Skip to main content


Muhəmməd Peyğəmbər (s.a.s) virusla mübarizə üçün insanlara hansı mühüm tövsiyyələr edib? - ABŞ-ın dünyaca məşhur "Newsweek" jurnalı yazdı

Muhəmməd Peyğəmbər (s.a.s) virusla mübarizə üçün insanlara hansı mühüm tövsiyyələr edib? - ABŞ-ın dünyaca məşhur 4 milyon tirajla satılan "Newsweek" jurnalı yazdı;

Pandemiya dövründə gigiyena qaydalarına və karantin şəraitinin tələblərinə riayət etməyi başqa kimin təklif etdiyini bilirsinizmi? 

1400 il əvvəl yaşamış islam peyğəmbəri Muhamməd (s.a.s).

Ölümcül xəstəliklərlə bağlı məsələlər üzrə müasir tibb təhsili görmüş ekspert olmamasına baxmayaraq, Muhamməd (s.a.s.) COVİD-19 kimi yoluxucu virusların qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üsulları ilə bağlı son dərəcə yararlı tövsiyyələr vermişdir.

Hz. Muhamməd (s.a.s) buyurmuşdur: " Əgər bir yerdə yolxucu xəstəlik üz verərsə, oraya getməyin. Əgər sizin olduğunuz yerdə yolxucu xəstəlik baş qaldırarsa, oranı tərk etməyin."

O həmçinin demişdir: " Yoluxucu xəstəliyi olanlar sağlam insanlardan uzaq tutulmalıdır."

Hz. Muhamməd (s.a.s) eyni zamanda insanları onları infeksiyalardan qoruyacaq gigiyena qaydalarına əməl etməyə təşviq edirdi. Muhamməd Peyğəmbərin (s.a.s) bəzi hədislərinə nəzər salaq: 

"Təmizlik imandan bir parçadır." 

"Oyandıqdan sonra əllərinizi yuyun, çünki yatarkən onların hara toxunduğunu bilmirsiniz."

"Yeməyin bərəkəti yeməzdən əvvəl və sonra əlləri yumaqdadır."

Bəs hər şeyə rəğmən bir insan xəstələnərsə, onda necə? Ümmətinin ağrıdan əziyyət çəkən nümayəndələrinə Hz. Muhamməd (s.a.s) nə məsləhət edərdi? O, insanları müalicə və dərman qəbul etməyə çağırardı: "Müalicə olunun, çünki Allah qocalıqdan başqa bütün xəstəliklərin çarəsini də yaratmışdır."

Güman ki, onu (s.a.s.) fərqli edən ən mühüm xüsusiyyət inancla rasional düşüncə arasında müvazinəti qoruya bilməsi idi. Son həftələrdə bəziləri bu məsələdə son dərəcə irəli gedərək təklif edirdilər ki, insanlarla məsafəni qorumaq və karantinin tələblərinə əməl etməkdənsə, dua insanı koronavirusdan daha yaxşı qoruyar. Bəs duanın əsas və hətta yeganə dərman növü kimi qəbul edilməsi fikrinə Muhamməd Peyğəmbərin (s.a.s) münasibəti necə olardı? 

9-cu əsr fars əsilli islam alimi əl-Tirmizinin rəvayətinə nəzər salaq: "Bir gün Muhamməd Peyğəmbər (s.a.s) bir bədəvinin dəvəsini bağlamadığını gördükdə ondan soruşur: “Nə üçün dəvəni bağlamadın?” Bədəvi cavab verir: “Allaha təvəkkül etdim”. Peyğəmbər s.a.s dedi: “Əvvəlcə dəvəni bağla, sonra Allaha təvəkkül et”.  

Hz. Muhamməd (s.a.s) insanları haqqı dində axtarmağa səsləyirdi. Lakin bununla belə, cəmiyyətin sabitliyi, təhlükəsizliyi və rifahı naminə təməl ehtiyat tədbirlərini onlara öyrətməyi də gözardı etmirdi. 

Başqa sözlə desək, o (s.a.s.), insanlara dini əhkamlardan əlavə sağlam düşüncəni də əsas götürməyi təlqin edirdi.

Doktor Craig Considine, Rays Universitetinin Sosiologiya Bölməsində fəaliyyət göstərən alim, professor, qlobal çaplı natiq və media əməkdaşıdır. O, “Məhəmmədin Humanistliyinə Xristianca Baxış” və “Amerikada İslam: Məsələlərin Tədqiqi “ kimi bir çox əsərlərin müəllifidir.

Bu yazıda ifadə edilən fikirlər müəllifin özünə aiddir.



xəbərin orijinalına asağıdakı linkdən daxil ola bilərsiniz
https://www.newsweek.com/prophet-prayer-muhammad-covid-19-coronavirus-1492798