Skip to main content


Namazın Müxtəsər Təlimi

Əziz müsəlman! Namaz qılmaq hər bir müsəlmana vacibdir. Gündəlik 5 vaxt namaz Allahın verdiyi vaxtın cüzi hissəsini aparır. Allah Quranda insanlara əmr edir: Namaz qılın...” (Qurani-kərim, əl-Bəqərə/110), Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (Zariyat/56). Namaz insani pis əməllərdən çəkindirir: Həqiqətən namaz çirkin və pis əməllərdən çəkindirir. ” (əl-Ənkəbut/45)
Hər müsəlman gündə beş vaxt namaz qılmalıdır:

  1. Sübh (2 rükət) - “...sübh namazını da qıl!”. (əl-İsra surəsi/78).
  2. Zöhr (4 rükət)-”Günortadan [gün batmağa meyl edəndən]...namaz qıl!” (Əl-İsra/78).
  3. Əsr (4 rükət)-”...xüsusi ilə orta namaza riayət edin!”. (Əl-Bəgərə/238).
  4. Məğrib (3 rükət)-”Günortadan [gün batmaga meyl edəndən] gecənin qaranlığınadək [laziminca] namaz [zöhr, asr, məğrib və işa] qıl”. (Əl-İsra/78).
  5. İşa (4 rükət)-”Gecənin qaranlığınadək [lazımınca] namaz [zöhr, asr, məğrib və işa namazları] qıl!”. (Əl-İsra/78)


Namazın müxtəsər təlimi isə aşağıdakı kimidir.

Təkbir:           Allahu Əkbər!

Qıyamda:      Sübhanəkə-llahummə və bihəmdikə və təbərakəsmukə və təalə cəddukə və lə iləhə ğeyrukə!

Əuzu billəhi minə-ş-şeytani-r-racim!

 

Bismilləhi-r-Rahməni-r-Rahim! Əl-həmdu li-lləhi Rabbi-l-aləmin,

Ər-rahməni-r-Rahim, Maliki yəumiddin, İyyəkə nəbudu və iyyəkə nəstəin,

İhdinə-s-sıratal mustaqim,

Sırata-l-ləzinə ən’amtə əleyhim ğeyril məğdubi aleyhim vələd’da~lin!

Əmin!

 

Bismilləhir-Rahmənir-Rahim!

Qul huva-llahu Əhəd, Allahu-s-Saməd, Ləm yəlid və ləm yuləd,

Və ləm yəkul-ləhu kufuvən əhəd.

 

Təkbir:           Allahu Əkbər!

Rükuda:         Subhanə Rabbiyə-l-Azım (1 və ya 3 dəfə)

Rükudan qalxanda: Səmi Allahu limən həmidən (1 dəfə)

 Qıyamda:     Rabbənə və ləkəl həmd (1 dəfə)

Təkbir:           Allahu Əkbər!

Birinci səcdə: Subhanə Rabbiyə-l-Alə (1 və ya 3 dəfə)  Təkbir:  Allahu Əkbər!

Səcdələr arasında:    Rabbi-ğfirli (2 dəfə)  Təkbir:  Allahu Əkbər!

İkinci səcdə:  Subhanə Rabbiyə-l-Alə (1 və ya 3 dəfə)

Təkbir:           Allahu Əkbər!

Təşəhüddə:   Ət-təhiyyətu li-lləhi vəs-salavatu vat-tayyibətu. Əs-sələmu əleykə əyyuhən-nəbiyyu və rahmətu-llahi və bərəkətuhu. Əs-sələmu əleynə və alə ibadi-lləhi-s-salihin. Əşhədu ənlə ilahə illəllahu vəhdəhu lə şərikə ləhu və əşhədu ənnə Muhəmmədən əbduhu və rasulu

Allahummə salli alə Muhəmmədin və alə əli Mühəmməd Kəmə salleytə alə İbrahimə və alə əli İbrahim İnnəkə Həmidun Məcid! Allahummə bərik alə Muhəmmədin və alə əli Muhəmməd Kəmə bəraktə alə İbrahimə və alə əli İbrahimİnnəkə Həmidun Məcid!

