədə göstərilmişdir. Buna baxmayaraq bunun vaxtının təyin edilməsi alimlər arasına ixtilaf yaratmışdır. Alimlərdən kimisi bu müddətin heyzin başlaması ilə bitməsini, kimisi isə heyz vaxtının sona çatması ilə bitməsini bildirmişdir. Buna misal olaraq Quran və Sünnətdən bir çox misallar vermək olar. Həmçinin açıq nasların mütləq, muqayyad, mücməl, ümumə dəlalət etdiyini yaxud nəsx yaxud mənsux olduğunu da avamlar deyil, alimlər bilməkdədir. Ona görə də bir avamın müəyyən dəlillərlə bir məsələyə hökm verməsi ictihad yaxud fətva hesab olunur ki bu da açıq aşkar sapıqlıqdır. Alimlər ictihad edənin yəni şəri hökmləri dəlillərlə əsaslandıraraq, maslaha və məfsədəni gözləyərək üsul qaydaları əsasında hökm verənin bir çox elmi biliklərə sahib olmasını şərt qoşmuşlardır. Yəni indi yalnız aşağıdakı saydığımız sifətlərə sahib olan kəslər müctəhiddir və yalnız onlar fətva vermək iqtidarındadırlar.
Müctəhid özünün şərii biliklərindən istifadə edib, şərii hökmü elan edən şəxsdir. Müctəhid olan alimlər peyğəmbərin (sallallahu aleyhi va səlləm) varisləridirlər. Çünki Allah Rasulu (sallallahu aleyhi va səlləm) alimləri peyğəmbərlərin varisləri adlandrıb və peyğəmbərlərin yalnız elmi miras qoyduqlarını bildirib. Miraslıq haqqı daşıyan şəxs varisdir. Yalnız varislər öz məuruslarının (miras qoyanın) onlara qoyduqları haqdan istifadə hüququna malikdirlər. Yəni Allah rasulu (sallallahu aleyhi va səlləm)- in qoyduğu elm mirasının istifadə edərək onun adından danışmaq haqqı onun varisləri-alimlərə məxsusdur. Allah rasulu (sallallahu aleyhi va səlləm) öz adından, şəriət adından danışmağa ictihad edib fətva və hökm verməyə yalnız alimlərə icazə vermişdir. Digərlərinin bundan danışması Allah rasulunun (sallallahu aleyhi va səlləm)-in mirasını zorla əldə etməyə bənzəyir. Təbi ki, o mirası əldə etmək hər bir müsəlmanın haqqıdır. Ancaq ona iddialı olan müsəlman bunu boş-boşuna bir iki praşura ,yaxud bir neçə kitablar oxumaqla əldə edə bilməz. Allah rasulunun (sallallahu aleyhi va səlləm) və onun şəriəti adından danışa bilməz. O bu haqqa sahib olmaq üçün alim olmalı və bu zaman içtihad etmə səlahiyyətinə yiyələnə bilmək imkanı əldə edər.
Müctəhid olmağın şərtləri
Müctəhid olmağın şərtləri usul kitablarına əhli sünnət alimləri tərəfindən bu şəkildə tərtib olunmuşdur:
1. İslam- müctəhidin müsəlman olması,
2. Təklif- müctədihidin mükəlləf olması, yəni büluğ vaxtına çatması və ağlı başında olması.
3 Ədalət- ədalət şərtində müctəhidin böyük günahlardan uzaq olması, kiçik günahlarda israr etməməsi, kişiliyinə zərər gətirən şeylərdən uzaq olması- ( təəssüf ki bu gün bir çoxları əllərində siqaret fətva verirlər)
Bunlar müctəhidin özünə məxsus şərtləri idi. Yuxarıdakı sifətləri daşıyan müsəlmanın alim yaxud müctəhid olması və ictihadının qəbul edilən səhih olması üçün aşağıdakı bilgilərə sahib olması gərəkir:
1. Allahın kitabını bilməsi - Qurani Kərim şəriətin əsası olduğu üçün bir müctəhidin qurani kərimi bilməsi mənasını anlaması, nəyə dəlalət etdiyini, nüzul səbəbini,mütləq yaxud müqayyəd olmasını, ümum yaxud xusus ifadə etdiyini, müştərək yaxud mücməl olduğunu, muhkəm yaxud mütəşəbih olduğnu, kəlimələrinin ayrı ayrılıqda, həmdə ifadə halında nəyə dəlalət etdiyini , nəsx və mənsux olan ayələri gözəl şəkildə bilməsi ilk əsas şərtdir. ( ama təəssüf ki, nəinki qurani kərimi bilməyənlər heç yuxarıda adı çəkilən terminlərin mənalarından xəbərləri olmayanlar bunları bilən alimlərin sözü qarşısında oxuya bilmədiyi, yaxud yuxarıda adı çəkilən terminlərlə dərk etmədiyi qurandan dəlil gətirərək alimin səf olduğnu əsaslandırmağa qalxır. Bunu isə səfeh olanlardan başqası etməz. Sanki alimin bunun gətirdiyi ayədən heç xəbəri yox imiş)
2. Sünnəti bilməsi - Bir müsəlmanın müctəhid olmasında ikinci şərt onun sünnəti bilməsidir. Çünki sünnət Quranın əsas şərh mənbəyidir. Sünnət dedikdə nəzərdə tutulan RasulAllahin (sallallahu aleyhi va səlləm) hədislərini bilməsi, əhkam hədislərini əzbərdən bilməsi, hədislərdə olan ifadələrin nəyə dəlalət etməsini anlaması və s. Bununla yanaşı hədislərdə mənanın mütləq muqayyəd, yaxud müştərək, mücməl, yaxud ümum və ya xüsusa dəlalət etdiyini bilməsi də əsas şərtdir. Müctəhid həmdə mustalahul hədis elmində də dərinləşməlidir ki, o hədisin səhihini zəifindən, ravilərin siqasını müdəllisindən, kəzzəbindən ayıra və başqa mühüm tələbləri bilsin.
