Skip to main content


Namazların vaxtları

Əşyaların kölgəsinin yaranması izə zöhrün vaxtının girməsi deməkdir. Əşyaların kölgəsi özü boyda olduğu zaman isə zöhrün vaxtı çıxır. Əşyaların kölgəsi özündən çox olduğu zaman isə əsr namazının vaxtı girir. Əsr namazının vaxtı girdiyi zaman qılınması daha fəzilətlidir. Əşyaların kölgəsinin onların iki misli qədər olduğu vaxta qədər əsrin qılınması isə fəzilətcə birincidən bir qədər azdır. Əsrin ən son vaxtı isə gün batana qədərdir.

Məğrib namazının vaxtı günün batması ilə girir. Məğribin son vaxtı isə günəş batdıqdan sonra göydəki sarıltının (şəfəq) yox olub yerini zülmət qaranlığa verməsinə qədərdir.

Göydəki şəfəqin yox olması ilə işa namazının vaxtı girir. İşa namazının son vaxtı isə gecənin ilk üçdə birinə və ya sübh namazına qədərdir.

Sübh namazının vaxtı isə ikinci fəcrdən başlayır. Sübh namazının son vaxtı isə bir görüşdə göydə saraltı meydana gələnə qədərdir. Sübhü gün doğana qədər də qılmaq olar.

Namaz vaxtları tam olaraq Müslim (614) və başqalarının Əbu Musə əl-Əşaridən rəvayət etdiyi hədisdə göstərilmişdir. Hədisdə deyilir: “Bir nəfər Peyğəmbər salləllahu əleyhi və səlləmin yanına gələrək ondan namaz vaxtları haqda soruşdu. Peyğəmbər salləllahu əleyhi və səlləm ona cavab vermədi. Səhəri gün dan yeri sökülən kimi sübh namazını qıldırdı. Hava insanların bir-birlərini tanıya bilməyəcəyi qədəq qaranlıq idi. Sonra günəş zenit nöqtəsindən bir az keçən kimi müəzzinə əmr etdi və günorta namazını qıldırdı. İnsanlardan yaxşı biləni dedi: “Güorta yarı olub”. Günəş yüksəkdə ikən əmr etdi və əsr namazını qıldırdı. Günəş batdıqdan sonra axşam namazını qıldırdı. Şəfəq yeri qaralandan sonra işa namazını qıldırdı. Səhərisi gün sübh namazını o qədər gecikdirdi ki, namazı bitirən insanlar ya “gün doğdu”, ya da “gün doğmağa az qalıb” deyirdilər. Sonra günorta namazını dünən əsrnamazını qıldığı vaxta qədər gecikdirdi. Sonra əsr namazını o qədər gecikdirdi ki, insanlar “günəş qıp-qırmızı qızarıb” deyirdilər. Sonra isə şəfəq yeri itən vaxta az qalana qədər axşam namazını gecikdirdi. Daha sora isə işa namazını gecənin ilk üçdə birinə qədər gecikdirdi. Səhəri gün sual verən şəxsi yanına çağıraraq ona belə buyurdu: “Namazların vaxtı bu iki vaxt arasındadır”.

Buxari (554) və Müslim (608) Əbu Hüreyrə radiyallahu anhudan Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişlər: “Kim günəş doğmadan öncə sübh namazının bir rükətini qılarsa həmin şəxs sübh namazını qılmış sayılır. Kim də günəş batmadan öncə əsr namazının bir rükətini qılarsa həmin şəxs əsr namazını qılmış sayılır”.

İmam Şafiinin yeni görüşünə görə axşam namazının bir vaxtı var. O da günəş batdıqdan dərhal sonrakı vaxtdır. Buna dəlil olaraq Əbu Davudun (393), Tirmizinin (149) və başqalarının İbn Abbasdan rəvayət etdikləri hədisdir. Hədisdə deyilir: “Cəbrail əleyhissalam (öyrətmək məqsədilə) iki gün Peyğəmbər salləllahu əleyhi və səlləmə axşam namazını oruclunun orucunu açdığı vaxtda qıldırdı”.     

İmam Şafiinin köhnə görüşünə görə isə axşam namazının vaxtı günəş batdıqdan sonra qızartının itməsinə qədər uzanır. Şafii məzhəbinin alimləri köhnə görüşə üstünlük veriblər ki, bu da sonrakı görüşün dəlillərinin daha güclü olmasıdır. Buna misal olaraq (birinci qeyd etdiyimiz) Müslimin Əbu Musə əl-Əşaridən rəvayət etdiyi hədisi göstərmək olar. Çünki bu hədis Mədinədə ikən buyrulmuşdur. Amma Cəbrail əleyhissalamın hədisi isə Məkkədə ikan baş vermişdir.

Müslimin (612) rəvayət etdiyi bir hədisdə də Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Axşam namazının vaxtı göydəki qızartılar yox olana qədərdir”.

Müslimin (681) və başqalarının Əbu Qatədə radiyallahu anhudan rəvayət etdikləri hədisdə Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Şübhəsiz ki, yatmaqla (yatıb qalaraq namazı keçirməkdə) səhlənkarlıq olmaz. Səhlənkarlıq digər namazın vaxtı girənə qədər həmin namazı qılmamaqdır”. Bu hədis onu göstərir ki, sabah namazı xaric olmaqla bir namazın vaxtı digər namazın vaxtının girməsi ilə bitər. Sabah namazının vaxtı isə günəşin doğuşu ilə bitər.