Namazın fərz olması
Heç şübhəsiz ki, namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir. (Nisə 103)
Buxari (8) və Müslim (16) İbn Ömər radiyallahu anhumədən Allah Rəsulu salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişlər: “İslam beş şeyin; Allah`dan başqa ilah olmadığına və Muhəmmədin Onun qulu və elçisi olduğuna şahidlik etməyin, namaz qılmağın, zəkat verməyin, həcc ziyarətini yerinə yetirməyin və oruc tutmağın üzərinə bina olunmuşdur”.
Buxarinin (342), Müslimin (163) və başqalarının Merac hadisəsi haqda rəvayət etdikləri hədisdə belə buyrulur: “Allah təala mənim ümmətimin üzərinə əlli vaxt namazı fərz buyurdu.... Yenidən Allah`a müraciət etdim O buyurdu: “(Fərz buyrulan namazların vaxtı) beşdir. (Savab baxımından isə) əllidir. Mənim sözüm dəyişməz”.