Skip to main content


İman sevgisi


Bizlərdə ki, vardır bu iman sevgisi bitməz,
Möhkəm kök atıb qəlbimizə, boş yerə getməz.
 
Gerçəkdi iman ləzzəti, zənn eyləmə röya,
Qur'an və hədislərlə onu eylədik ihya.
 
Həkk oldu bizim qəlbimizə kəlməyi tövhid,
Rəbbim, şükür olsun, bizi eylədin muvahhid.
 
Qur'an bizim üçün imanı eyləyir izah,
Bil əməllər budaqdı, iman kökdüsə hərgah.
 
Iman azalar, gah çoxalar qəlbin içində,
Təsdiq, söz, əməl - ihtiva eyliyir üçün də.
 
Allahı ve Peyğəmbəri kim tutsa ən üstün,
Iman dadını his eliyər doğru və düzgün.
 
Var yetmiş üç dənə şöbəsi, imana aid,
Ən aşağsı yoldan daşı çək, zirvəsi tövhid.
 
Hər bir itaət imanını qaldırar əlbət.
Hər masiyətin imanını saldırar əlbət.
 
Vardır imanın ziddi, onun ismi küfürdür,
Küfr əhlinin əlaməti, qəlblərdə möhürdür.
 
Bizlər qalarıq küfr əməllərdən uzaqda,
Çünki qapıdır atəşə bu fani sınaqda.
 
Haqq əhlinə müjdə - yeri Cənnət, yeri mə'lum,
Batilsə olar Cəhənnəmdə odlara məhkum.
 
Hər kimdəki, xardal qədəri varsa iman, bil,
Qalmaz o Cəhənnəmdə, olar Cənnətə daxil.
 
Hər kim ki, öz imanını dünyayə satıbdır,
Bilsin ki, o qafildi və qəflətdə yatıbdır.
 
Əfsus bürüyüb hər tərəfi qafil adamlar,
Tədric ilə artmaqdadır ətrafda haramlar.
 
Ya Rəbb, bizi hifz et, çoxalıb fitnə-fəsadlar,
Gündən günə şeytan çıxarır tazə icadlar.
 
Səndən sığınıb biz Sənə, olduq yenə təslim.
Çox zülm eliyib nəfsimizə olmadıq hakim.
 
Indi boğluruq nəfsimizin qüsurunda biz,
Nə üznən cavab verərik hüzurunda biz?
 
Ey mərhəmətli həm rəhmli Rabbul-Aləmin,
Ey Ğaffar olan Rəbbimiz, ey Hadi və Mu'min,
 
Qəsdlə və ya qəsdsiz nə qədər varsa günahlar,
Əfv et bizi, yalnız Sənədir ümid, pənahlar.
 
Artır bizim imanımızı, saxlamayaq kin,
Imanlı şəkildə al bizim canımızı, amin.
 
Abdullah b. Rəvaha