( Bu gün bir çoxları nəinki on minlərlə hədisi , beş-on hədisi belə sənədi ilə əzbərdən bilmədiyi halda fətva verməyə qalxır, özündən dəlil gətirir. Bu da o şəxsin dəlalətdə olmasına yetərlidir. Allah qorusun)
3. Ərəb dilini bilməsi- Müctəhid olmanın ən əsas şərtlərindən biri də onun ərəb dilini gözəl şəkildə bilməsidir. Çünki ərəb dili Quran və sünnəni anlamaq üçün yeganə mənbədir. Allah st Öz şəriətinin əsaslarını məhz bu dildə göndərmişdir. Ona görə də ictihad edən şəxs ərəb dilinin qramatikasının əsası olan nəhv və sarf elmlərini dərindən bilməli, kəlimənin məcazını, həqiqətini, dəlalət etdiyi mənanı, ifadənin əhatə etdiyi anlayışı dərk etmək üçün, bəlağət , bəyan , məntiq elmlərini də öyrənməlidir.
( Bu gün ərəb dilindən bir-iki söz əzbərliyib, ayn, ğayn hərflərini bir az yaxşı tələffüz edənlər özlərini elm əhli kimi qələmə verir, ərəbcə bir ayə deyib sonra tərcümə edib müəyyən məsələlərə fətva verirlər. Bilmirlər ki, alim olmaq , fətva vermək üçün hələ ayn hərfinin tələffüzü yetərli deyildir. Bunun üçün yuxarıda saydıqlarımız və aşığıda da inşəAllah qeyd edəcəyimiz şərtlər gərəkdir.Halbuki, bununla hədlərini aşır Allah rasulunun (sallallahu aleyhi va səlləm) mirasına xəyanət etmiş olurlar. Bundan Allaha sığınıram)
4. Usul fiqhi bilməsi- Bir müctəhidin usul-fiqhi mükəmməl bilməsi ictihad etmək, fətva vermək üçün ən əsas şərtdir. Çünki bir kəs Quranı və hədisləri bilər ancaq oradan necə hökm çıxarmalı olduğunu, şəri qaydaları dəlillərin üzərinə necə tətbiq etməli olduğunu, dəlillərin nəyə dəlalət etdiyini anlamazsa o dəlili yerli-yerində istifadə edə bilməz və şəriətə zidd əks nəticə alına bilər. Ona görə də bir şəxsin dəlili bilməsi kifayət deyildir, o dəlildən hökm çıxarması üçün usul qaydalarını, dəlilin ümuma ya xüsusa dəlalətini, icmali dəlillərdən istifadə etməyi bilməli, qiyasın səhih yaxud fasid olmasını seçməli, illətləri və onlara ziddiyyət təşkil edən məslələri biməli, istihsan, istihsab, məsalikul mursələ , maslaha , məfsədə və s. usuli qaydalardan istifadə etməni mükkəmməl olaraq tətbiq etmə bacarığında olmalıdır. Ona görə də əhıi-sünnət alimlərindən olan Razi usulu bilməyin əhəmiyyətindən danışaraq deyir: “ Müctəhidin bilməli olduğu ən mühim elm usul fiqh elmidir.” , Ğazali də həmçinin :” İctihadda ən mühüm olanlar- dil, hədis və usul elminə sahib olmaqdır” deyir. Deməli bir məsələyə hökm vermək üçün dəlilləri bilmək yetərli deyilmiş, onlardan istifadə qaydasını bilmək və onları uyğun olaraq tətbiq etmək üçün fiqh usulunu bilmək ən önəmli şərtdir. Ancaq müəyyən məsələlərə hökm edən cahillər düzgün istifadə edə bilmədiyi dəlilləri qarşı tərəf alimlərdən onlara fətva gətirdiyində üstün tuturlar. Sanki həmin məsələyə fətva verən alimlər bu cahilin gətirdiyi dəlildən xəbərsiz imiş, ancaq bu onu tapıb. Bu əlbətdə həddini aşmaq , yerini bilməmək olan sapıqlıq və cahilliyin məhz özüdür. Bundan Allaha sığınırıq.
5. Məqasidu-Şərianı bilmək- bu terminin anlamı şəriətin məqsədlərini bilmək anlamındadır. Yəni şəriətin əsas qayəsini, nazil olma səbəbini, bütün digər qaydaların əsas hansı prinsiplərə söykənəcəyini dərk etməkdir. Bunu isə alimlər 5 qrupa bölüblər. Yəni məqasid şəria dedikdə məhz bu beş əsas nəzərdə tutulur: Dinin, nəfsin, ağılən, nəsəbin və malın qorunması. Yəni bir alim fətva verdiyində, ictihad etdiyində şəriətin əsas məqsədlərini həm ümumi həm də, təfsilatı ilə bilərək cəmiyyətin, insanların məsləhətlərini, onu fəsaddan qoruyacaq və fitnədən uzaq edəcək müamilələri nəzərə almalıdır. Ona görə də alimlər şəriətin əsas qayəsinə zidd olan bəzi hədisləri sənədlə səhih olsa belə, mənaca şaz hesab etmişlərdir. Məsələn əgər bir hədisdə yolu azdıqda mələklərdən bunun üçün kömək dilənər deyə rəvayət gəlibsə, alimlər bu hədisin zəif olduğunu əgər səhih olsa belə mənaca şaz olduğunu bildirmişlərdir. Çünki bu şəriətin qoyduğu əsas prinsipə, duada yalnız Allahdan istəmə prinsipinə ziddiyyət təşkil edir, və ondan daha güclü olan quran və sünnədə duaya və yardım diləməyə dair qəti dəlillərin əks olunması ilə rədd edilir. Beləki uca Rəbbimiz Qurani Kərimdə , RasulAllah svs isə səhih hədislərində duanı məhz Allaha xas qılmağı bizə əmr edir, Dənizdə yollarını azdığında Allahdan yardım diləyən müşriklərin, quruya çıxdığında qeyrilərində yardım diləməyini qınayır. Deməli şəriətin əsas məqsədi dənizdə də quruda da , yolu azanda da, asanlıqda da yalnız Allahdan diləməkdir. Bunu şəriətdə qəbul olunan imamlarımızdan kim etsə də o yenə qəbul olunmaz, çünki İbn Qayyim rahimahullahın da dediyi kimi, Allah Rasulundan (sallallahu aleyhi va səlləm) başqa kiminsə feli (etdiyi əməl) bizə dəlil ola bilməz, səhabələrin fellərində isə ixtilaf edilmişdir.
