Skip to main content


İmanın tərifinə dair birinci görüş

Dillə deməsi isə sadəcə imanını açığa çıxardan bir amildir. Ancaq müsəlman olduğunu açığa vurmadığı üçün belə bir şəxs müsəlman sayılmaz və ona İslami hökümlər tətbiq olunmaz.

Belə ki, hər nə qədər qəlblə təsdiq etmək iman etmək sayılsa da, bu görülməyən və gizli bir şey olduğu üçün bunu ortaya çıxardan açıq bir əlamət olması lazımdır. Bu da şəhadət kəliməsini deməsi və ya “Mən müsəlmanam” deməsi, yaxud namaz,  oruc kimi İslamın əlamətlərindən birini etməsi ilə həyata keçmiş olar. Bu görüşdə olan alimlərin dəlilləri bunlardır:

1-Allah təala buyurur: “Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir”(Mücadilə 22)

2-Allah təala buyurur: “Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allah`a) asi olmağa qarşı sizdə nifrət oyatmışdır.”(Hucurat 7)

3- Allah təala buyurur: “Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir).” (Nəhl 106)

4-Üsamə ibn Zeyd radiyallahu anhu deyir ki, Peyğəmbər salləllahu əleyhi və səlləm bizi bir qrup ilə cihada göndərmişdi. Cüheynə qəbiləsindən Xuruqatda olanlarına sabah tezdən basqın etdik. Mən bir adama çatdım bu zaman o “Lə iləhə illallah” dedi. Ancaq mən mizrağımı onun sinəsinə sapladım. Bu məsələyə görə qəlbimə bir şübhə düşdü və hadisəni Peyğəmbərə salləllahu əleyhi və səlləmə xəbər verdim. Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “Sən “Lə iləhə illah” deyən şəxsimi öldürdün?” Mən dedim: “Ey Allah`ın elçisi! O bu sözü silahdan qorxduğu üçün dedi”. Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “Sən onun qəlbinimi yarıb baxdın?” Bu sözü o qədər təkrarladıkı mən Allah`dan “Kaşki yeni müsəlman olsaydım” deyə təmənni etdim. Hədisi imam Müslim (158, 159, 160) və Əbu Davud (90) rəvayət etmişlər. Hədisdə imanın yerinin qəlb olduğu bildirilmiş və bu da imanın qəlbən təsdiq edib qəbul etməkdən ibarət olduğunu göstərir.

5-“İman” kəlməsi ərəbcə bir kəlmədir, ərəblər bu kəlmənin qəlbən təsdiq xaricində hər hansı bir məna ifadə etdiyini bilmirlər. Bir qisim insanların iddia etdiyi kimi bu kəlmə başqa bir mənaya nəql edilməmişdir. Əgər nəql edilsəydi bu bizə təvatür yolu ilə gəlib çatmalı idi. Çünki, iman kəliməsi müsəlmanların dilində ən çox istifadə edilən bir kəlimədir və bunun digər mənalarda da işlədilməsini bilməyimiz lazımdır. Bu kəlmənin təsdiqdən başqa mənaya nəql edilmədiyini bildikdən sonra anlayırıq ki, iman ancaq qəlbən təsdiq mənasındadadır.

6-Dil ilə deyilməsi, imanın nə təməl əsasıdır nə də onun doğru olmasının şərtidir. Çünki, dil ilə demək hər zaman imanın olduğunu göstərməz. Belə ki, bəzən insan dili ilə müsəlman olduğunu deyər, ancaq qəlbi bunu təsdiq etmədiyinə görə iman etmiş olmaz. Münafiqləri buna misal verə bilərik. Allah təala onlar haqqında belə buyurur: “İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allah`a və qiyamət gününə iman gətirdik”, -deyirlər. Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allah`ı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar”.(Bəqərə 8)

Həmçinin dil ilə deməmək hər zaman imanın yoxluğunu göstərməz, çünki insan bəzən dili ilə inkar etdiyi halda qəlbi ilə təsdiq etmiş olur və mömin sayılır. Belə ki, küfrə məcbur ediərək ikrah altında istəməyərək küfr sözü deməsi heç kəsi dindən çıxarmaz. Bu xüsusda Allah təala buyurur: “Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir). Lakin qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allah`ın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar!”(Nəhl 106)

Yuxarıda qeyd olunan dəlillər, bir şəxsin mömin olduğunu dili ilə deməsinin sadəcə dünyada ona dini hökümlərin tətbiqi üçün lazım olduğunu göstərir. Çünki, qəlb ilə təsdiq etmək bilinməyən və qəlbdə olan bir şeydir. Allah təala bütün gizli məsələlərdə onları göstərən əlamətlər qoymuşdur. Məsələn, səfər çətinlik üçün əlamət olduğundan, səfərdə olanın oruc tutmamasına və namazları qısaltmasına səbəb olmuşdur. Qulun dili ilə iman etdiyini deməsi də, qəlbi ilə iman etdiyinin əlaməti sayılmışdır.

Bunlara görə imanın tərifi belədir; İman, Allah`ın elçisini, Allah təala tərəfindən gətirdiyi qəti olaraq bilinən hər şeydə, tam olaraq, ümumi və qəti şəkildə təsdiq etmək və onları yalanlama əlaməti göstərməməkdir.