Skip to main content


Namazın vacib olmasının şərtləri

Buxari (1331) və Müslim (19) İbn Abbas radiyallahu anhumə demişdir: “Peyğəmbər salləllahu əleyhi və səlləm Muaz ibn Cəbəl radiyallahu anhunu Yəmənə göndərib ona belə buyurdu: “Onları Allah`dan başqa ilah olmadığına və mənim Allah`ın Rəsulu olduğuma şahidlik etməyə dəvət et. Əgər onlar sənə bunda (şəhadət gətirməkdə) itaət etsələr Allah`ın onlara hər gün və gecədə (24 saat) beş vaxt namazı fərz buyurduğunu öyrət....”   

2. Həddi buluğa çatmaq

3. Aqil olmaq

Əbu Davud (4403) və başqaları Əli ibn Əbu Talib radiyallahu anhunun Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişlər: “Üç nəfərdən qələm qaldırılmışdır (onlara günah yazılmaz): Oyanana qədər yatan insandan, həddi buluğa çatana qədər uşaqdan və ağıllanana qədər dəlidən”.

Yəni bu üç şey bir insanda varsa onun namaz qılması artıq fərz olur.