Ümidini itirmə - O səni bağışlayacaq..
Ömər ibn Xəttab radiyallahu anhunun dövründə bir müsəlman içkiyə mübtəla olur. Durmadan içir. Ona deyirlər: “Etmə, bax Ömər eşidər bunu bir gün, yaxşı olmaz sənin çün”. Həmin şəxs anlamaq istəmir. Nəhayət Ömər radıyallahu anhu bunu eşidir və katibini çağıraraq: “Mənə kağız tap və yaz” deyərək Ğafir surəsinin ilk ayələrini yazdırır bununla da məktubu bitirir: “Ha Mim. Bu kitab Əziz və Alim olan Allah`dan enmişdir. O Allah günahları bağışlayan, tövbəni qəbul edən bir Allah`dır. Amma tövbə etməyən üçün də əzabı çox çətin bir Allah`dır”. (Ğafir 1-3)
Bu ayələri yazdırdıqdan sonra vəzifəli şəxsi çağıraraq “Bunu al, O adamı tap iki-üç gün ayılmasını gözlə. Nə zaman ayılsa ona ver oxusun” dedi. Həmin şəxs yola qoyuldu. Bir-iki gün gözləyərək görür ki, adam hələ də ayılmır. Sonunda görür ki, həmin adam gəzir və ona “Buraya gəl, sənə Ömər məktub göndərib” dedi. O da məktubu açıb oxumağa başladı və ağlayaraq “Bunu Ömər göndərməyib. Bunu Rəbb`im göndərib. Məni əfv edəcək. “Rəbb`im, (içkini) atıram, daha içməyəcəm” dedi.
Bu hadisəni hər zaman örnək almağa çalış. Bir dərdin, sıxıntın olsa unutma! Səni hər zaman qoruyan/yol göstərən bir Rəbb`in var. Unutma! Həyatda heç nə təsadüfən olmur. Hər şeyin bir əvəzi vardır. Hər halımız bir sınaqdır. Çətinlik olmasa Cənnətin şirinliyi də olmaz. Hər dərdin çarəsi yalnız Allah`dadır. Ona yönəl ki, rahatlığa cixasan. Nə olursa olsun, Ondan uzaqlaşma. Çünki, O səndən üz döndərərsə kimsə əsla sənə dəstək ola bilməz. Hər iki dünyan məhv olar. Unutma Allah sevdiyi qulları sınağa çəkər ki, onların nə qədər səbr edəcəyini yoxlasın. Səbr etdikcə qul ucalar. Səbr etməsə, üsyan etsə, halı pərişan olar. Allah iman nemətini hər kəsə bəxş etməz. Sən də bunun qədrini bilməsən əlbəttə Allah bu neməti bəxş edəcəyi başqa kəslər tapar. Yenə də ən böyük günahlarımızdan sonra belə unutmayaq ki, Allah mərhəmətlidir. O səbrlə bizi Öz dərgahında gözləyər. Ölüb dönəcəyimiz yer Onun hüzurudur. O halda bundan qaçıs yoxdur. Allah`ın bizə uzatdığı iman nemətini öz əlimizlə geri çevirsək nankorlardan olarıq.