Qeybət və onun dünyadakı fəsadları
Açıqlama:
Allah Rəsulu salləllahu əleyi və səlləm bəzən əshabına sual verib özü cavablandıraraq öyrədərdi. Bu öyrətmə metodu çox təsirli bir metoddur. Yuxarıdakı hədisimizdə də bir qrup səhabəsinə bəlkə də çox yaxşı bildikəri bir sualı verir. Burada səhabələr Allah Rəsulu salləllahu əleyi və səlləmin öyrətmək niyyətiylə sual yönəltdiyini bildikləri üçün hörmətsizlik etməyib, ən yaxşı tərifi özünün etməsi üçün “Allah və Rəsulu daha yaxşı bilir” demişdilər.
Hədisdə səhabələrin hörmətcil olduqlarının şahidi oluruq. Verilən sual, qeybət haqqındadır. Allah Rəsulu salləllahu əleyi və səlləm səhabələrdən bir çoxumuzun fikir vermədiyi, önəmsəmədiyi, kiçik gördüyü, bəlkədə də günah olaraq nəzərə almadığı bir mövzu haqqında soruşur. Bu halda qeybət sualının cavabı bir anda anlaşılır.
Amma Peyğəmbər salləllahu əleyi və səlləm qeybətin tərifini verərkən ağıla bir sual gəlir ki, həmin sualın da cavabı bu tərifdə yoxdur. Əgər səhabələr Peyğəmbər salləllahu əleyi və səlləmini və onun buyurduqlarını önəmsəməmiş olsaydılar “qeybətin nə olduğunu bildik” deyər və ordan uzaqlaşardılar.
Bunun əksinə “Sözügedən eyib o qardaşımda varsa, necə?” sualını verirlər. Bu mühüm bir sualdır. Burada bunada diqqət çəkirik. Söylənilən şeyin o insanda olmaması ən pis ehtimal yalan olaraq başa düşülə bilərdi. Bunu görmək səhabəyə heç də çətin gəlməzdi. Qarşılarında Peyğəmbər salləllahu əleyi və səlləm var ikən onlar öz qənaətlərinə o qədər də önəm vermirdilər. Bax elə bu düşüncənin nəticəsi olaraq da ilk suallarını verdilər. Səhabələrin verdikləri bir suala cavabda iftiranın da tərifi ortaya qoyuldu. qeybət və iftira; bunların hər ikisi də insanı olduqca narahat edər. İnsanın mənliyinə, xasiyyətinə və insanlar qatındaki dəyərinə zərər verən iki pis bir virus kimidirlər.