Skip to main content


Allahın sevdiyi mülayimlik (zəiflik)

Bilirdinizmi, zəifliyin elə bir növü var ki, Allah təalə onu sevir. Siz deyərsiniz ki, bu mümkün deyildir. Belə bir şey mövcud deyildir. Allah təalə güclü olmağı və güclü olanı sevir, güclü mömini, güclü müsəlmanı sevir. Həqiqətən də bu dediyiniz doğrudur. Ancaq zəifliyin elə bir növü vardır ki, Allah təalə onu sevir. Bu, müsəlman qardaş və ya bacılarımıza qarşı nümayiş etdirdiyimiz zəiflikdir. Yaradılış etibarilə onlar elə insanlardır ki, bizim onlara qarşı zəiflik göstərməyimizə səbəb olurlar. Bu, ona görədir ki, Allah Quranda buyurur “Ey iman gətirənlər! Sizdən hər kim dinindən dönərsə, Allah onun əvəzində Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir qövm gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah hər şeyi Əhatəedəndir, Biləndir(Maidə 54). 

Allah təala ayədə, “əzillə” sözünü istifadə edir. “Zull” kəlməsi adətən bibarçılıq, rüsvaylıq mənasında istifadə edilir. Təbii ki, Allah təalə bizim bibarçı və ya ləyaqətsiz olmağmızı istəməz. Əksinə O, bizim nəzakətli olmağımızı istəyir. Allah təalə buyurur: “Onların bəzi təbəqələrinə verdiyimiz fani dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminlərlə yumşaq davran”. (Hicr 88) 

Möminləri təvazökarlıq qanadının altına al! Özünüzü yüksək tutmamalı, öz müsəlman bacı və qardaşlarınızla təkəbbürlə davranmamalısınız. Bu, sizə onlarla mülayim olmağınıza şərait yaradacaq. Başqa sözlə, onlarla mehriban, xoş rəftar edin, onlar barəsində yüksək fikirdə olun, onlarla münasibətdə alicənab, özünü çəkən formada rəftar etməyə cəhd göstərməyin. Bax bu sözügedən mülayimliyin bir növüdür. Bilirsiniz, ümumilikdə bu o demək deyil ki, İslam zəiflik və ya zəif olma ilə barışır. Ancaq öz müsəlman bacı və qardaşlarınla mümkün olduğu qədər nəzakətli, mehriban və səmimi olmalısınız. Bu ona görədir ki, Allah Rəsulu salləllahu əleyhi və səlləm səhih hədislərin birində belə buyurur: “İman səbr və “səməhə”dir”. “Səməhə” sözünün dərin mənaları vardır. Çox dərin mənaları vardır. Onlardan biri bağışlamaq və ya əfv etmək, digəri isə mülayimlikdir. Bu sözün bütün bu gözəl mənalarını biz qardaş və bacılarımız arasında tətbiq etməliyik. Sübhənallah, müsəlmanlar bir-biriləri arasında necə ola bilər ki, bu yolla rəftar etməsinlər? Hətta Allah Rəsulu salləllahu əleyhi və səlləm bunun imanın bir parçası olduğunu söyləmişdir. Bu, müsəlman qardaşınla rəftar etməli olduğun yol, imanın bir parçasıdır. Bu, ona görədir ki, məşhur bir hədisdə deyilir: “Bir gün bir kişi gəldi və onun bir məsələ barəsində düşündüyü görünürdü. O dedi: “Mən bir şeylə sədəqə vermək istəyirəm. Pul ilə yox, ancaq öz şərəfim və iftixarımla”. O deyirdi ki, “Bu gün mənim şərəfim, qürurum məni təhqir etmiş kimsələr üçün olan sədəqəmdir”. Bu, sədəqə üçün bir qədər fərqli konsepsiyadır. O demək istəyirdi ki, qoy kimsə məni təhqir etsin, kimsə xətrimə dəysin, ancaq mən onları bağışladım, mən onları əfv elədim. Buna görə də, növbəti gün Allah Rəsulu salləllahu əleyhi və səlləmbelə buyurdu: “Öz nəfsi, öz şərəfi və öz qüruru ilə gedib sədəqə verən kişi kimdir”. O kişi dedi: “Mən, ey Allahın Rəsulu!”. O buyurdu: “Allah təalə sənin sədəqəni qəbul etdi”. 

Sübhənallah, bəs bizdən neçə nəfər “Əgər hansısa müsəlman bacı və ya qardaş mənim haqqımda nəsə demişsə, arxamca danışmışsa, mənim barəmdə doğru olmayan bir şeyi söyləmişsə, məni günahlandırmışsa, əgər onlardan biri bunu etmişsə, mən onları bağışladım, mən onları əfv elədim. Bu, məndən onlara üçün olan bir sədəqədir” – deməyə hazırdır? Bu, Allahın sevdiyi mülayimliyin, zəifliyin əsl mənasıdır. Elə bir zəiflik ki, biz onu yalnız və yalnız öz müsəlman bacı və qardaşlarımız arasında nümayiş etdiririk. İnşəAllah ki, bu bizim yalnız güclü müsəlman olmağımıza səbəb olacaqdır. İman cəhətdən güclü olmağımıza. Müsəlman bacı və qardaşlarımızı daha qətiyyətli və daha yaxşı dərk etməyimizə yardımçı olacaqdır.

Allah sizi xeyir ilə mükafatlandırsın.