Deməli buradan da məlum olduğu kimi dəlilin mövcudluğu hələ bir məsələyə hökm verməyə əsas zəmin deyildir. Bunun üçün yuxarıda və inşəAllah hələki qarşıda sayacağımız bütün sifətlərə sahib olmaq gərəkir. Gərək alim olmayan şəxs bir məsələyə hökm verdikdə bütün bunları nəzərə almaqla Allahdan haqqı ilə qorxa ki, bu zəlalətdən əl çəkə bilsin.
6. İcmanın yerlərini bilməsi- İcmanın növlərini bilməlidir dedikdə ümmətin müctəhidlərinin yaxud ümumilikdə ümmətin üzərinə icma etdiyi məsələrə deyilir. Bunu bilməsi ona görə şərtdir ki, hətda o icmaya xilaf ictihad etməsin yaxud fətva verməsin.
7. Öz əsrinin yaxud vaqiənin durumunu bilməsi- Bunu dedikdə nəzərdə tutulan odur ki, müctəhid fətva verdikdə həmdə öz yaşadığı əsrin və fətva verdiyi məkanın problemlərini bilməli, ictimai proseslərdən xəbardar olmalıdır. Məsələn 100 il bundan öncə müyyən bir məsələ üçün verilən fətva günümüzə görə dəyişə bilər. Yaxud bir ölkə üçün verilən fətva başqa bir ölkə üçün keçərli olmaz yaxud da əksinə. Hətda bir şəxsin durumuna görə verilən fətva digərinin durumuna uyğun tam fərqli verilə bilər. Bunun üçün müctəhid olan şəxs həmdə vaqiəni düzgün qiymətləndirməsi lazımdır. Buna biz məzhəblərin tarixində də rast gəlirik. Eyni məzhəbin alimi müəyyən bir məsələdə fərqli görüşlər ortaya qoymuşlar. Səbəb isə zamanın və məkanın yaxudda ki real durumun fərqliliyi olmuşdur. Ona görə də müctəhidə bu biliklərə də sahib olması gərəkir.
Fətva vermək
Fətva ictihaddan daha öndə gedən bir qavramdır. Ilk öncə fətva nədir bununla tanış olaq.
Fətva nədir?
Müəyyən bir məsələyə şəri əsaslara dayanaraq onun haqqında şəriətin hökmünü bəyan etmək fətvadır.
Müəyyən bir məsələ dedikdə şəriətdə sual yaradacaq bir müamilə yaxud digər məsələlər nəzərdə tutulur. Şəri əsaslar dedikdə isə Quran , Sünnə, İcma və səhih qiyas anlamındadır. Şəriətin hökmünü bəyan etmək dedikdə İslamın yəni şəriətin qurucusu Allahın bu məsələyə verdiyi hökm ortaya çıxarılır deməkdir. Yəni fətva vermək Allahın və Onun rasulunun (sallallahu aleyhi va səlləm) adından məsələyə şəri münasibət bildirməkdir. Allah və Rasulu isə onların adından danışacaq olanları müəyyən etmişdir. Uca Allah st Öz kitabında buyurur: “Əgər bilməsəniz , zikr əhlindən soruşun!“ ( nəhl 43) Bu ayənin təfsirində zikr əhlinin alimlər olduğunu bildirmişlər. Yəni müsəlmanlar arasında şəri məsələlərin hökmlərini yalnız alimlər verə bilərlər. Elm tələbələrinin belə bir məsələyə hökm verməyə haqqı yoxdur.Uca Rəbbimiz Özünün və Rasulun (sallalahu aleyhi va səlləm) adından danışmağa yalnız alimləri mükəlləf etmişdir. Alimlərdən başqa kim müəyyən məsələyə dəlil gətirərək hökm verərsə, fətva verərsə bu o kəsin həddini aşması, Allahın onu təyin etmədiyi vəzifəyə iddialı olması deməkdir. Çünki. Rəbbimiz bizi bilmədiyimizdə yaxud aramızda bir ixtilaf düşdükdə o ixtilafı Allah və Rasuluna alimlər vasitəsi ilə döndərməyi əmr etmişdir. Uca Allah buyurur: “Ey iman edənlər, Allaha və Onun elçisinə itaət edin, həmdə özünüzdən olan əmr sahiblərinə itaət edin. Əgər bir şey haqqında aranızda mübahisə ( ixtilaf) düşsə Allaha və Axirət gününə inanırsınızsa, onu (ixtilaf etdiyiniz məsələni) Allaha və rasuluna yönəldin. Bu sizin üçün ən xeyrli və ən yaxşı bir aqibətdir, (çözümdür). (Nisa 59)
Bu ayənin təfsirində alimlər Allaha itaət edin dedikdə Qurana, Rasuluna itaət edin dedikdə sünnəyə tabe olun kimi anlaşıldığını izah etmişlər. “Sizdən olan əmr sahiblərinə” gəlincə isə aşağıdakı təfsirlər mövcuddur.
