Skip to main content


Allah ağacı misal göstərir

Burada Rəbb`imizin qeyd etdiyi ardıcıllığı təəssüflər olsun ki, bir çox müsəlman tam şəkildə başa düşmür. Belə ki, Rəbb`imizin ağacı misal gətirməsi əslində müsəlman toplumunun formalaşdırılmasının minhəci (üsulu) baxımından olduqca önəmlidir.

Biz dəvət fəaliyyəti ilə məşğul olanların ya kökdə-illərlə insanların böyük əksəriyyətinin mükəlləf olmadığı hissələrdə ilişib qaldığını görürük, ya da kök haqqında heç bir söz söyləməyib ağacın budaqlarını gözəlləşdirmək istəyənləri görürük. 

Bu da özü-özlüyündə dəvətin tam mənası ilə anlaşılmadığnı ortaya qoyur.

Əgər kök yoxdursa ağacın gözəlliyinin bir əhəmiyyəti olmaz. Onu ilk sərt külək yıxıb yerlə bir edər. Məs, Allahı və Peyğəmbəri, Quranı lazımınca izah etmədən, sağlam iman formalaşdırmadan namaza təşviq etmək, bünövrəsi olmayan bina üçün daş hörmək kimidir.

Bir kökün üzərində ağac da bitmirsə, o kök özünü ictimai həyatda hiss etdirə bilməz. Müsəlmanlar ideologiyaların bol olduğu bir ortamda öz dinlərinin həm də ideoloji üstünlüyünü sivil metodlarla ortaya qoya bilməzlər. Yəni Allaha imanın nə qədər üstün olduğuna təşviq etdiyi halda, həyatında Quran əxlaqı olmayan, etdiyi gözəl əməllərlə başqalarına örnək ola bilməyən insanın dediklərindən kimsə təsirlənməz.

Kök-tövhid təməlləridir, budaqlar isə tövhid inancına dayanaraq edilən gözəl əməllərdir (Allahın əmrlərini edib, qadağalarından çəkinməkdir). Tövhid kökü üzərində ictimai problemlər ən gözəl şəkildə həllini tapar. Möhkəm kök sağlam budaqların yetişməsinə zamindir. Allahın Quranda əmr etdiyi saf tövhid inancını yaşayan cəmiyyət qadın alveri, narkotik vasitələrin alveri, cinayətkarlıq, mərhəmətsizlik, özbaşnalıq, rüşvətxorluq olmayan bir ağacı qidalandıracaqdır.

Ona görə dəyərli dəvətçilər bir öz fəaliyyətinizə baxın. Sizin fəaliyyətinizdə həm kök həm də ağac varmı? Yoxsa sadəcə olaraq siz ya kökdə ilişmişsiniz, ya da ağacınız kökün üzərində bitmir...