Skip to main content


Qüvvətli olan daha sevimlidir

Şərh:

İstər əqli yöndən olsun, istərsə də fiziki yöndən bir insan özündə çoxlu güc olduğunu hiss edə bilir. İnsanın özünü güclü hiss etməsi Allah yolunda olmadıqda o heç bir şeyə yaramaz. Önəmli olan insan gücünün ibadətdə özünü göstərməsidir. Bir insan fiziki olaraq özünü güclü his edirsə bir çox ibadətləri asanlıqla yerinə yetirər.

Güclü bir mömin çox rahat bir şəkildə cihadın çətinliklərinə qatlana bilər. Beləliklə Allah`ın razı olduğu bir əməli yerinə yetirmiş olur. Fiziki olaraq güclü olan insanın hər zaman hərəkət halında olması asan olur. Güc tələb edən bəzi ibadətləri asanlıqla yerinə yetirir. Özünə ibadət edilməsini sevən Allah, o qulunu sevər.

Qüvvətli möminin sevilməsi qüvvətsiz olan möminin seviləməyəcəyini göstərməz. Peyğəmbər salləllahu əleyhi və səlləm bu yalnış düşüncənin qarşısını görün necə alır: “Amma hər birində xeyir vardır...”

Güclü olan bir mömin Allah qatında daha sevimli bir hala gəlmək istəyirsə güclənmək məcburiyyətindədir. Gücsüz olan bir insan bəzi ibadətlərindən ləzzət almaya bilir. Ağır çəkili bir insanla  zəif bir insanın səcdədə qalma müddəti bir olmaz. Ağır çəkilər səcdədə qalma müddətini azaldar. Səcdədə az qalmaq daha çox dua etməyə əngəl olar. Bu hal ibadətə verdiyi zərərlərdən sadəcə biridir.

Hədisimizin davamı möminlərin güc toplamasını tövsiyə edir;

“Sənə fayda verəcək şeylərə səy göstər...” hədisimizin bu qismini daha rahat anlaya bilməyimiz üçün az öncə verdiyimiz misalı yenidən nəzərdən keçirək: Ağır çəkili bir mömin ilə zəif bir möminin namazda səcdədə qalma müddətinin eyni olmaması. Ağır çəki səcdə halındaykən mömini sıxıntıya saar və tezliklə səcdədən qalxmağa məcbur edər.

Çəkisindən dolayı səcdədə çox qala bilməyən bir möminə Peyğəmbər salləllahu əleyhi və səlləm belə deyir: “Sənə fayda verəcək şeylərə səy göstər.” Yəni səcdədə qalmaq sənin leyhinədir və sən səcdədə qalma müddətini uzatmağa səy göstər. Ağır çəkili bir insanın səcdə nemətindən faydalanmaq üçün edəcəyi şey artıq çəkilərdən azad olmaqdır. Bu, hədisimizin vermək istədiyi mesajlardan sadəcə biridir.

Səy göstərməyə çalışdığınız ibadətdə yorğunluqlar ola bilər. O halda sən: ”Allah`dan yardım istə və aciz olma!” Çətinlikləri asanlaşdıran yeganə qüvvə Allah təaladır. Elə isə Allah`dan yardım dilə. Əsla əməli tərk etmə. Bir gün mütləq öhdəsindən gələcəksən. Allah`dan yardım diləmək heç də çətin deyil. Yəni insanın fiziki gücü ilə əlaqəli deyil. Allah, ondan yardım istəyənlərin həm duasını eşidir həm də onların varlığının fərqindədir.

İstər ibadət halında olsun istərsə də normal sosial həyatda başına gələcək müsibətlərə qarşı: “Başına bir iş gələrsə belə etsəydim belə olurdu demə!”

İnsan hər halda müsibətlərlə imtahan edilir. Buna hazırlıqlı olmaq lazımdır. Üsyan edilməməlidir. Qədərdir deyib razılıq göstərilməlidir. Çünki müsibətlər yalnız Allah`ın izni ilə olur.