Skip to main content


Ürəyin sakitləşməsində Allah'ı anmağın rolu – Dünyəvi araşdırmalar

Məsələn, dinə meyilliliyi zəif olan və ya dinlə heç bir əlaqəsi olmayan insanlarla müqayisədə dindarların ürək xəstəliklərinə 60 faiz daha az tutulması, dindarlarda intihar hallarının 100 faiz aşağı olması (inancları buna qarşı olduğu üçün), onların qan təzyiqinə daha az nisbətdə məruz qalması, siqaret çəkənlər arasında bunun 7-nin 1-ə nisbətdə olması kimi nəticələr ortaya çıxıb (P. Glynn, God: Ph.D “The evidence, the Reconciliation of Faith and Reason in a Postsecular World”, California: Prima Publishing: 1997, pp 80-81).

Təbabət dünyasının vacib elmi mənbələrindən sayılan «Tibbdə beynəlxalq psixiatriya» jurnalında nəşr edilən bir tədqiqatda özlərini inancsız kimi tanıdan şəxslərin həm xəstəliklərə daha çox tutulduğu, həm də ömürlərinin nisbətən qısa olduğu bildirilir. Araşdırmanın nəticələrinə görə, inancsız insanların mədə-bağırsaq xəstəliklərinə yoluxma ehtimalı inanclı insanlara nisbətən iki dəfə, tənəffüs xəstəliklərindən ölməsi hallarının isə 66 faiz çox olduğu ortaya çıxıb.

Psixoloqlar buna oxşar faktları, əsasən, “psixoloji təsir” amili ilə izah edirlər. Bunun mənası isə belə açıqlanır ki, dini inanc insanların mənəviyyatını yüksəldir və mənəviyyat da əxlaqa təsir edir. Məsələn: səmavi dinlərdəki (İslam, xristianlıq, iudaizm) inancları həyatına tətbiq edən insanlar başına sıxıntı, bəla gəldikə bunu Allah`dan bir sınaq olduğunu qəbul edər və ona görə səbir edərək mükafat umarlar. Bu barədə Peyğəmbər salləllahu əleyhi və səlləm buyurur: “Möminin halı nə qəribədir. Çünki onun hər halı xeyirlidir. Bu məziyyət (hal) yalnız möminə məxsusdur. Çünki o sevinərsə şükr edər. Bu isə onun üçün xeyirdir. Başına bəla gələrsə yenə səbir edər. Bu da onun üçün xeyirdir”. (Müslim) Bu şəxs depressiyaya düşməyin əslində problemi həll etməyəciyini anlayır və sızlamaq yerinə həyata davam edib mümkün həll yollarını tapmağa çalışır. Nəticə etibarilə psixoloji olaraq daha az dərdlənən insan özünü daha gümrah hiss edir, pozitiv yaşayır, daha az stress keçirir. Bu gün elm sübut edir ki, əksər xəstəliklərin başında stress, fikir çəkmə və depressiya dayanır.   

Bu açıqlamanın real və haqlı tərəflərinin olması mümkündür, ancaq məsələ dərindən tədqiq ediləndə daha diqqət çəkici bir nəticə hasil olur. Allah`a olan inanc hər hansı bir başqa əxlaqi vəziyyətdən, mənəviyyatdan daha güclüdür. Harvard Universiteti (ABŞ) Tibb Fakültəsinin doktoru Herbert Bensonun dini inancla fiziki sağlamlıq arasındakı əlaqəni tədqiq edən geniş araşdırmaları bu mövzu ilə bağlı diqqət çəkici nəticələr vermişdir. H. Benson özü inancsız bir insan olsa da, o, öz tədqiqatlarında belə qənaətə gəlmişdir ki, Allah`a olan inanc və ibadət insan səhhətinə başqa heç nə ilə müqayisə edilməyəcək dərəcədə müsbət təsir göstərir. Benson heç bir inamın zehnə Allah`a olan inam kimi rahatlıq vermədiyi nəticəsinə gəldiyini açıqlamışdır. (Herbert Benson and mark Stark, Timeless Healing” New York: Simon & Schister:1996, 203)

Niyə imanla insan ruhu və bədəni arasında belə bir xüsusi əlaqə var? Bensonun gəldiyi nəticə onun elə öz ifadəsi ilə desək insan bədəninin və zehninin Allah`a iman gətirməyə görə mütənasib olması faktının təsdiqidir. (Herbert Benson and Mark Stark, Timeless Healing” New York: Simon & Schister:1996, 193).

Təbabətin yavaş-yavaş öyrənməyə başladığı bu həqiqət Quranda “Bilin ki, qəlblər yalnız Allah`ı zikr etməklə aram tapır!” ayəsi ilə xəbər verilmiş bir sirdir. Allah`a inanan, Ona dua edən, Ona güvənən insanların başqalarından həm ruhən, həm də cismən daha sağlam olmasının əsas səbəbi onların yaradılışlarına uyğun davranmasıdır.

İnsanın yaradılışına zidd olan fəlsəfə, sistem və həyat tərzi insanlara həmişə əzab, hüzn, sıxıntı və əziyyət gətirir. Müasir təbabət yuxarıda haqqında qısa da olsa danışdığımız kəşflərin işığında bu həqiqətə çatmaq yolundadır. P. Qlinin ifadəsi ilə desək “Müasir təbabət müalicənin maddi üsullardan başqa da yollarının olması həqiqətini qəbul etmək yolunda inkişaf edir”. (P. Glynn, God: Ph.D “The evidence, the Reconciliation of Faith and Reason in a Postsecular World”, California: Prima Publishing: 1997, pp 60-61).