İbn Munzir özünün təfsirində Cabir ( ra) rəvayət edir ki, o bu ayənin təfsirində demişdir: “Əmr sahiblərinə itaət edin” yəni “fəqihlərə”
Tabiinlərin böyüklərindən olan Ata bin Yəsar isə “Allaha və Onun elçisinə itaət edin, həmdə özünüzdən olan əmr sahiblərinə itaət edin” ayəsini belə açıqlamışdır: “ayədə Qurana, Sünnəyə və elm və fiqh sahiblərinə (alimlərə) itaət edin kimi təfsir etmişdir.” ( Ibn Munzir təfsiri)
Bağavi təfsirində ayənin açıqlamasında deyilir: “İbn Abbas və Cabir (radiyallahu anhuma) demişdir: “Əmr sahibləri alimlər və fəqihlərdir ki, insanlar dinlərini onlardan öyrənirlər. “ Həsən əl Basri, Dahhək, Mücahid ayənin təfsirində əmr sahiblərinin alimlər olmasını nisa surəsinin digər bir ayəsi ilə (nisa 83) isbat edirlər- “ əgər onu (aralarındakı ixtilafı ) RasulAllaha (sallallahu aleyhi va səlləm) və özlərində olan əmr sahiblərinə (çözmək üçün) götürsəydilər, onu bilib istinbat edərdilər ( gərəkən həlli şərii əsaslarla göstərərdilər).”
Deməli yuxarıda göstərilən dəlillər və alimlərin bu dəllilərə açıqlamasına əsasən fətva verməyin əhli alimlərdir. Çünki Rəbbimiz Allah və Rasuluna döndərməyin yolunun alimlərdən keçdiyini göstərmişdir.
İctihad, Fətva və hökm arasında olan fərqlər
Bu şəri istilahların hər birinin özünə məxsus qavramları vardır. İctihad ümumilikdə şəriətin bir məsələyə münasibətini qoyduğu halda, fətva konkret bir məsələyə münasibətini bildirir. İctihad daha ümumidir. Fətva isə sırf müəyyən bir məsələni əhatə edir. Ona görə də bəzi alimlərə ictihadda ədalətli olmağı ixtilaf etsələrdə, fətva verənin ədalət sifətinə sahib olmasında ixtilaf etməmişlər. Çünki o konkret bir məsələdən danışır. Hökm isə icra edilməsi vacib olan qazi yaxud digər səlahiyyətli şəxs tərəfindən verilən fətvadır. Hökm tətbiqinə görə fətvadan daha da spesfik xaraktere malikdir. Son nəticə də isə hər üçüdə Allahın adından, Rasulullahın (sallalahu aleyhi va səlləm) adından yaxud ümumilikdə şəriət adından danışmaq , münasibət bildirmək deməkdir. Ona görə də Allah st bu məsələnin təhlükəliliyindən bizi xəbardar edir və Allah adına əhli olmayanın yalandan danışmağını hər cür fahişəlikdən, şirkdən də daha böyük günahlar sırasına çıxardır. Uca Rəbbimiz buyurur: “De: “Rəbbim həm aşkar, həm də gizli (törədilən) yaramaz əməlləri, (hər cür) günahı, haqsızcasına zülm etməyi,Allahın haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızıvə Allaha qarşı bilmədiyiniz şeyləri danışmağınızı haram buyurmuşdur. ”. ( eraf 33) Ibn Qayyim rahimahullah, özünün “mədaricus səlikin” kitabında bu ayənin təfsirində deyir: “Allaha qarşı elmsiz danışmaq bu günahların ən böyüyüdür və şiddətli günahdır.Buna görə də o günahların ən üstün mərtəbəsində zikr olundu, hansı ki bütün şəriətlər bu əmməllərin ən böyük günahlar olduğuna ittifaq etmişlərdir.” Həmçinin şeyx Useymin rahimahullah Allaha qarşı bilmədiyini danışmağın həmdə əhli olmayanların Allahın dinində fətvalar verməsi də olduğunu bildirərək deyir: “ Əhli olmayanın (alim olmayanın) fətva verməsi, Allah adına elmsiz danışması çirkin bir sapıqlıq və böyük günahdır. Həmçinin bu lənətlənmiş şeytanın yoluna tabe olmaqdır. Beləki Allah subhənəhu va təalə buyurur: “Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir.O sizə pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edir. (Bəqərə 168,169)
Şeyx Useymin rahimahullah özünün “Təhrumul fətva biğayri ilm” ( elmsiz fətva verməyin haramlığı) adlı müraciətində günümüzdə alim olmayan avamların fətva verməsini tənqid edərək deyir: “Ey insanlar, bəzi avamlar (alim olmayanlar-elm tələbələri və sadə müsəlmanlar) özlərinə və qeyrilərinə Allahın şəriətindən olub-olmadığını bilmədən fətva verərək deyirlər, bu haladır, bu haramdır, bu vacibdir. Bu zaman isə o bunun haqqında haqqı ilə bilmir. Allah st qiyamət günü bunu ondan soruşacaq və o özünün və azdırdığı şəxsin günahlarını qiyamətə qədər daşıyacaqdır. Bəzi avamlar bir şəxsin alimlərdən müəyyən bir məsələ haqqında fətva almaq istədiyini görəndə deyirlər ki, bu açıq aşkar məsələdir, bunu soruşmağa ehtiyac yoxdur( yəni əlində dəlili olduğu üçün bu dəlillə hökm verə biləcəyini düşünür) . Bu zaman həmin şəxsə bunun haram olduğunu söyləyir halbu ki, bu şəriətdə halaldır . O bununla Allahın halalını haramlaşdırır.Yaxud Şəriətdə vacib olmayan şeyə vacib, vacib olana qeyri vacib deyərək Allahın vacib etmədiyini vacib edir yaxud da vacib etdiyini isə lazımsız sayır. Şübhəsiz ki, bu Allahın dininə qarşı CİNAYƏTDİR. Həmçinin bunu edən elmi olmayan (alim olmadığı halda fətva verən) o şəxs həm özünə zülm edir həmdə digərinə xəyanət edərək onu özüdə bilmədən aldadır”.
“Bu ona bənzəyir ki, birisi ondan getmək istədiyi ölkənin yolunu soruşur o da bilmədiyi halda onu bir yola yönəldir həmin soruşan adam isə bu səbəbdən yolunu azıb səf yerə gedir. Elə isə bu xəyanət və aldatma deyilmi? Hələ o yolu qoyan bəşər, getmək istədiyi ölkə isə müvəqqəti hesab olunan dünya həyatının bir keçici işidir. Allahın şəriətində alim olmadan , bilmədən yol göstərib fətva verənin halı necə? O şəriət ki Allah st onu Öz rizasını və əbədi qalacağı cənnətini qazanmağa bir səbəb etmişdir. Bəzi avamlar (alim olmayanlar) bir kəsin müəyyən məsələni alimdən soruşmaq istədiyini görəndə onun bəsit olduğunu və dəlil olduğu halda alimdən soruşmağa ehtiyac olmadığını deyirlər.”
