Sıxıntı və dərdlər içində necə təsəlli tapmaq olar?
Zehni cəhətdən özünü hazır hiss etmək
“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı
ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) Səbr edən şəxslərə müjdə ver!”
(Bəqərə 155)
Allah təala bizi dərd və sıxıntılarla sınayacağını söyləyir. Bu səbəbdən bizlər də bu gözlənilməz durumlara qarşı səbat göstərməli və mənəviyyatımızla hazır olmalıyıq. Yaxında olacaq bir sınaq imtahanı məktəbdə elan edildiyində, psixoloji olaraq özümüzü daha hazır hiss edirik və bu da müvəffəqiyyətə zəmanət üçün önləyici tədbirlər almağımıza şərait yaradır. Bu sanki həyatın sınaqlarına qarşı özümüzü hazırlamalı olduğumuza bir nümunədir.
Razı olmaq
Əsl salamatlıq rıza göstərməkdən keçir – Qədər və qismətimizə razı olmaq, keçmişimizə və gələcəyimizə razı olmaq, başımıza gəlmiş və gələcək olan hər şeyin Allah’dan gəldiyinə razı olmaq. Şahid olduğum ən yaxşı “rıza” örnəklərindən biri də, əkiz qız bacıları idi. Onlar təxmin edə biləcəyiniz ən müdhiş əlaqələrə sahibdilər, ətlə dırnaq kimiydilər. Tanıdığım ən pozitiv qızlar və saf idilər. Getdikləri hər yerə sevinc bəxş edir, ətraflarına nəşə saçırdılar. Bir- birlərinə o qədər bağlıydılar ki, bir-birlərinin acılarını da hiss edirdilər. Evli və 5 yaşında kiçik bir qız anası olan əkizlərdən birinə xərçəng xəstəliyi mübtəla oldu, dayanılmaz acılar çəkdi və
27 yaşında dünyasını dəyişdi. Bacısı üçün çox narahat oldum. Depresiyaya girəcəyini,\ qəzəblənəcəyini düşündüm. Lakin MəşəAllah elə bir təslimiyyət içindəydi ki, heyran qalmışdım. Bu tragediya əsnasındakı sükunəti və sakinliyi, həqiqi mənada Allah’a güvəndiyini və Allah’ın iradəsinə rıza göstərdiyinin canlı sübutu idi. Ağlamaq üçün hər gün özünə 5 dəqiqə ayırır, sonra itkisini deyil sahib olduğu onlarla neməti düşünür və tez bir şəkildə özünütoparlayırdı.
..Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz..” (Bəqərə 216)
Acı verən və çətin sınaqlara girsək belə, bu sınaqların bizə qiymətli təcrübələr qazandırdığını və mənəvi olaraq yetkinləşməyimizə kömək etdiyinin fərqində olmalıyıq.
Özünü anlamaq
Hadisələrin öz istədiyimiz kimi deyil, ilahi bir hikmətlə gerçəkləşdiyindən əmin olduğumuz müddətcə, çətinliklərlə daha asan şəkildə üzləşə bilərik. Soyqırımdan xilas olan məşhur psixyatrist Viktor Frankl, “İnsanın Məna Axtarışı” kitabını yazdı və kitabında tragediya ilə qarşı-qarşıya qaldığı zaman o, özünü anlamanın nə qədər önəmli olduğunu vurğuladı. Bir toplanma düşərgəsindəydi və qarşı-qarşıya qaldığı qaçılmaz ölüm və işkəncə səbəbiylə hər kəsin ümidini itirdiyini gördü. Ailəsini itirməsinə və dayanılmaz çətinliklərlə üzləşməsinə
baxmayaraq diqqətini içində olduğu şərtlərə uyğunlaşmağa verdi və bunları olduğu kimi qəbul etdi. Zehin gücünü öz təcrübələrindən də yararlanaraq sadəcə həyatda qalmaq deyil, başqalarına da ən çətin anlarda belə özünü anlamanın önəmini anlatmağa həsr etdi. Çətinliklərdə hikmət və mesaj olduğunu anladığımızda, daha da səbirli oluruq.
