Allahla ünsiyyətə keç
Gəlin bir həqiqətə baxaq. Bir çox insan düşünür: “Mən, vərdişlərimə boyun əydiyimdə pis müsəlman oluram. Namazı vaxtında qıldığımda, məsul olduğum şeyləri yerinə yetirdiyimdə, baxışlarımı azaltdığımda və baxmamaq lazım olan şeylərə baxmadığımda isə yaxşı müsəlman oluram”.
Lakin bu, sizi müəyyən bir yerə qədər aparar. Bir zaman sonra etdiklərinizdən heç bir həzz almadığınızı anlayarsınız. Öz özünüzə “Bütün bu saleh əməlləri etdim, bütün namazlarımı zamanında qıldım, zikrlərimi etdim, dini məsuliyyətləri etdim amma hələ də özümü Allah`a yaxın hiss etmirəm” deyə düşünə bilərsiniz. Bu iman boşluğuna düşənlərin etdiyi, onları müvəqqəti müddətə yaxşı hiss etdirən şeylərə, yəni arzuolunmaz davranışlara dönməkdir. Ağılınıza bu sual gələ bilər: “Dini vəzifələrimi edərkən Allah`a yaxın olmağa çalışmış olmurammı?” – Qısa cavab “bəli”. Potensial olaraq edə bilərsiniz, lakin an etibarilə yəqin ki, ürəyinizin dərinliklərində Ona yaxın olmağı istəyərək, qulluğunuzda Allah`dan daha çox xəbərdar olacaqsınız. Allah ilə ünsiyyətə keçmədikdə, yəni hər gün Ona yaxın olmaq üçün yeni-yeni əməllər etməyə çalışmadıqda, ibadətləri Onun varlığını düşünərək etmədikdə bir müddət sonra ibadətlər adətlərə çevrilə bilər. Yəni edilən standart rituallar artıq insana əvvəlki kimi mənəvi zövq verməz və mənəvi üstünlük qazandırmaz.
Xəbərdar olmaq və ünsiyyət halında olmaq iki müxtəlif şeydir. Allah`dan xəbərdar olma səviyyəsi, bu nümunədə olduğu kimi, insanları Allah`ı bilməyə yönəldir:
Şosedə avtomobil istifadə edirsiniz və bir polis maşını görürsünüz. Bir yerdə kolluqların arasından çıxacaq və sizə cəza yazacaq deyə qorxursunuz. Buna görə xəbərdar olaraq davam edir və sürət limitini aşmırsınız. Bəzən də özünüzü riskə atırsınız və hələ cəza almaqdan da qaçırsınız.
Bir çox insan bütün bu dini öhdəliklərini cəza almamaq üçün edir ancaq Allah ilə əlaqələri bunun kənarına çıxmır. Ürəyimizin dərinliklərində, Allah`ın bir nəzarətçi olduğu və bir səhv işləyər-işləməz insanları tutub cəzalandıracağına dair dərin bir qorxu var. Əksik olan şey, həyatımızı təslim etdiyimiz, sevgi və mərhəmət dolu olan Allah ilə etibara söykənən bir əlaqəyə sahib olmaqdır. Əksik olan şey Yaradıcımıza tam bir bağla doğru olaraq bağlanmaqdır.
Xəbərdar olma və ünsiyyət halında olmağın arasındakı fərqi anlamaq üçün başqa bir nümunəyə baxaq: Biriylə eyni otaqdasınız və həmin adamın otaqda olduğundan xəbərdarsınız. O adamın varlığını bilib kompüterinizi açmayaraq, ətrafı dağıtmayaraq və pis insan olmayaraq ona önəm verə bilərsiniz. Lakin onunla ünsiyyət halında olmaq—oturmağınız, ona maraq göstərməyiniz, onunla danışmaq və onunla birlikdə olmağınızdır.