Sonra isə şeyx Useymin rahimahullah davam edərək deyir: “ Bu avamlar Allahın kəlamını (dəlil olaraq) deyir ancaq onu Allahın istədiyi anlamda ( dəlili yerində) işlətmirlər.”
Yuxarıda Şeyx Useymin rahimahullah- ın da dediyindən anladıq ki, o elmsiz , alim olmadan fətva verəni ən böyük cinayətkar və xəyanətkar adlandırır. Həmdə onu da qeyd edir ki, onlar (alim olmayan avamlar- istər adi müsəlman, istər də ki, elm tələbəsi olsun- çünki heç brinin fətva verməyə haqqı yoxdur) dəlildə gətirirlər ancaq şəri dəlillərdən istifadə qaydasını bilmədikləri üçün onu yerində tətbiq etmirlər.Bununlada həm özləri azır həmdə azdırdıqları şəxslərin günahlarını da qiyamətə qədər daşıyırlar. Deməli şeyx bildirir ki, hələ dəlilləri bilmək onları düzgün yerinə görə tətbiq etmək demək deyildir. Bunun üçün yuxarıda saydığımız ictihadın şərtləri tam yerində olması lazımdır. Şeyx Useymin rahimahullah bununla bizə bir avamın dəlili olsa belə o dəlili müəyyən məsələyə tətbiq edərək fətva vermək hüququ yoxdur. Əgər belə olsaydı o zaman usul-fiqh elminə ehtiyac olmazdı. Belə ki, bu elm dəlillərdən istifadə qaydasını öyrənir. Avam isə bu elmdən və yuxarıdakı ictihad şərtlərindən məhrumdur. Əgər belə edərsə şeyxin ifadəsi ilə desək Allahın şəriətinə xəyanət etmiş hesab olunur. Bundan Allaha sığınırıq.
Həmçinin bəzliləri alimlərin ümumi sözlərini gətirib müəyyən məsələlərə tətbiq etmək istəyirlər. Həmçinin müəyyən zaman və məkan üçün deyilmiş sözünü başqa bir şərtlər çərçivəsində olan zaman yaxud başqa durumda olan məkana tətbiq etməyə çalışırlar. Şeyx Useymin bunu da səf adlandıraraq bununda avamın işi olmadığını bildirərək deyir:
“Bəzi avamlar elm əhlinin müəyyən sözünü yaxud müəyyən fətvasını nəql edir və alimin istədiyini yanlış anladıqlarından yaxud alim ona verilən sual çərçivəsində cavab verdiyindən o fətvanı yanlış yerə tətbiq edirlər. Bizdə bilirik ki, alimlər elə bir şey deməz yaxud bu cür fətva verməz. Həmçinin onlar alimlərə öz istədiklərini əldə etmək üçün ümumi, yayındırıcı suallar verirlər bununlada o fətvada istifadə edərək arada qarışıqlıq salmağa can atırlar. Beləcə alimdən öz havasına uyğun olan cavabı almaq üçün sözləri yayındırırlar . Bu da həmin alimin sözündən deyil, haqdan yayınmağa can atmaqdır ki, o ən böyük cinayətdir. Qoy insan bundan həzər etsin və bundan Allaha tövbə etsin.”
Şeyx Useymin rahimahullah yuxarıda qeyd etdiki, o kəslər ki, alimlərin sözünü yanlış anlayır onların yaxud alimin ona verilən suala uyğun cavabını digər məsələlərə tətbiq etməyə çalışır yaxud alimlərə ümumi , öz istəklərinə uyğun real vəziyyəti tam təfsilatı ilə təsvir etmədən sual verib sonra onlardan aldığı cavabı başqa mövqeyə tətbiq etmək istəyənlər Allahın dinində ən böyük cinayət işləyən canilərdir. Biz bu cür sapıqlıq və zalalətə günümüzdə də rast gəlirik. Alimə zəng edib ümumi qaydaları soruşur vəziyyəti təfsilatı ilə təqdim etmədən öz nəfsinə uyğun cavab alır sonra isə bunu təfsilat tələb edən və xüsusi ilə soruşulmasına ehtiyac olan bir mövzuya tətbiq edirlər.Həmçinin Şeyx davam edərək o kəslərin durumu haqda bunu deyir: “O kəslər ki, insanları elm əhlindən uzaqlaşdırmağa çalışırlar bununla o alimlərə müxtəlif adlar qoyurlar bu onların haqdan uzaqlaşdırmaq üçün etdikləridir. Qoy insan elm əhli adına yalan danışmaqdan həzər etsin və onlardan nəql etdiyi görüşə diqqətlə və səhihliyini bilərək etsin. O kəslər ki, elmə yeni öyrənirlər (alim olmayan elmə yeni başlayanlar) və onlar elmdə müəyyən dərəcəyə çatmayıblar, məhz o kəslər avamları halal , haram hökmündə Allahın şəriətinə qarşı cəsarətləndiriblər. Belə ki, onlar cahil olduğu mövzularda danışır dəlilləri ümumiləşdir, təfsilat verirlər halbuki onların bu haqda heç bir elmləri yoxdur. Onların misalı əlində bir neçə dirhəm olub bununla böyüklənən fəqirin halına bənzəyir. Onlardan birini dinlədikdə özündən arxayın və digərlərinə müxaliflik etməklə və mücadilə etməklə elə danışır ki, sanki ona vəhy nazil olur.”
