Qardaş sevgisi
Qardaşı sevməyin dadı başqadı
Bu dadı biləmməz qeyri müsəlman
Süfrədə qardaşın yeri başdadı
Qardaşı sevərək qoruyar insan
İstəməz qardaşa dəysin soyuq, gün
İstər ki qardaşa daim xoş olsun
İstəməz qardaşı dayansın üzgün
Qoymaz ki, qardaşın yanı boş olsun
Müsəlman qardaşlar böyük nemətdir
Çalışaq bu nemət getməsin əldən
Ay Ceyhun boş zaman gözəl fürsətdi
Unutma, qardaşı yada sal hərdən
Ceyhun əbu Cəbrayıl