Allah`dan xəbərdar olmaq bir şeydir lakin həyatınızın xüsusi və dünyəvi anlarında belə, İlahi Varlığı həyatınızda hiss etmək, onunla ünsiyyət halında olmaq başqa bir şeydir.
Bunu bilin ki, çətinlikdə olduğunuzda və ya yalvararkən Allah`a yaxınlığınızı azaltmırsınız, əksinə Ondan kömək istəməklə Onunla ünsiyyətə keçmiş olur və nəticədə daha yaxın olursunuz. Minnətdar hiss etdiyiniz zamanlarda, möcüzə və heyrət verici nemətlərlə əhatə olduğunuzu hiss etdiyiniz zamanlarda da Allah ilə ünsiyyətə keçməlisiniz, Ona şükr edib yenə Ona yaxın olmağa çalışmalısınız. Necə ki Allah Rəsulu s.a.s buyurur: “Möminin işi necə də qəribədir. Allah ona bir şey bəxş etdikdə o şükr edər və bu onun üçün xeyir olar. Allah onu sınağa çəkdikdə o çətinliklərə səbr edər bu da onun üçün xeyir olar. Bu hal ancaq möminə xasdır”. (Müslim) Duanızın gec qəbul olunmasıyla da həvəsdən düşüb Allah`la təması kəsməməliyik. “Çarəsizlik Allah`dan gələn ən gözəl işarədir. Duanın vaxtının gəldiyini göstərir. Gözlərindən yaşlar süzülürsə, gözəl üzün hüzünlüdürsə Rəbbin sənin üçün darıxmışdır, səsini duymaq istəmişdir-deməkdir” (Mövlanə)
İlahi Varlığın, gündəlik həqiqətinizin bir hissəsi olması hissini özünüzə həqiqətən təlqin etmək üçün İlahi Rızaya və ya Allah ilə ünsiyyətinizə mane olan şeyləri, və ya istənməyən davranışlarla məşğul olmaq kimi şeyləri bir kənara buraxın.
Unutmayaq ki, zamanında namaz qılmaq, dini məlumatlar öyrənmək və saleh əməl işləmək kimi təməl nöqtələri yerinə yetirmək əhəmiyyətlidir. Çünki bu Allah`ın bizdən istədiyidir və bizdə Onun razılığını qazanmağı istəyirik. Lakin ünsiyyət və xəbərdar olmaq arasında bir əlaqə olmazsa yalnız bir yerə qədər gedə bilərik. Lakin gün ərzində səhər-axşam zikrləri, yuxudan oyandıqda, yatağa getdikdə, yemək yedikdə, hər hansı bir iş gördükdə Allahı zikr etmək, Onu xatırlamaq insanın imanını artırar və daim Allahın yardımını təmin edər. Uca Allah buyurur: "Möminlərin qəlbinin Allahın zikri və haqdan nazil olan ayələr üçün yumşalması, daha öncə özlərinə Kitab verilmiş, uzun bir müddət keçdikdən sonra isə qəlbləri sərtləşmiş, çoxusu da fasiq olmuş kimsələr kimi olmaması vaxtı gəlib çatmadımı? (Hədid surəsi, 16)
Gəlin bir misala baxaq. Yolla gedərkən uzaqdan yaşlı birisinin çətinliklə yeridiyini görür. Allahla ünsiyyətdə olan müsəlman bunun Allahın rızasını qazanmaq üçün yeni bir fürsət olduğunu düşünər, adam uzaqda da olsa, dəstək üçün ilk özü can atar, qarşısında olan Allahın bəxş etdiyi bu fürsəti qaçırmaz. Çünki Allahın rızasını qazanmaq üçün fürsətləri də məhz Allah bəxş edər və bunu istədiyinə, istədiyi zaman bəxş edər. Peyğəmbərimiz (s.ə.v) buyurur: “Allah bir quluna xeyir diləsə, ona bu xeyir işi etməyə icazə verər” buyurmuşdur. Sahabələr soruşdu: “Allah bunu necə edər, ey Allahın Rəsulu?” Peyğəmbər s.a.s.: “Ölməzdən əvvəl qulunu saleh əməllər etməyə müvəffəq edər” deyə cavab verdi. (Tirmizi, Təqdir, 8) Necə ki, qibti əsgəri yanlışlıqla öldürən və təqib olunduğunu bilərək Misirdən qaçan Hz Musa ac susuz, uzun yol yorğunluğu olsa da Mədyənə çatdıqda gördüyü mənzərədə dərhal nə edəcəyini anlayır. Hər kəsin mal-qarasına su verdiyi halda, kişilərin zorbalığından çəkindiyi üçün kənarda gözləyən 2 qadına köməyə gedir və etdiyi xətanı təmizləmək üçün bunu bir fürsət olaraq görür. Nəticədə Allah ona tezliklə ev, ailə, iş, ruzi, bir sözlə ehtiyacı olan hər şeyi bəxş etdi.
