Sual 4: Telefonla zəng edən zaman ilk salamı kim verməlidir?
- Əssələmu aleykum va rahmətullah.
Şeyx (salamı qaytararaq) ondan mənim haqqımda soruşur və deyir:
- Atana de Muhamməd Nasuruddin əl-Albani zəng etmişdi. (O (Allah rəhmət etsin) özünə şeyx demədi və bu da onun təvazökarlığından xəbər verir)
Mən evə qayıdan zaman qızım xəbər verdi ki, Muhamməd Nasuruddin əl-Albani adlı şəxs zəng etmişdi. Mən dərhal şeyxə zəng etdim. O demək istədiyini deyəndən sonra soruşdu:
- Ey Əbu İslam! Mən sənə zəng edən zaman balaca qızın cavab verdi və dedi: “Əssələmu aleykum va rahmətullah”. O bunu elmlə etdi yoxsa bu balaca qızın şəxsi istəyindən doğan əməlidir? Mən istəyirəm ki, biz bundan fayda çıxaraq. (Şeyxin bu üslubu da dəvətdə olan təvazökarlıq və hikmətlə əlaqədardır.)
Mən ona cavab verdim:
- O (qızım) bunu özündən və özü də birinci dəfədir ki, edib. Amma o ki, qaldı bu məsələyə, biz öyrənmişik ki, telefon dəstəyini cavab üçün qaldıran “bəli” deyir. Amma ilk salamı zəng edən verir. Yalnız bundan sonra zəng edilən salamı qaytarır. İlk salamı o vermir.
Şeyx dedi:
- Bəli. Düzgün əməl budur. Çünki zəng edən qapını döyənin misalındadır. Onlar arasında fərq yoxdur.
Bu hadisəni Şeyx Albaninin tələbələrindən Salih bin Taha Abu İslam “İlk öncə əqidə. Əgər onlar bilsəydilər” kitabında qələmə alıb. (1/16-17 )