Bunları etməklə insanların haqqına girdiyinizi heç düşündünüzmü?
- Öz Növbəni gözləmədən qabaq sıraya keçmək
ATM qarşısında və ya hər hansı sənəd alımı zamanı və ya digər uzun sıra olan yerlərdə (misal avtomobil tıxacı zamanı) öz növbəni gözləmədən qabaq sıraya keçmək və ya keçməyə çalışmaq bu gün cəmiyyətimizdə az qala normal hal almışdır. Halbuki bu kimi hallar əvvəl orada gözləyən, xüsusilə yay aylarında isti və çətinlikərə səbr edərək növbəsini gözləyən insanlara qarşı ədalətsizlikdir.
- Başqasının Wi-Fi şəbəkəsinə ondan icazə almadan qoşulmaq
Bu gün mobil telefonlarda sürətlə yayılan parol qırma proqramları vasitəsilə insanlar düşünmədən günaha girir, başqalarının haqqını tapdalayırlar. Sahibi ödəniş etdiyi halda həddən çox qoşulma səbəbiylə Wi-Fi xidmətindən lazımınca istifadə edə bilmir. Nəticədə onun mülkündən icazəsiz istifadə edilmiş olur ki, bu da qul haqqıdır.
- İnternet üzərindən icazəsiz paylaşımlar etmək
Bu gün internet insanların həyat tərzinə, düşüncəsinə çox təsir edən bir alətdir. İnsanlar xüsusilə düşünmədən, icazə almadan hər hansı yerdə başqasının şəkillərini çəkərək paylaşır, onun bunun qeybətini edib, böhtanlar atır və xüsusilə doğruluğu bilinməyən xəbər və məlumatları əsas alaraq başqalarının şəxsi işlərinə qarışırlar.
- Avtobuslarda və digər ictimai yerlərdə yüksək səslə musiqi dinləmək, yüksək səslə danışmaq
Bu gün xüsusilə gənclər başqalarını önəmsəmədən nəqliyyat vasitələrində yüksək səslə musiqi dinləyir, ya telefonla bərkdən danışaraq ətrafdakıları narahat edir və ya başqasının mobil yazışmasını gözucu da olsa oxumağa çalışır. Bütün bunlar yanındakı insanların şəxsi rahatlığının pozulmasına səbəb olur ki, bu da qul haqqına girmək deməkdir.
- Haqqın olmayanı yemək
Bu xüsusilə iş yerlərində, liseylərdə və yemək servisi verilən digər məkanlarda yaşanmaqdadır. Belə ki, hər kəsə eyni həcmdə yemək verildiyi halda bəzi şəxslər daha çox yeməy götürür və nəticədə son gələn insanlara çox vaxt yemək çatmır və bu kəslərin haqqı tapdanmış olur.
- Yanındakı insandan kopya çəkmək
İmtahanlar zamanı başqasının cavablarını kopyalamaq tələbələr arasında adi qəbul edilməkdədir. Bu vərdiş onlarda tənbəlliyə səbəb olur və haqq etmədiklərini əldə etmək vərdişi yaradır. Xüsusilə universitet və kolleclərə qəbul zamanı bu cür hallar nəticəsində kopya çəkən artıq bal toplamaqla əslində başqasının haqqı olan yerə qəbul olur və düşünmədən tanımadığı o şəxsin haqqına girmiş olur.
- Rüşvətlə başqasının haqqını tapdamaq
İnsanlar bir çox halda rəqabət zamanı qarşı tərəfə uduzacağını hiss edərək öncədən rüşvətlə öz qalibiyyətini zəmanət altına alırlar. Bu kimi hallar məhkəmə, idman, biznes və s. həyatın fərqli sahələrində baş verə bilər. Bu kimi hallar qarşı tərəfin inamını, özünə güvəni sındırır və gələcək uğurlarını kölgə altına qoyur və onlar artıq cəmiyyətin inkişafına verə biləcəkləri töhfədən imtina edirlər. Bu isə nəinki fərdin haqqı, bəzən cəmiyyətin də haqqına girməyə səbəb olmaqdadır.
- Şirkətin və ya cəmiyyətin malını öz şəxsi mənafeyi üçün istifadə etmək
Misal üçün şirkətdə işləyən şəxs xarici şirkətlər üçün açılmış mobil çıxış xəttindən şəxsi məqsədləri üçün istifadə edir. Yığılan məbləği isə şirkət ödəyir və ya hər hansı ictmai məsələylə bağlı vəsaiti şəxsi ehtiyaclarına xərcləyir. Bu zaman o nəninki həmin qurumun, hətta bütün cəmiyyətin haqqına girmiş olur.
- Kurs işini ev işinə dəyişmək
Bu gün təəssüf ki, bir çox halda tədris mərkəzlərində, müəllimlər müxtəlif kurslarda dərs keçdiyi tələbələrə daha aşağı qiymət müqabilində öz evində dərs keçməyi təklif edirlər. Nəticədə kurslarda tələbə azalaraq bəzən vəziyyət tədris mərkəzlərinin fəaliyyətini dayandırmasına kimi gəlib çıxır. Tələbələri tədris mərkəzi təşkil etdiyi üçün, müəllimlərin bu hərəkətləri ilə tədris mərkəzinin haqqına girirlər.
Bu məqalənin bəzi hissələrinin hazırlanmasında suffagah.com saytından istifadə edilmişdir