Skip to main content


Əli aşiqlərinə…


Ey "Əli aşiqi" ismiylə gəzən insanlar,
Hər kim ki, səmimidir fikrimi əlbət anlar.
Əlinin eşqi ürəklərdə ola, mən razı,
Çünki o, əhli-beytdən sayılır ən azı.
Amma bir həqiqət də var onu lazımdı demək,
Hər şeyin öz həddi var, riayət eyliyək gərək.
Hər kimi sevərsə bir kəs Yaradan mislində,
Tövbə etmədikcə müşrik sayılır əslində.
Bəqərə yüz altmış beşi yəqin ki, bilir çoxu,
Sözlərimə inanmıyırsansa əgər get aç oxu.
Ey Əli məktəbinin talibi, ey namaz qılan,
Xəbərin var? Danışırsan sən hər namazda yalan.
Gündə on yeddi dəfə dedin "iyyəkə nəstəin"
Amma ki, səsliyirsən "ya Əli" həm "ya Hüseyin"
Ölü də heç eşidərmi? Nə sübut var, nə dəlil.
Eşidən tək Yaradandır bunu yadda saxla, bil.
Bir zamanlar nə əhli-beyt, nə də həzrət Əli,
Etmiyib indikilər etdiyi yanlış əməli.
Bilmirəm ki, bu nə məzhəb, nə təriqətdir axı?
Belə şey yoxdu əzəllər, bu ki, bi'dətdir axı.
"Iyyəkə nəbudu" söylədinsə dosdoğru, qəti,
Allahdan qeyrisinə etməyəsən ibadəti.
Dua da ibadətin bir növüdür, qayəsidir,
"Yalnız Allaha dua et", Qur'anın ayəsidir.
Nəzər eylə orda Cin surəsi on səkkizə sən,
Zənnimcə dərk eliyərsən hərşeyi pakizə sən.
Bir də Mu'min surəsi altmışa, altmış beşə bax,
Bir-birini gör nə gözəl izah edir, keçmişə bax.
Bəzi kəslər irəli sürdü bu batil fikiri,
Guya ki, çatıbdır bizə Qur'anın üçdə biri.
Amma Allah neçə ayəsində söz verib bizə,
Haqqı tapmaqda Quran kitabını iz verib bizə.
Bu kitab haqdı, dəyişməzdi və sabit qalacaq,
Yalnız Axirət günü elmi tamamən alacaq.
Ta qədimdən elçilər Islamı öyrətdi bizə,
Indiki dövrümüzdəsə Quran höccətdi bizə.
Kitabda səhv olarsa bu hal ədalətsiz olar,
Bizi eyləmək sorğu-sual ədalətsiz olar.
Sən hicr doqquza bax, həm də kəhf surəsi bir,
Fussilət qirx iki də sözlərimin təsdiqidir.
Nə olar zərrə qədər sizdə ola 'ar eləmək',
Bu axı küfürdür bir ayəni inkar eləmək.
Dedilər ki, sonralar qeybdən bir səs gələcək,
Zamanın sahibi adlı möhtərəm kəs gələcək.
Neçə illər və əsrlərdi ki, çıxmır aşkara,
Özü üçün tapıbdı qeyri adi bir mağara.
Mən uşaqlıqda eşitmişəm bucür nağılları,
Qulaq asdıqca sanki başdan alır ağılları,
Belə məlumatlar uydurma hədislərdədi çox,
Sənədsiz hədislərdi, heç birinin əsası yox.
Zamanın sahibi insan ola bilməz qətiyyən,
Çünki insanda bu imkan ola bilməz qətiyyən.
Zamanı insan idarə etməkdə mə'yusdur,
Yeganə böyük qüvvə tək Allaha məxsusdur.
Tək O'dur bütün kainatda mülkə sahib olan,
Hər şeyi məğlub edən və hər şeyə qalib olan.
Zaman adlı məfhum da bu mülkün bir hissəsidir.
Məncə bu kəlmələr anlayanlar üçün bəs edir.
Mehdini vəsf eliyirlər ilahi qüvvə kimi,
O bəşər övladıdır ki, doğular bəndə kimi.
Mehdinin gəlməyini Rasulullah müjdələyib.
Dünyadə haqqı bərqərar edəcəkdir o deyib.
Mehdi öz vəzifəsin etməyə icra gələcək,
Qeyibdən cəmi biri - Həzrəti İsa gələcək.
Sən bu mövzuda haqqı axtarırsansa ey bəşər,
Zuxruf surəsi altmış biri aç, eylə nəzər.
Çünki bu surədəki ayə sözün sübutudur,