“Möminin halı nə qəribədir. Çünki onun hər halı xeyirlidir. Bu məziyyət (hal) yalnız möminə
məxsusdur. Çünki onun başına yaxşı bir iş gələrsə şükr edər. Bu isə onun üçün xeyirli olar.
Başına bəla gələrsə yenə səbir edər. Bu da onun üçün xeyirli olar”. (Müslim)
Güvən
Ümidsizliyə qapıldığımız tək vaxt Yaradıcı’nın planına güvənimizin azaldığı vaxtdır. Mütəxəssis bir memar evimizi dizayn edərkən inşaatla bağlı heç bir məlumatımız olmadığı halda davamlı olaraq onun evi necə inşa edəcəyinə qarışmağımızın nə qədər gülünc olacağını bir düşünün. Eyni bunun kimi, hadisələr istədiyimiz kimi inkişaf etmədikdə Allah’ın planına qarşı çıxmaq da belədir. Heç birimiz, Allah’dan daha yaxşı bildiyimizi düşünməyə cürət etməsə də, halımızdan daim şikayət edərək və halımıza şükr etməyərək əslində tam olaraq bunu etmiş oluruq. Allah’a bütün varlığımızla güvəndiyimizdə, qəlblərimiz ümidlə dolacaqdır. Çünki başımıza gələn hər şeyin bizə bir şeylər bəxş edəcəyini və səbir edərsək sonunda mükafatlandırılacağımızı bilirik.
“Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən)
ürəkləri qorxudan titrəyər, Allah`ın ayələri oxunduğu zaman həmin ayələr onların
imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər..” (Ənfal 2)
Pozitiv olmaq
Zehni olaraq hazır olduğumuz və başımıza gələnləri qəbul etdiyimiz zaman hər şeydə bir məna axtarıb Allah’a olan güvənimizi artırırıq və beləcə təbii olaraq ümumi meylimiz və zehnimz müsbətə-pozitivliyə yönələcəkdir.
“Oğullarım! Gedin Yusifdən və qardaşından (Bin Yamındən) bir xəbər bilin. Allah`ın
mərhəmətindən ümidinizi kəsməyin. Allah`ın mərhəmətindən yalnız kafirlər ümidini
üzər!”. (Yusuf 87)
Neqativ düşünməyi inancsızlığa bənzədərək bu ayədə müsbət düşünməyin önəmi vurğulanmaqdadır. Allah’ın isim və sıfətlarini inkar etmək də bir növ imansızlıqdır: əl-Qaviyy: Sərhədsiz qüdrət sahibi, əl-Həkim: Hökm və hikmət sahibi, əl-Adl: Tam və sonsuz ədalət
sahibi.
Stəkana dolu tərəfindən baxın
Acı və ümidsizliklə dolu xəbərlərə fokuslanmaq və ya tam əksinə dünyadakı yaxşı şeylərə fokuslanmaq öz seçimimizə bağlıdır. Həyatımızda əskik olan nə varsa onları gözdən keçirə bilər və ya Allah’ın bizə verdiyi möhtəşəm nemətlərə fokuslana bilərik. Seçim bizlərindir və etdiyimiz seçim pozitiv bir həyat yoxsa neqativ bir həyat yaşayacağımızı müəyyənləşdirəcək. Ümidsizliklərimizin içinə ümid toxumları səpərək həyatdakı hər şeyin keçici olduğunun fərqinə varmalıyıq. Bu gün yaşadığımız acılar və çətinliklər əvvəl-axır keçib gedəcək. Tunelin sonunu görmək çətin ola bilər, ancaq bir dəfə kiçik bir hədəfə çatmağa fokuslansaq, qəlblərimizdə umid yaranacaq və nəticədə qaranlığın içindən keçəcəyik.
“Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!” (İnşirah 6)
Hər çətinlikdən sonra bir asanlıq gələcəyinin fərqində olmaq zehnimizi gələcəyə yönləndirməyimizə kömək edir. Həyatda nəylə üzləşiriksə, Allah`ın imtahanı olduğuna və halımızdan xəbəri olduğuna güvənərək acının içində təsəlli tapmağımız mümkündür.
*Məqalə gencmuslumanlar.com saytından tərcümə edilmişdir.