Şeyx Useymin rahimahullah- ın dediklərindən anlaşılan odur ki, o bidət və zəlalət əhli əllərində dəlil olduğuna arxayınlaşır ancaq o dəlilin əksini yaxud ümumi mütləq müqayyəd ifadə etdiyini bilmədən Allahın dinində çox cəsarətli danışır və digərlərini alimlərdən uzaq tuturlar. Hətda alimlər onların nəfs və havalarına əks fətva verdikdə onlara müəyyən iftiralar atır, müəyyən adlar qoyub insanları onlardan uzaq tutmağa çalışırlar. O cahil bidət əhli cahil olduğu halda böyük məsələlərdən danışır hətda mənim əlimdə olan dəlilə, yoxsa alimin sözünəmi tabe olum kimi batil sözləri deməkdən belə çəkinmirlər. Sanki alimlər bunların dediyi dəlildən xəbərsizdirlər. Bu sözlər məhz islamda ilk bidət fiqrələrdən olan xəvariclərin sifətidir. Xəvariclər Quran ayələrini öz fəhimlərinə uyğun anlayır, alim səhabələrin fətvalarını qəbul etmirdilər. Məhz o sapmış, azmış firqədə özlərinin əlində dəlillər olduğunu alim olan səhabələrin sözlərinə ehtiyac duymadıqlarını iddia edirdilər. Ancaq İbn Abbas ra. onlarla mübahisə etdiyində onların gətirdikləri dəlillərdən nə qədər cahil olduqları, dəlilləri düzgün tətbiq edə bilməmələri və əksini bilmədikləri isbat olundu. O azmış xəvariclərdən bu munazaradan sonra içərisində səmimi olanları tövbə etdilər. Ancaq səmimi olmayan cəhənnəm köpəkləri, bizim dəlilimiz var alimə (səhabənin izahına ) ehtiyacımız yoxdur deyib dururdular. Sanki səhabələr onların gətirdikləri dəlili heç öncə bilmirdilər. Bu bütün azmış bidət əhlinin xüsusuiyyətləridir. Məhz yaranmış bütün bidət firqələri alimlərdən uzaq düşməklə, dəlilləri öz ağılları ilə yozma səbəbi ilə azmışdılar. Xəvariclərin . mötəzilənin və s. sapıq firqələrin yaranma səbəbi də məhz budur. Günümüzdəki azmış bidət əhli də eyni xüsusiyyətə malikdirlər. Onlar ilk öncə dəlil iddia edirlər və dəlili alimsiz anlayırlar. Əhli sünnətin görüşü budur ki, xüsusən fiqhi məsələrlərdə məhz dəlillər alimlərin izahı ilə anlaşılmalıdır. Hətda alim bir dəlili izah etsə belə onu müəyyən bir məsələyə tətbiq etmək fətvadır ki, bu da avam olan birisinin işi deyildir. Avamın üzərinə düşən alimlərə tabe olmasıdır. Hətda fiqhi məsələlərdə alimin dəlil gətirmədən dediyi söz belə avam üçün dəlildir. İmam Şatibi rahimahullah “Əl Muvafaqat “ kitabında deyir”: Alimin sözü avam üçün dəlildir. Necə ki, nass müctəhid üçün dəlildir.” Əhli Sünnətin böyük alimi olan İmam Şatibi rahimahullah alimin sözünün alim olmayan birisi üçün dəlil olduğunu dedi.Bu ibarəni bir çox əhli –sünnətin böyük alimləri də işlətmişdir. Deməli bir avam müsəlmanın, alimin sözünə qarşı öz əlində dəlil olduğunu iddia edərək çıxması ilk öncə o alimə iftiradır ki, sanki alim o dəlildən xəbərsiz idi. Halbuki alim yuxarıda saydığımız sifətlərə (Quranı, Sünnəni və ictihadın şərtlərini mükəmməl bilən şəxsdir) malikdir. Beləki, əgər bir məsələdə müəyyən bir fətva varsa o fətvaya qarşı avamın dəlillə çıxması onun ya axmaqlığının ya da öz həvasına tabe olmasının göstəricisidir ki, bunu da inşəAllah aşağıda alimlərin sözü ilə izah edəcəyəm. Ancaq avam olan birisi bir məsələdə iki alim görüşü varsa bunlardan birini götürə bilər. Ancaq bir müəyyən məsələdə fətva vardırsa o alimin ümumi görüşü ilə fətvaya qarşı çıxa bilməz. Çünki, həmin fətva həmin yerin durumuna uyğun verilmişdir. Alimin görüşü isə ümumi qaydaları əhatə edir. Deməli alimin yaxud alimlərin müəyyən bir şey haqqında fətvasına qarşı dəlil iddiası və ümumi görüşlə qarşı çıxmaq olmaz. Yuxarıda da dedik ki, fətva ictihaddan daha xüsusi bir hökümdür. Alimlərin fətvasını və görüşünü avam tərəfindən qəbul edilməməsini alimlər havasına tabe olmaq və sapıqlıq adlandırıb. Şeyx Albani rahimahullah deyir: “Mən də İmam Şatibinin dediyini deyirem. Əgər bir avam alimin fətvasına qarşı heç bir şərii üzr olmadan çıxarsa o kəs ilk öncə nəfsi həvasına tabe olmuşdur. Sonra isə O Rəbbimizin subhənəhu təalənin bu ayəsinin hökmünə qarşı çıxmışdır “ Əgər bilməzsəniz zikr əhlindən soruşun.” (Nəhl 43). Görəsən ( alimin sözünü qəbul etməyən insan) bu ayənin hökmündən nə anlayır, Rebbinin bu ayədəki əmrindən nəyi fəhm edir? “
Şeyx Albani Rahimahullah İmam Şatibinin sözünü təsdiqləyərək dəlil olaraq bu ayəni gətirir ki, elm əhlindən soruşmaq Allahın əmridir və o avam birisi üçün dəlildir. Həmçinin bir avam yuxarıda da qeyd etdiyimiz kimi, öz dəlili ilə alimə qarşı çıxması onun bidət və zəlalət əhli olmasını öz nəfsi havasının qulu olmasının göstəricidsidir. Elə isə baxaq görək əhli sünnət alimləri, din adına danışan özü dəlillər gətirərək ondan hökm çıxaran avam haqqında nə deyir və onların durumu nədir?
