Skip to main content


Xəstəliklərin Şəfasında UD HİNDİ sirri

Ud hindi – şəfaları bitməyən bir bitkidir. Ud hindi insan orqanizmini sanki yeniləyir, bu bitki ilə müalicə olunan zaman orqanizm sanki təzələnir. Birincisi, Peyğəmbərimizdən (salləlləhu əleyhi və səlləm) gələn bir hədislə başlayaq: “Müalicələrin ən yaxşısı həcəmət (qan aldırma) və ud hindi ilə müalicədir”. (Buxari, Tibb Kitabı, Muslim)1 çay qaşığı ud hindi tozunu 1 stəkan qaynar suya qarışdırıb içilə biləcək dərəcəyədək soyumasını gözləyin, sonra 1 çay qaşığı bal əlavə edib yeməkdən yarım saat əvvəl için, bunu gündə iki dəfə, səhər-axşam edin. Alınan qarışım bütün iltihabi xəstəlikləri təkbaşına sağalda biləcək bir gücə malikdir. Bu qarışımın faydasını görmək üçün ən azı bir ay içmək lazımdır. Qanı duruldur, damarları elastikləşdirir, təzyiqi normallaşdırır, beyin qan dövranını yaxşılaşdırır, diqqəti və yaddaşı gücləndirir, zob düyünlərini əridir, faringiti, anginanı qısa müddətə sağaldır, mədəaltı vəz iltihabı (pankreatit) zamanı çox faydalıdır, podaqra şişlərini əridir, qurdqovucudur, şəkər xəstələri üçün əvəzolunmaz şəfa mənbəyidir. Şəkərli diabetin müalicəsi zamanı qarışımda balın dozası azaldılır və ya tamamilə balsız istifadə olunur.  Xroniki qastrit və kolit, revmatizm və revmatoid poliartrit zamanı istifadə olunur, əzələ ağrılarını azaldır, ödqovucudur, öd kisəsi və böyrək daşlarını əridir, bağırsaq xovlarının arasındakı daşları əridir, sistit və böyrək iltihabını sağaldır, immuniteti çox gücləndirir, illərlə çəkən allergiyanı söndürür, xroniki bronxit, astma və vərəm xəstələri üçün şəfa mənbəyidir, damarların mənfəzini təmizlədiyindən və qanı durulaşdırdığından ürək, qan-damar sistemi üçün şəfalıdır.

 
ud hindinin bir neçə qəbul qaydası var:
 
1. Üyüdülmüş ud hindi, yəni bitkinin tozu buruna çəkilir. Əgər sizin burnunuzda və boğazınızda iltihab, tibbi dildə desək, rinit, haymorit, frontit, faringit, angina varsa, hər burun dəliyinə bir çimdik ud hindi tozu olmaqla dərindən çəkilir müalicə vaxtı asqırma ola bilər, bu, normal haldır, asqırmaya əhəmiyyət vermədən müalicənizi davam etdirin, müalicə xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq 10-20 gün aparıla bilər.
 
2. Bir çay qaşığı bal, yarım çay qaşığı ud hindi və bir stəkan suyu qarışdırın, bronxit, astma, ağciyərə su yığılması, vərəm, hepatitlər, cinsi istəyin azalması, sidikqaçırma (enurez), qadınlarda aybaşı pozulması, allergiya zamanı gündə 3 dəfə bu şərbətdən için. Müalicə xəstəlikdən asılı olaraq 10-20 gün çəkə bilər.
 
3. 2 xörək qaşığı ud hindi 200 qram rafinə olunmamış zeytun yağı ilə qarışdırılıb qastrit, kolit, öd durğunluğu, babasildə gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içilir. Müalicə xəstəlikdən asılı olaraq 10-20 gün aparılır.
 
4. 3 xörək qaşığı ud hindini 200 qram rafinə olunmamış zeytun yağı ilə qarışdırıb ağzı kip bağlanmamaq şərtilə 10-15 gün günəş altında saxlayın, sonra süzün. Bu yağ bütün dəri xəstəliklərində, civzələrdə, üzdə ləkələrdə, ekzemalarda, dəri çillərində, keçəllikdə, qulaq ağrılarında (qulağa tökülür), üz dərisinin gənə (demodeks) zədələnməsində dəriyə çəkilir və eyni zamanda burun nəfəsalmasında problemlər olduqda pambıq bu yağa batırılıb hər burun dəliyində yarım saat saxlanır. Bu yağ həm də dərini ağardır. Müalicə xəstəlikdən asılı olaraq 10-20 gün gedə bilər.
 
5. 1 çay qaşığı ud hindi tozu 1 stəkan suda 15 dəqiqə dəmlənilir. Ağız içi yaralarda, tez-tez boğazgəlmədə, ağızdan xoşagəlməz iy gələndə ağız və boğaz gündə 3-5 dəfə qarqara edilir. Qadınlarda uşaqlıq yolundan axıntı gələn zaman və ya göbələk xəstəliyi olan zaman gündə 3 dəfə uşaqlıq yolu həmin dəmləmə ilə şırınqa edilir. Müalicə xəstəlikdən asılı olaraq 10-20 gün gedə bilər.
 
6. 1 çay qaşığı ud hindi tozu 1 stəkan suda 15 dəqiqə zəif odun üstündə yavaş-yavaş qaynadılır, haymoritin, rinitin və frontitin müalicəsində gündə bir dəfə başa dəsmal atılıb buxara verilir. Bunu axşamlar edin və prosedurdan sonra özünüzü soyuqdan qoruyun. Müalicə xəstəlikdən asılı olaraq 10-20 gün aparıla bilər. Bu qarışıma 1 çay qaşığı qara zirə yağı əlavə olunduqda daha faydalı ola bilər.
 
7. ud hindi budağından 10 qəpik ölçüsündə nazik hissə kəsilir, zob xəstəliyinin müalicəsində gündə bir dəfə dilin altına qoyulur. Müalicənin müddəti xəstə sağalana qədərdir.
 
Bir sözlə, əziz oxucu, bütün bunları mən hardansa oxuyub bura yazmıram, bütün bu xəstəliklərin necə sağalmasının şahidiyəm. Öz praktikamda bu bitkidən geniş istifadə edirəm və əlhəmdülilləh, əla nəticələr alıram. Sonda bir faktı da qeyd edim ki, mənim təcrübəmdə 15 il allergiyadan, 2 il faringitdən, 20 il xroniki bronxitdən, həmçinin C və B hepatitlərindən əziyyət çəkən xəstələr Nat-ud hindi kapsulundan istifadə etdikdən sonra sağalıb. (Fizuli Huseynov, Qaynaq: http://fizulihuseynov.com/2016/01/16/ud-hindi-mocuzesi/)
 
Unutmayaq ki, Allah bir çox bitkilərdə şəfa bəxş etmişdir. Lakin bu kimi bitkilərin şəfaya səbəb olması üçün yenə Allaha üz tutmalı, ilk öncə Ondan şəfa diləməliyik. Məhz Ona Şafii adıyla müraciət etmək minbir xəstəliyə şəfadır. Quranda Hz İbrahim əleyhissəlam buyurur:
 "Xəstələndiyim zaman mənə yalnız O (Allah), şəfa verir". (Şuəra surəsi, 80)
 
Sağ və salamat olmanız ümidiylə....