Nə üçün insan haqq yoldan sapır?
Alimlərdən biri bu haqda belə deyir:
“Hər halda onun azması iki səbəbdəndir. Ya o, Allahdan sabitlik istəmir, ya da doğru yolda olduğu üçün Allaha şükr etməyib. Allah səni Öz hidayət yolu üçün seçdikdə düşünmə ki, fərqlisən, buna layiqsən, yaxud Allah ﷻ sənin sözünə baxıb. Əksinə bu yalnız Uca Allahın Rəhmətindəndir və sənin nankorluğun hər an bu neməti, Allahın Rəhmətini səndən çəkib ala bilər. Bunun üçün nə öz əməlinə nə elminə nə də ki, ibadətlərinə aldanma, yolunu azanların başına gələn (bu müsibəti) kiçik görmə. Əgər sənin üzərində Allahın Rəhməti olmasaydı, sən də onun yerində olardın. Əsla elə zənn etmə ki, sənin doğru yolda sabitliyin sənin şəxsi nailiyyətindir. Allahın سبحانه وتعالى Peyğəmbərə ﷺ dediyi sözə bax - "səni dinində sabit saxlamasaydıq...". Bəs sən necə !!!
وَلَوْلَا أَنْ ثَبَّتْنَاكَ لَقَدْ كِدْتَ تَرْكَنُ إِلَيْهِمْ شَيْئًا قَلِيلًا
Əgər Biz səni dinində sabit saxlamasaydıq, əlbəttə, azca da olsa onlara meyl edəcəkdin.
إِذًا لَأَذَقْنَاكَ ضِعْفَ الْحَيَاةِ وَضِعْفَ الْمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَيْنَا نَصِيرًا
Belə olacağı təqdirdə sənə həyatın və ölümün əzabını ikiqat daddırardıq. Sonra Bizə qarşı özünə bir köməkçi də tapa bilməzdin.
İsra 74-75
Uca Allahdan hər iki dünyada salamatlıq və səhhət istəyirik!