Skip to main content


Namazın sünnətləri-2

Peyğəmbər salləllahu əleyhi və səlləmin birinci təşəhhüdü tərk etdiyi üçün səhv səcdəsi etməsi isə birinci təşəhhüdün sünnət olduğunu göstərir. (Əgər birinci təşəhhüd namazın rüknlərindən olsaydı o zamanı o namazı yenidən qılmalı idi)

Hakim Əbu Hüreyrə radiyallahu anhunun belə dediyini rəvayət etmişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm sübh namazının ikinci rəkatında rükudan qalxdığı zamanı əllərini qaldırarraq bu duanı oxuyardı: “Allahummə`h-dinə fi mən hədeyt,....” (Muğni`l-Muhtac: 1/166)

Əbu Davud Həsən ibn Əli raduyallau anhumun belə dediyini rəvayət etmişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm mənə vitrdə oxumağım üçün sözlər öyrətdi: “Allahummə-h-dini fi mən hədey­tə, va afini fi mən afəytə, va təvalləni fi mən təvalləytə, va bərik li fi mə a'taytə, va qıni şərra mə qadaytə, fə innə­kə taqdi va lə yuqda aləykə, innəhu lə yə­zillu mən valəytə, [va lə yə'izzu mən adəytə] təbəraktə Rabbənə va təaləytə” (Allahım! Hidayət verdiyin kimsələr arasında mənə də hidayət ver! Salamatlıq bəxş etdiyin kimsələr arasında mənə də salamatlıq bəxş et! Dost qəbul etdiyin kimsələr arasında məni də dost qəbul et! Mənə verdiklərini bərə­kətli et! Qərar verdiyin şeylərin şərindən məni qoru! (Hər şeyə) Sən qərar verirsən, Sənin üçün isə qərar verilməz. Dost qəbul etdiyin kimsə zəlil olmaz. [Düşmənçilik etdiyin kəs isə qüdrətli olmaz.] Ey Rəbbimiz! Sən xeyir­xahsan və ucasan!)

Tirmizi (464) hədisin həsən hədis olduğunu demiş və əlavə etmişdir: “Peyğəmbər salləllahu əleyhi və səlləmdən vitrdə qunut tutmaq barədə bundan daha yaxşı bir şey eşitməmişik”.

Əbu Davud (1428) Ubeyy ibn Kəb radiyallahu anhunun Ramazanda imamlıq etdiyini və Ramazanın ikinci yarısında qunut tutduğunu rəvayət etmişdir. Səhabələrin etdiyi bir əməl isə digər səhabələr tərəfindən inkar olunmadığı müddətcə özü özlüyündə bir dəlildir. (Çünki onlardan birinin etdiyi əməl bidət olsaydı digərləri onu bu əməli etməkdən çəkindirərdi)