İmam Əhməddən elmsiz (alim olmadan) fətva verənin halı soruşuldu və o dedi: Əbu Musadan rəvayət olunur ki, o demişdir: O kəs dinindən çıxıb ancaq bundan xəbərsizdir.
İmam Ğazali özünün “İhya ulumid din” əsərində alim olmayanlar ictihad etməsi və fətva verməsi baradə deyir :
"Avamın (alim olmayan adi müsəlmanın) üzərinə düşən sadəcə iman etmələri təslimiyyət göstərmələri, ibadətləri və gündəlik işləri ilə məşğul olub, elmi məsələləri alimlərin üzərinə buraxmalıdırlar. Avam müsəlmanın (alim olmayan birinin) zina və oğurluq etməsi, ona elmdən danışmasından (elmsiz fətva verməsindən) daha xeyirlidir. Çünki, kim Allah və Onun dini haqqında elmdə yüksək dərəcəyə çatmadan( müctəhid olmadan) danışarsa heç özünün də bilmədiyi bir şeylə küfrə düşər. O kəs üzməyi bilmədiyi halda coşub –daşan dəniz dalğaları üzərinə atılan kimidir.
Böyük usul alimi İmam Qarafi “Şərhu tenqidul fusul” əsərində deyir:
"Müctəhid olmayan birinin sənədi səhih olsa belə hər hansısa bir hədislə əməl etməsi caiz deyildir! Belə ki, burada nəsx, təqyid, təxsis və yalnız müctəhidlərin bildiyi digər usuli səbəblərin olması ethtimalı ola bilər ki, bu da həmin hədislə əməl etməyə mane olar. Həmçinin yuxarıda dediyimiz səbəblərdən dolayı avam müsəlmanın (istər elm tələbəsi ,istər adi müsəlmanın) müqəddəs Quranın ayələrinə əsaslanaraq dəlil gətirib hökm verməsi də caiz deyildir!
Avam müslmana vacib olan odur ki o mötəbər bir müctəhidə tabe olsun. Allah təala qatında həmin avam müsəlmanı yalnız bu qurtara bilər.
Üsul elmində Əhli-sünnətin qaynaqlarından biri olan İmam Əş Şatibi “Əl İtisam “ kitabında deyir:
Dəlillərə baxıb onlardan istinbat edərək hökm çıxarmaq,fətva vermək avamların (alim olmayanların elm tələbləri olsa belə) işi deyildir. Şəriətdə bu onlara qəti şəkildə icazəli deyildir. Uca Allah buyurur: " Əgər bilməsəniz, zikr əhlindən (alimlərdən) soruşun."
Müqəllid (elm tələbəsi,adi müsəlman) alim deyildir və onun bir məsələdə elm əhlindən soruşmasından başqası (özünün dəlil gətirib hökm verməsi) doğru deyildir.Avamların mütləq şəkildə dönəcəkləri şəri hökmlərin mənbəyi alimlərdir. (onlar hökmləri bir başa deyil alimlər vasitəsi ilə öyrənə bilərlər).
Müctəhidin sözləri (müəyyən məsələdə fətvası) avama Şarinin (şəriətin Sahibinin) sözü kimidir."
Əhli-Sünnətin böyük alimi olan İmam Şatibi rahimahullah məhz bu elmsiz kimsələrin bidət etdiklərini, öz qıt elmləri ilə hökm verib, fətva çıxarmaları ilə dinə bidətlər gətirdiklərini bildirərək “Əl İtisam” kitabında yenə də davam edərək deyir:
"Elmdə möhkəm olanlar (böyük müctəhid yaxud alimlər) heç vaxt dində bidət çıxarmazlar. Bidət çıxarmaq elmdə mütəməkkin olmayanlar tərəfindən bu elmdə çıxarılır. Buna hədis də dəlalət etməkdədir ki, bu da Allahın köməyi ilə irəlidə təqriri gələcək.(cahillərin alim hesab edilib olardan fətva alma hədisi). İnsanlar, alim hesab etdikləri cahillər tərəfindən bidətlərə düşərlər. Belə olduqda isə ictihadın şərtlərini (hansı ki, biz yuxarıda qeyd etmişdik) daşımayan bir kimsənin ictihad etməsi haramdır. Belə ki, o kəs də avam müsəlmanlardan hesab olunur. (yəni ictihad şərtlərini daşımayan biri də avam hesab olunur). Avam bir müsəlmanın (müctəhid olmayan) dəlillərə baxaraq istinbat etməsi- müəyyən bir məsələ haqqında hökm çıxarması haramdır.
Nəticə
1.Yuxarıdkı araşdırmadan sonra bizə aydın oldu ki, Allah st və Onun Rasulu sallallahu aleyhi va səlləm ictihad etmək və fətva vermək haqqını yalnız alimlərə vermişdirlər və kimdə alim olmadan dəlil gətirərək ictihad edər fətva verərsə Allahın qoyduğu həddi aşmış, Rasulullahın(sav) mirasına xəyanət etmişdir.
2. İctihad etmək və fətva vermək üçün yuxarıda müctəhidin şərtlərini qısa şəkildə də olsa qeyd etdik və o sifətləri daşımayanların alimlik iddiasında olmasının və dəlil gətirib fətva verməsinin batil və haram olduğunu bildirdik.
3. Əhli sünnət alimlərinin qoyduğu usul qaydaları ilə bizə məlum oldu ki, bir kəsin əlində dəlil olması hələ onun müəyyən məsələyə fətva verməsi üçün kifayət deyildir və o şəxs əgər avamdırsa onun dəlil gətirib fətva verməsi haramdır. Yəni bir avamın dəlil gətirib fətva verməsi haramdır. O dəlilin istifadə qaydasını bilmədiyi üçün onu yerində istifadə edə bilməz.
