Ağac şirəsi və təsadüf?
Ağacların üzərində rast gəldiyimiz bu yapışqana bənzər maddə təbii antiseptikdir. Ağac gövdələrində meydana gələn çapıqlar, yarıqlar bu maddə ilə örtülür. Təbii sarğı maddəsi kimi yaranı zərərli mikro orqanizmlərdən, həşəratlardan qoruyur. Arılar bu maddəni toplayırlar, ifraz etdikləri fermentlərlə ağızlarında yoğuraraq PROPOLİS-i meydana gətirirlər. Propolis heç bir yan təsiri olmayan təbii antibiotikdir. Arılar propolisdən izolyasiya maddəsi və antiseptik kimi istifadə edirlər. Yuvalarının yarıq, çatlaq kimi qismlərini propolislə hermetikləşdirirlər. Yuvanın girişində propolisdən keçid düzəldirlər. Tarlaçı-işçi arılar bayırdan gələrkən qanadlarını və ayaqlarını keçiddəki proqolisə sürtərək dezinfeksiya edirlər.
Qeyd edim ki, bir arının ömrü 6-7 həftədir. İşçi arılar yayda əsas məhsulu topladıqları vaxt 40–45 gün, yayın axırlarında yetişən arılar isə yazadək, yeni arılar əmələ gələnədək yaşayır.) Altı həftəlik ömrü olan və kibrit çöpü başlığının yarısı qədər beyni olmayan bir həşərat bunu "təkamül" prosesi nəticəsində öyrənə bilməzdi.
Bu səbəbdəndir ki, Qur'anın Nəhl (bal arısı) surəsində "biz arıya vəhy (ilham) etdik" deyilir.
Bir arı pətəyinin gündəlik həyat fəaliyyətini incələyəndə daha başqa şeylər rast gəlirsən ki, bunu nə "təsadüf", nə də "təkamül" ilə izah etmək mümkün deyil.
Siratəl Mustəqim