Skip to main content


Ramazanda ölən, Cənnətə sorğu-sualsız olaraqmı girəcək?

Cavab:

  Məsələ düşünüldüyü kimi deyil. Əksinə bunun mənası; Cənnət qapıları, Cənnətə asanlıqla girə bilmələri üçün, əməli-saleh kimsələri həvəsləndirmək üçün açılır. Cəhənnəm qapıları isə, bu qapılara üz tutmasınlar deyə, iman gətirənlərin günahlardan əl çəkmələri üçün qapadılır.

  Bu hədisin mənası, Ramazanda ölən adamın Cənnətə sorğu-sualsız girəcəyi demək deyil. Sorğu-sualsız Cənnətə girənlər, Allah Rəsulu salləllahu əleyhi və səlləmin aşağıda qeyd edəcəyimiz hədisdə vəsf etdiyi kimsələrdir.

    Peyğəmbər salləllahu əleyhi və səlləm buyurur: “Ümmətimdən yetmiş min şəxs sorğu-sualsız Cənnətə girəcək. Bunlar özlərinə ruqiyyə oxunmasını istəməyən, uğursuzluğa inanmayan, (müalicə məqsədi ilə) bədəninə dağ basdırmayan və yalnız Rəbbinə təvəkkül  edən kimsələrdir”. (Müslim, İman, 371, (218) Cənnətə sorğu-sualsız daxil olan bu şəxslər hədisdə buyurulan əməllərlə yanaşı, ( hər bir müsəlman ) üzərinə vacib olan saleh əməlləri də icra etməlidir.