Və batil əqidə sahiblərinin süqutudur.
İndiysə yad eliyək "müqəddəs" pir, ocağları,
Yəni bütxanələri, qəbir dolu otağları.
Sarılırlar nə üçün o yerlərin divarına,
Buraxırlar özlərini pirlərin ixtiyarına.
Hətta bir xeyli təvaf eyliyirlər o pirləri,
Guya ki, var o pirlərin intiresni sirləri.
Aiddi bucür xasiyət Məkkə müşriklərinə,
Bu yaraşmır axı əsli Əli aşiqlərinə.
Gedibdi Həzrət Əli Allah Rəsulunun yolun,
Onlar olmuşsa nəcür, siz onlara bənzər olun.
Yalnızca Kəbəni bizlər gərək eyliyək təvaf,
Açıq aydın dəlildi, bu mövzuda yox ixtilaf.
Maidə və Ali Imran surəsinə bax ciddi,
Hər iki surədə ayə nömrə doxsan yeddi.
Indiysə araşdiraq, siyğənin var əsasları?
Çəkilərkən adı qaldırır lap ehtirasları.
Bu nə cür nigahdır ki, ismi onun müvəqqəti,
Bu haramdır, qadağandi, nəsx olunmuşdu qəti.
Əziyət çək,Quranı bir daha da al əlinə,
Diqqətlə bax Muminun surəsinin əvvəlinə.
Eyləsə doğmaların razılığa gəlmərsən,
Başqasına rəva bilib, özvə rəva bilmərsən.
Nəfsin istəklərinə uymasın qoy ehli bəşər,
Hər kim ki, nəfsə uyar, vermiş olar ömrü hədər.
Möminin xüsusiyyətidir ki, iffətli ola,
Qoruya namusunu, daima qeyrətli ola.
Etdiyi zinadır amma ki, siyğə ismi gedir,
Sadəcə fərqi budur ki, danışıq rəsmi gedir.
Arvadbazlığa son qoymalısız, bəsdi daha,
Bu oyun-bazlığa son qoymalısız, bəsdi daha.
Indiysə nədən deyim, sizə nədən söhbət edim,
Qarə ip, üzərlik və göz muncuğna diqqət edim.
Hər kim ki, bucür kiçik şirkə təvəkkül eliyər,
O gedər böyük şirkə sarı tənəzzül eliyər.
Qoruyan hər şeyi yalnız Yaradandır, başa düş,
Ey ağıllı bunu dərk etmək asandır başa düş.
Nisə yüz otuz iki və Həcc otuz səkkizə bax,
Tək O'dur hifz eliyən əhli imanı, sözə bax.
Bes deyilmi bu dəlillər aşırı eşqə düşən?
Şirk bataqlığını gülüstan eliyib zənn gəzişən.
Çox təəssüf ki, əqidəniz acınacağlı qalıb,
Qəlbiniz möhürlənib, gözləriniz bağlı qalıb.
Belə olmağına səbəb çoxdu, əsas səbəb budur.
Zərrəcə elm yoxdu, elmi cəhalət qurudur.
Baş alıb gedibdi nəfsani yalan fətvaları.
Uydurma, ürək bulandırıcı kalan fətvaları.
Yoxdu tövhid deyilən dinimizin bünövrəsi,
Xeyli fantaziyadan ibarətdir əqidəsi.
Gəl indi nəzər salaq səhabələr mövzusuna,
Söyərək səhabəni, bular çatır arzusuna.
Deyibdi Rəsulullah kim əshaba buğz eləsə,
Mənə buğz eyləmiş o, onlara lə'nət diləsə.
Bizlərə bu dini çatdırıb verib səhabələr
Siz isə söyləyirsiz onlar üçün nələr-nələr.
Bu əməl küfürdü, sizlərdə adət halnı alıb.
Çünki o səhabələrdən Yaradan razı qalıb.
Mücadilə yirmiki ,Fəth on səkkiz ayəsi,
Yüz və səksənsəkkiz nömrəli Tövbə surəsi.
Yetmiş dördüncü ayə də Ənfalda keçir,
Razılıq Beyyinə səkkizdə də hər halda keçir.
Mən deyən mövzular haqqında biraz düşün-daşın,
Anlayarsan hər şeyi yaxşı işləyirsə başın.
De, mənim ibadətim, namazım, ölümüm, həyatım,
Yalnız Allahım üçündür bu ömür sərfiyatım.
Kim əgər sizdən ədalətli əsli aşiqdir,
Eyləsin hidayət Allah ona, kim layiqdir.

Abdullah b. Rəvaha