4. Əhli-sünnət alimləri ictihad edib fətva verməyi Allah adına danışmaq adlandırmışdır ki, avam bir kəsin bunu etməsi Allah adına yalan danışmaq hesab olunmuşdur. Həmçinin alim olmayan birinin fətva verməsi əhli sünnət alimləri tərəfindən zina və oğurluq etməkdən də böyük günah hesab edilmiş hətda günah baxımından şirkə bərabər tutulmuşdur.
5. Əhli sünnət alimləri özlərinin usul kitablarında müsəlmanları iki qrupa bölmüşdürlər- alim olanlar yaxud müctəhidlər və avam olanlar yəni müctəhid və alim olmayanlar. Avam olanların içərisində elm tələbələri vardır ki, onların da yalnız alimlərin qövüllərini nəql etmək ixtiyarı vardır. Əhli –sünnət alimləri elm tələbəsinin müctəhidin şərtlərinə sahib olmadıqca fətva vermək ixtiyarının olmamasını bildirmişlər.
6. Əhli –sünnət alimləri alim olmadan fətva verəni Allahının dininə qarşı cinayətkar, Rasulullahın(sav) mirasına xəyanət edən, asi və bidətçi adlandırmışlar. Hətda bəziləri onların bilmədən dindən çıxacaqlarını da demişlərdir. Alimlərin fətvasına qarşı əllərində dəlil olduğunu iddia edərək qarşı çıxanları isə bidətçi olmaları ilə yanaşı axmaq adlandırmışlar. ( Çünki o adam öz qıt elmi ilə alimin bu dəlildən sanki xəbəri olmadığını iddia etməklə öz axmaqlığını göstərmiş olur.)
Bunu yazmaqda əsas məqsədim bu gün müəyyən yerlərdə oturub Allahın dinini oyuncağa çevirən insanlara onların nə qədər təhlükəli yolda olduqlarını çatdırmaqdır. Onlar özlərinin fətva verdiklərindən xəbərsiz ola bilərlər. Amma onlara verdikləri fətvadan sadəcə birini xatırladıram. Allahın evi-məscidlərə sizin dirar deməyiniz Allahın dininə atılmış ən böyük iftiradır. Bu fətvanın özüdür. Yuxarıda da gördünüz ki, sizin bunu dəlil gətirərək demək haqqınız yoxdur. Əhli-Sünnət alimləri bu haqqı sizə tanımayıblar. Sizin bunu deməyiniz fətvadır və buda yuxarıda da deyildiyi kimi Allahın dininə qarşı ən böyük cinayətdir. Hətda bu məsələ də alimlərin fətvası olduğu halda yenə o fətvaya qarşı çıxmağınız Allahın şəriətinə qarşı çıxmağınız deməkdir. Çünki yuxarıda da qeyd etdik ki, alimlərin sözü avama dəlildir. Sizin Allahın evinə dirar deməyiniz necə də böyük bir işdir. Bu o deməkdir ki, oranı zibilxana , tualet etmək olar. Bu isə böyük təhlükənin altına girməkdir. Uca Rebbim buyurur: “Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!
Bizə artıq məlum oldu ki, əhli-sünnətin görüşü odur - elm tələbəsi olsun, adi müsəlman olsun o kəsin dəlillə yaxud alimlərin ümumi sözləri ilə müəyyən bir məsələyə fətva verməsi -hökm kəsməsi haramdır. Alimlər bunu bidət və cinayət adlandırıblar. Bundan tövbə etməyiniz gərəkir. Əgər bundan sonra kimsə bunu edərsə , dəlili olduğunu iddia edib alimlərə qarşı çıxarsa, yaxud özündən hökm kəsər fetva verərsə, o kəs bilsin ki, O ƏHLİ SÜNNƏTİN MƏZHƏBİ ÜZRƏ DEYİL. SADECE BİR BİDƏTÇİDİR. Məhz alimlər o kəsə bidətçi , cinayətkar, asi demişlərdir.
Biz isə Əhli Sünnət olaraq bidətdən və bidətçilərdən bəriyik, onlarla dostluq etmək və onlarla əlaqə etmək şəriətimizdə qadağan olunmuşdur.
Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurur: - Kişi öz dostunun dinindədir. Buna görə də kiminlə dostluq etdiyinizə baxın.
İbn Abbas ra. demişdir: - Bidət əhli ilə oturub-durma. Çünki onlarla oturub-durmaq qəlbləri xəstə edər.
İbn Məsud ra. demişdir: - İnsanlara dostlarına görə qiymət verin. Kişi həm özü kimisi ilə, həm də sevdiyi ilə gəzər.
Fudeyl rahimahullah demişdir: Bidət əhli ilə oturma, bu zaman sənin də üzərinə onların üzərinə enən lənətin enməsindən qorxuram.
• İbn Aun rahimahullah demişdir: - Bidət əhli ilə yoldaşlıq edən, bizim üçün bidət əhlindən də pisdir.
Əbu Davud ra. buyurur: - İmam Əhməddən soruşdum ki, filankəs Əhli Sünnədir, lakin bidət əhli olan biri ilə gəzir. Onunla danışmağı tərk edimmi? İmam Əhməd dedi: - Ona nəsihət et ki, sənin dostluq etdiyin bidət əhlidir. Əgər ondan ayrılsa, nə gözəl... Ayrılmasa o zaman onu da həmin bidət əhlinə qat!
Fudeyl ibn İyad (rahiməhullah) buyurur: - Bidət əhlinin yanında oturma. Bidət sahibi olan kimsənin yanında oturan kəsin qəlbini uca Allah kor edər.
Həmməd ibn Zeyd (rahiməhullah) buyurur: - Yunus mənə dedi ki, mən kimisə bir xoşagəlməz hal üzrə görsəm də, onun xeyrindən ümid üzmürəm, hətta o bidət əhli ilə dostluq edənə qədər. Əgər onu bidət əhli ilə görürəmsə, artıq bilirəm ki, o həlak oldu.
Allahım bidətdən onun əhlindən, sənin dinində elmsiz danışmaqdan və elmsiz fətva verməkdən Sənə sığınıram. Müsəlmanları bundan və bunu edənlərin şərindən qoru. Valhəmdulilləhir Rabbil aləmin.