Skip to main content


Dəstəmazı pozan şeylər

أَوْ جَاءَ أَحَدٌ مِنْكُمْ مِنَ الْغَائِطِ

Yaxud sizlərdən biri ayaq yolundan gəlibsə......(Maidə 6)

Buxari (135) və Müslim (225) Əbu Hüreyrə radiyallahu anhdan Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişlər: “Sizlərdən birinizin dəstəmazı pozulduğu zaman (yenidən) dəstəmaz alana qədər Allah təala onun namazını qəbul etməz”. Hadramovtdan olan bir nəfər ondan soruşdu: “Dəstəmazın pozulması necə olur ey Əbu Hüreyrə?” O dedi: “Arxadan havanın çıxması”.

Alimlər bu hədisi dəlil götürərək təmiz belə olsa öndən və arxadan xaric olan hər bir şeyin dəstəmazı pozduğuna hökm vermişlər.

2) Tam özündən gedəcək dərəcədə yatmaq.

Əbu Davud (203) və başqaları Əli ibn Əbu Talib radiyallahu anhunun belə dediyini rəvayət etmişlər: “Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Arxanın bağı (hədisdə qeyd olunan “vikəu” kəlməsi torbanın ağzını bağlayan ip mənasındadır) gözlərdir. Kim yatdısa (oyandıqdan sonra) dəstəmaz alsın”. Çünki insan oyaq olduğu zaman ondan nəsə xaric olacağını hiss edərək dərhal onun qarşısını ala bilir. Yatdıqda isə belə bir şeyin baş verməsi ehtimalı çoxdur. 

Ancaq bardaş qurub oturaraq yatmaq bu qaydanın xaricindədir. Çünki belə olduğu halda insan ondan nəsə xaric olacağını hiss edir. Bu zaman da divar, dirək və s. kimi hər hansısa bir şeyə söykənməmək şərtdir. Çünki söykəndiyi şey arxasından çəkilərsə bu zaman insan dərhal yıxıla bilər.    

3) Xəstəlik və ya başqa səbəblə insanın özündən getməsi.

Alimlər özündən getməyi də yuxu ilə qiyaslamışlar. Çünki yuxuda ikən insan özündə olmursa özündən getmə halı insanın özündə olmamasına daha yaxındır.

4) (Paltar və s. kimi) heç bir maneə olmadan yad qadına toxunmaq.

Allah təala buyurur:

أَوْ لَامَسْتُمُ النِّسَاءَ

Və ya qadınlara toxunmusunuzsa......(Maidə 6) Ayənin zahirinə baxanda yad bir qadına toxunmağın dəstəmazı pozduğunu görürük. (Digər məzhəblərə gəldikdə isə yad qadına toxunmaq dəstəmazı pozan amillərdən sayılmır. Çünki onlar buradakı “ləməstum” (toxunmusunuzsa) kəlməsinin yaxınlıq etmək mənasında olduğu qənaətindədirlər.)

5) Əlin içi ilə övrət yerinə toxunmaq.

Sünən sahibləri və İmam Malikin “əl-Muvatta”-da rəvayət etdikləri, Tirmizinin (82) səhih olduğunu dediyi bir hədisdə Bəsra bint Safvan radiyallahu anhədən belə dediyi rəvayət olunmuşdur: “Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “Kim cinsiyyət organına toxunarsa (yenidən) dəstəmaz alana qədər namaz qılmasın”.  Nəsainin (1\100) rəvayətində isə belə deyilir: “Cinsiyyət organına toxunduqdan sonra dəstəmaz almaq lazımdır”. Buradakı cinsiyyət organı ümumi bir məfhumdur. Yəni bu həm onsanın öz cinsiyyət organına həm də başqasının cinsiyyət organına şamil olunur.

İbn Məcə (481) Ummu Həbibə radiyallahu anhədən belə dediyini rəvayət etmişdir: “Kim (qadın) cinsiyyət organına toxunarsa dəstəmaz alsın”.

6) Yeni görüşə görə arxa ifrazat organına toxunmaq.

Yuxarıda cinsiyyət organına toxunmağın dəstəmazı pozduğu haqqında nəql olunan hədislər həm də əli arxaya toxundurmağa şamil olunur.

Şafii məzhəbində “yeni görüş” deyilərkən İmam Şafiinin Misirdə olarkən qələmə aldığı və ya fətva verdiyi məsələlər nəzərdə tutulur. İmam Şafiinin bu zaman periodunda dedikləri məzhəb alimlərinin nəzdində səhih sayılır. Məzhəb alimlərinin İmam Şafiinin qədim görüşlərindən hansınasa “bu daha doğrudur” deməsi isə istisna hal sayılır.