Skip to main content


Dəstəmazın fərzləri

5. Ayaqları topuqlar daxil olmaqla yumaq.

6. Bu sadalanan ardıcıllığı qorumaq.

Allah təala buyurmuşdur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ

Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. Başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun (Maidə 6)

Müslimin (246) rəvayət etdiyi bir hədisdə belə deyilir: “Əbu Hüreyrə gözəl şəkildə dəstəmaz alaraq əvvəlcə üzünü yudu. Sonra sağ əlini bazu sümüyünə qədər yudu. Sonra isə sol əlini bazu sümüyünə qədər yudu. Daha sonra başına məsh etdi. Bundan sonra sağ ayağını baldırına qədər yudu. Sonra isə sol ayağını baldırına qədər yudu. Daha sonra belə dedi: “Mən Allah Rəsulu salləllahu əleyhi və səlləmi belə dəstəmaz alarkən gördüm”.

Müslimin (274) və başqaları Muğirə radiyallahu anhudan belə dediyini rəvayət etmişlər: “Peyğəmbər salləllahu əleyhi və səlləm dəstəmaz alarkən başının qabaq tərəfinə və əmmaməsinin üzərinə məsh çəkərdi”. Bu hədis başa məshin bütün başa fərz olmadığına və başın bir hissəsinə kifayətlənməklə məshin tamamlandığına işarədir.

Niyyətin fərz olmasına dair isə Buxari (1) və Müslimin (1907) Ömər ibn Xəttabdan rəvayət etdikləri “Əməllər niyyətlərə görədir” hədisini misal göstərmək olar.

Ardıcıllığın qorunmasının fərz olduğuna isə dəstəmaz haqqında nəql olunan hədislərin hamısında Peyğəmbər salləllahu əleyhi və səlləmin sadalanan ardıcıllığı qorumasını göstərmək olar.