Skip to main content


Misfak

Misfakın müstəhəbb olması oruclu insan üçün günortadan sonraya aid deyildir. İnsan oruclu ikən adətən günortadan sonra ağzının qoxusu dəyişir. Oruclu insanın ağzının qoxusu isə Allah`a daha sevimlidir. Buxari və Müslim Əbu Hüreyrədən Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir: “Oruclu insanın ağzının qoxusu Allah qatında misk qoxusundan daha sevimlidir”. Məhz buna görə də oruclu insanın günortadan sonra misfak istifadə etməsi məkruhdur.

Üç halda misfak istifadə etmək daha şiddətli müstəhəb olur.

Birincisi: Uzun müddər sakit və ya yemək və içməkdən uzaq qaldıqda. Çünki bu zaman insanın ağzında xoşagəlməz qoxu müşahidə olunur.

İkincisi: Yuxudan qalxarkən. Buxari (242), Müslim (255) və başqaları Hüzeyfənin belə dediyini rəvayət etmişlər: “Peyğəmbər salləllahu əleyhi və səlləm səhər yuxudan qalxdığı zaman ağzını misfakla sürtərdi”.     

Hımçinin Əbu Davud (57) və başqaları Aişə anamızdan belə dediyini rəvayət etmişlər: “Peyğəmbər salləllahu əleyhi və səlləm istər gecə, istərsə də gündüz yuxudan qalxarkən dəstəmazdan qabaq misfakdan istifadə edərdi”.

Üçüncüsü: Namaza durarkən və dəstəmaz alarkən. Buxari (847), Müslim (252) və başqaları Əbu Hüreyrədən Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişlər: “Ümmətimə ağır gəlməyəcəyini bilsəydim onlara bütün namazlarda misfakı (misfak istifadə etməyi) əmr edərdim”.  İmam Əhmədin (6\325) rəvayətində isə belə deyilir: “Onlara hər dəstəmazda misfakı əmr edərdim”.