Gəlin başqa bir nümunəyə baxaq. Başına bir sıxıntı, bəla vəya başqası tərəfindən bir əziyyət gəlir. Allahdan xəbərdar olan şəxs bəzən sıxıntı ilk gəldiyi anda dözə bilmir üsyan edir, sonradan peşman olur. Allahla ünsiyyətdə olan şəxs isə bəlanın sınaq olduğunu bilir, səbr edir, Allahdan kömək diləyir. Çünki hər sıxıntının onun bağışlanması və Allah qatında dərəcəsinin artması üçün fürsət olduğunu bilir. Bu barədə peyğəmbər s.a.s buyurur: "Yorğunluq, uzun müddətli xəstəlik, kədər, sıxıntı ve qəmdən tutmuş ayağına batan tikana qədər Müsəlmanın başına gələn hər şeyi Allah onun xətalarını bağışlamağa (qarşılıq) vəsilə qılar." (Buxari Mərda 1,2, Muslim Birr 49)
Allahla ünsiyyətdə olan şəxs səbr etməklə yanaşı, həm də bu sıxıntını nə üçün yaşadığını, bəlkə vaxtilə özünün də buna bənzər etdiyi bir xətasının olduğunu, diqqət etmədiyi bir yanlış xasiyyətinin olduğunu, Allahın bu hadisədən dərs çıxarmasını istədiyini düşünər. Və ya gecə namazına niyət edən lakin xeyli müddət qalxa bilməyən müsəlman bunun səbəbini düşünər, bəlkə də etdiyi xətalardan dolayı Allahın onu namaza qalxmağa kömək etmədiyini anlayaraq narahat olar. Özünü, qüsurlarını kəşf edər və aradan qaldırmaq üçün çalışar. Nəticədə Allaha daha yaxın bir bəndə olmağa başlayar. Uca Allah Qurdan buyurur: "Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır." (Şura surəsi, 30)
Məhz, Allah`la daim ünsiyyətdə olan şəxs qarşısına istənilən ehtiyac sahibi birisi çıxdıqda bunu Allah`ın göndərdiyi və Ona yaxınlaşdıracaq bir vasitə olaraq görər. O gələnə yox, göndərənə baxar və bu hədisi düşünər: Allah Təalə buyurur: “Mənim razılığım üçün bir-birini sevənlərə, mənim razılığım üçün oturub söhbət edənlərə, mənim razılığım üçün bir-birlərini ziyarət edənlərə və bir-birlərinə xərcləyənlərə məhəbbətim haqqdır.” (İmam Malik, İbn Hibban)
Etdiyiniz əməllərdən həzz aldıqda, ünsiyyəti hiss etikdə və bir gün özünüzə “Allah ilə yaxşı bir ünsiyyət qura bilirəm” deyə bildiyinizdə artıq bunu daha yaxşı anlamış olacaqsınız və bu mənəviyyatın tam olaraq nə olduğudur. O İlahi Varlığın həyatımızda təcrübə edilmiş həqiqətidir.