Skip to main content


Dəstəmaz haqqında bilmədiyiniz 10 heyrətamiz gerçək

Dəstəmaz təmizlikdir və İslamın 5 şərtindən biri olan namazın yerinə yetirilməsi üçün vacib olan bir əməldir. Əbu Hureyrədən rəvayət olduğununa görə Allah Rəsulu s.a.s belə buyurur: Allah təmizdir və sadəcə təmiz olanları qəbul edər". Dəstəmazı əmr etməklə Allah bizim daim təmiz qalmağımızı murad etmişdir. Bu sayədə həm də Allahın hüzuruna gündə 5 dəfə pak, təmiz halda çıxa bilirik. Allahın buyurduğu digər əməllərdə olduğu kimi, dəstəmazda da həm mənəvi həm də tibbi, bioloji faydalar vardır. Məhz Allahın əmrinin nə qədər bizim üçün dəyərli və önəmli olduğunu anlamaq üçün dəstəmazın bioloji faydalarına toxunmağa çalışacağıq.

1. İnsan vücudunda təxminən 700 Bioloji Aktiv Nöqtə (BAN) vardır. Bunların 66 ədədi “aqressiya nöqtəsi” olaraq adlandırılan ekstra aktiv nöqtələrdir. Bu 66 aqressiya nöqtəsindən 61-i dəstəmaz əzalarında yerləşir. Dəstəmaz zamanı həmin əzalar yuyularkən BAN fəallaşır, aqressiya nöqtələri tarazlıq qazanır. Ona görə də dəstəmaz qaydasındakı sıralamaya diqqət etməkdə fayda vardır.

2. Üz yuyularkən mədə, bağırsaqlar, öd kisəsi, sidik kanalları, sinir sistemi bir növ xəbərdar edilmiş olur.

3. Qollar yuyularkən bağırsaqlar, ürək, ağciyərlər, sidik kanalları və qan dövranı aktivləşir.

4. Qulaqlar, təxminən 100 BAN-ın yerləşdiyi və demək olar bütün orqanlarla əlaqəli olan idarə mərkəzidir. Nəticədə qulaqlar məsh edilirkən bütün orqanlara siqnal getmiş olur.

5. Ayaqlar yuyularkən hormon tarazlığını saxlayan, böyümə və artımı nəzarət altında tutan hipofiz, böyrəklər və demək olar bütün orqanların fəaliyyətinə təsir edən BAN-a siqnal getmiş olur.

6. Dəstəmazda akupunktur nöqtələrinin siqnal ötürülməsiylə vücudda enerji və qan dövranı asanlaşır, vücudun dirənişi artır, immunitet sistemi güclənir. Qızdırma artanda soyuq su ilə dəstəmaz almaq qızdırmanı 1.5-2 dərəcəyə qədər düşürür.

7. Dəstəmaz təzyiqi salır, baş ağrısını nisbətən yüngülləşdirir, şəhvət hissini azaldır, mürgüləməni aparır, yorğunluğu azaldır və qəzəbi soyudur. Allah Rəsulu salləllahu əleyhi və səlləm əshabına dəstəmaz üçün ilıq su tövsiyyə edərdi.

Hər dəstəmazda misfak istifadə etmək də önəmlidir. Peyğəmbər s.a.s tez-tez misfaktan istifadə edər, eyni zamanda bunu ümmətinə də tövsiyə edərdi.

1. Misfak dişlərdən əlavə diş ətləri üçün xüsusi önəmə malikdir. 

2. Misfak akupunktur (diş dibi) nöqtələri vasitəsilə diş ətlərinə 28 sinirlə bağlanan beynin, 5 hissiyyat orqanların, əzələlərin, daxili orqanların və böyümə orqanlarının fəaliyyətini tarazlaşdırır.

3. Misfak dişlərdə ağrını azaldır, diş əti xəstəlikləri və diş çürümələrini önləyir. Ağızda zərərli mikrobları öldürür, faydalı olanların yaşamasını asanlaşdırır, hafizənin qüvvətlənməsinə təsir edir. Misfak tətbiq edildikdən sonra 48 saat ərzində təsiri qalır və misfak istifadəsi Allah Rəsulu salləllahu əleyhi və səlləmin sünnətidir.

Unutmayaq ki, biz ilk öncə Allah əmr etdiyi üçün dəstəmaz alır, təmizlənməyə çalışırıq. Həmçinin Allahın əmr etdiyi əməllərdə nə qədər faydaların olmasını bilmək bizim Allaha olan imanımızı və şükrümüzü artırmalıdır. Bizə bu qədər şəfqət, mərhəmət göstərən Allaha qarşı vecsiz, nankor olmaq olarmı? Elə isə tövbə edək, iman edək, şükrün ən gözəl təcəllisi olan namazla Allaha yaxınlaşaq.  

Qaynaq: Aidin Salih: “Gerçək Tibb” (İtmiş şəfanın izində). Suffagah.com