Allahumə inni əuzu bikə min əzəbi cəhənnəm və min əzəbi-l-qəbr və min fitnəti-l-məhyə və-l-məməti və min şərri fitnəti-l-məsihi-d-dəccəl.

Sağa salam:   Əssələmu əleykum və rahmətullah.

Sola salam:    Əssələmu əleykum və rahmətullah.


 

Tərcümə

(diqqət! Namazın tərcüməsi onun mənasını anlamanız üçündür, azərbaycan dilində namaz qılmaq üçün deyil)

Təkbir:           Allah ən böyükdür!

Qıyamda:      Ey bütün nöqsanlardan uzaq olan Allahım, Sənə alqış (həmd) olsun! Sənin adın mübarəkdir, əzəmətin ucadır! Səndən başqa İlahi yoxdur! Lənətlənmiş şeytandan Allaha sığınıram!

Fatihə surasi: Rəhmli, Mərhəmətli Allahın adı ilə!

Həmd (şükr və tərif) olsun Allaha, aləmlərin Rəbbinə. (Bu dünyada hamıya) Rəhmli, (axiraətdə isə ancaq möminlərə) Mərhəmətli olana. Haqq-hesab (Qiyamət) gününün sahibinə! Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! Bizi doğru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna!

Qəzəbə düçar olanların və (haqdan) azanlarınyoluna yox! İlahi duamı qəbul et!

İxlas surəsi:   Rəhmli, Mərhəmətli Allahın adı ilə! De, (Ey Məhəmməd!): O Allah təkdir! (Heç bir şəriki yoxdur).

Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır. O, əzəli və əbədidir). O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri, bənzəri də yoxdur!

Təkbir:           Allah ən böyükdür!

Rükuda:         Mənim Əzəmətli Rəbbim bütün nöqsanlardan uzaqdır!

Rükudan qalxanda: Allah Ona alqış (həmd) deyənləri eşidər!

Qıyamda:      Ey Rəbbimiz! Sənə alqışlar olsun!

Təkbir:           Allah ən böyükdür!

Səcdədə:        Mənim uca Rəbbim bütün nöqsanlardan uzaqdır!

Təkbir:           Allah ən böyükdür! Səcdələr arasında:    Ey Rəbbim, məni bağışla! Təkbir: Allah ən böyükdür!

Səcdədə:        Mənim uca Rəbbim bütün nöqsanlardan uzaqdır!

Təkbir:           Allah ən böyükdür!

Təşəhüddə:   Bütün alqışlar, dualar Allaha, bütün yaxşı işlər Allah üçün edilir. Ey Peyğəmbər, sənəsalam olsun, Allahın mərhəmətli və bərəkəti yetişsin! Bizə və Allahın əməlisaleh bəndələrinə salam olsun! Mən şəhadət ediraəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və şəhadət ediram ki, Məhəmməd Onun qulu və elçisidir. Allahım, Məhəmmədə və onun ailəsinə də, İbrahimə və onun ailəsinə xeyir-dua verdiyin kimi xeyir-dua ver! Məhəmmədə və onun ailəsinə də İbrahima və onun ailəsinə bərəkət verdiyin kimi bərəkət ver! Sən həqiqətən alqışlaralayiq və şan şövkətlisən!

Allahım! Həqiqətən, məni cəhənnəm əzabından, qəbir əzabından, həyatın və ölümün fitnəsindən və yalançı məsihin fitnəsinin şərindən Sənə sığınıram.

Salamlar:

Saga    Sizə salam olsun və Allahın mərhəməti yetişsin!

Sola     Sizə salam olsun və Allahın mərhəməti yetişsin!



 Namaz təlimi yüklə  Dosyayı kaydet: namaz_telimi.pdf [5,65 Mb] (İndirilme: 948)
Online olarak görüntüle: namaz_telimi.pdf
  
 Alternativ yüklə      Dosyayı kaydet: namaz-qilma-qaydasi.pdf [1,8 Mb] (İndirilme: 412)
Online olarak görüntüle: namaz-qilma-qaydasi.pdf