Skip to main content


Gənclərimiz.....

Bu gün gəlinən nöqtədə gəncliyimiz üzərində beynəlxalq bir oyunun oynandığı qəbul edilməkdədir. Gənclik, düşmənlərin beşinci kalon fəaliyyətinin tam hədəfi halına gəlmişdir, gəncliyi öz dəyərlərindən qoparmaq, mənəviyyatından uzaqlaşdırmaq və dinsizləşdirmək fəaliyyəti paralel olaraq davam etdirilir.

Serbiya, Ukrayna, Gürcüsatan və Qırğızıstanda edilən məxməri inqilabların bu şəkildə ortaya çıxarılmış gənclik təşkilatları vasitəsilə müvəffəq olduğunu göz önünə alsaq, bizim də qarşı-qarşıya qaldığımız təhlükənin miqyası daha yaxşı başa düşülə bilər. Bir sıra media, qeyri hökümət təşkilatları, gənclik təşkilatları və s. vasitəsi ilə daha əvvəl rast gəlinməyən bir formada, ağıla gəlməz bir şəkildə cəmiyyəti korlama və düşüncəsizləşdirmə fəaliyyətinə ağırlıq vermişdir. Məşhur türk incəsənət xadimlərindən birinin bu mövzuda dediyi sözlər çox diqqət çəkicidir: “Müsəlman ölkələrində bir kütlə var, vətən-millət qəhrəmanlığı edir, digər bir qisim isə təşkilatlanaraq bu ölkələri çökdürmək üçün çalışır. Pop-star tərzindəki yarışlar da bu planın bir parçasıdır. Bu hal pul və reyting qayğısından daha o tərəfə olan bir məsələdir. Bir cəmiyyətin mədəniyyətini, milliliyini, o cəmiyyəti bir yerdə tutan dəyərləri yox etməyə yönəlmiş plandır. Düşüncəli bir şəkildə tətbiq edilən bu siyasət hələ də davam etməkdədir. Pop-star və sənət günəşi kimi anlayış və yarışlarla xalqa təsir etmək, onları aldatmaq və mənəvi dəyərlərindən uzaqlaşdırmaq üçün qurulan düşünülmüş kampaniyaların nəticəsidir bu vəziyyət. Düşüncəli bir şəkildə bir cəmiyyət batırılır. Onlar bu mədəniyyəti məhv edib yerinə öz mədəniyyətlərini və ya istədikləri mədəniyyəti yetişdirmək üçün pullar xərcləyirlər”.

Bu keçmişi ilə bağlarını zəiflətmiş, hafizəsiz, köksüz, tarixini unutmuş, şəxsiyyət zəifliyi içində, gələcəyi ilə əlaqədar ümidlərini tükətmiş bir gənc nəsil ortaya çıxartmağa yönəlik bir programın planlı bir şəkildə tətbiq edildiyi mənasına gəlir. Tətbiq edilməkdə olan ictimai mühəndislik planı ilə, ictimai dəyişikliyi təmin etmək üçün, əyləncə mədəniyyəti, futbol, arebesk musiqi, televiziya serialları, şans oyunları, pop-star yarışmaları, şou programları, maddi mənfəətlər əhatə edən yarış programları, lüks həyata təşviq edən programlar ilə başda gənclik olmaq üzrə bütün cəmiyyəti uyuşdurub passiv hala salmaq istəyirlər. Media, kütləvi əyləncə mədəniyyəti, virtual bir dünya yaradıb, gənclərin hər növ duyğularını təhrik edərək bütün dəyərlərini yıxmaq məqsədi ilə istifadə edilməkdədir. Qısa yoldan maddi vəziyyətini düzəltmək fəlsəfəsini mənimsətmək bu virtual dünyanın ən mühim məqsədi olaraq ortaya çıxmaqdadır. Qısacası gənclik üzərində əsil təxribat, dəyərlər sistemini erroziya etməklə tətbiq edilməkdədir. Nəsillər arasındakı qarşıdurma alovlandırılmaqda və hər keçən gün dərinləşməkdədir. Ailə daxili gərginlik artmaqda, gənclər ailələrindən, ailələri də gənclərdən şikayət etməkdədir. Bu vəziyyət də ailə daxili güvən hissini məhv etməkdədir.

Dəyərlər sistemi pozulan, gələcəyindən narahat olan, xoşbəxt olmayan, özünə güvənməyən, zəhmətsiz rəhmətin arxasınca olan bir gəncliyin ruhi sarsıntılar keçirməsi və bunları sovuşdura bilməsi üçün narkotik və əyləncə bataqlığının bir peyki halına gəlməsi qaçınılmazdır.

Gələcək qorxusu ilə mədəni çirklənmənin yaratdığı xaos, qlobalizmin yaratdığı zehni qırılma, televiziya mədəniyyətinin uyuşdurma funksiyası, gənclərdə həm özlərinə həm də cəmiyyətə qarşı bir yadlaşma meydana gətirməyə başlamışdır. “Biz kimik?”, “Hansı cəmiyyətin övladlarıyıq?” sualları adətən onlar üçün bir məna ifadə etməməkdədir. Gənclik bir aidiyyat əksikliyini hər keçən gün daha çox hiss etməkdədir.

Televizya və kompyuterə məhkum, dostları olmayan, dostları ilə əlaqə problemləri yaşayan və bir-birinə güvənməyən yeni bir nəsil yetişməkdədir. Bu da psixoloji problemlərə, laqeydliyə və həyatda qeyri müvəffəq olmağa səbəb olur.

Biz ölkəmizin gənclərinə qarşı yürüdülən bu laqeydləşdirmə, manqurtlaşdırma, şəxsiyyət və aidiyyatını unutdurma və ya bir başqa deyişlə “heçləşdirmə” fəaliyyətlərinə laqeyd qalmamalı və bununla mübarizə üçün əlimizdən gələni etməliyik. Bunun üçün başda dini məlumatlar olmaqla, siyasi, mədəni, tarixi, coğrafi və s. bütün sahələrdə gənclərimizi məlumatlandırmaq lazımdır. Onların vəhyin gözü ilə baxan, İbrahimi mövqe sahibi, mədəni, siyasi, iqtisadi, tarixi və s. sahələri əhatə edən, ideologiyasına sahib, Mehmet Akifin “Asımın Nəsli”, Nəcib Fazil Kısakürəyin “Böyük Şərq Nəsli”, Seyyid Qutubun “Lider Quran Nəsli” olaraq adlandırdığı, qlobal mühasirəni yaracaq gənclər olaraq yetişməsini təmin etməliyik.