Dəstəmaz necə alınır?
Allah Quranda buyurur: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun." (Maidə surəsi, 6)
Dəstnamaz almağın müxtəsər ardıcıllığı aşağıdakı kimidir:
Qəlbimizdə Allahın razılığı üçün dəstnamaz almağa niyyət edirik.
“..Bismilləh..” deyib, əllərimizi yuyuruq, bilək də daxil olmaqla. *
Sağ ovucumuza su alırıq, suyun yarısını ağzımıza alırıq, qalanını burnumuza çəkirik, ağzı yaxalayıb suları qaytarırıq.
İki ovucumuzla üzümüzü yuyuruq - Saç bitən yerdən çənənin altı da daxil olmaqla və eləcə də qulaq düyünlərinə kimi.
Sol əl ilə Sağ qolumuzu yuyuruq, barmaq ucları və dirsək də daxil olmaqla.
Sağ əl ilə Sol qolumuzu yuyuruq, eyni qaydada.
Sulu əllərimizin içi ilə saçımıza məsh (sığal) çəkirik - alının tük bitən yerindən arxaya qədər və sonra qaytarırıq yenidən alına.
Nəm halda şəhadət barmağı ilə qulaq boşluğunu, baş barmağ ilə qulağın arxa nahiyəsinə məsh çəkirik. Bu zaman şəhadət barmağı təkcə qulaq boşluğuna deyil qulaq seyvanı üzrə məsh edilir.
İlk Sağ ayaqdan başlamaqla, ayaqlarımızı yuyuruq topuq da daxil olmaqla. Barmaqların arasına, daban və pəncə arasındakı boşluğa, və topuğun alt hissəsinə suyun dəyməsinə diqqət edirik.
Qeyd : Saça və qulaqlara məsh etmək istisna, qalan bütün yuyunmaların 1 dəfə edilməsi Fərz (mütləq), 3 dəfə təkrarlanması isə Sunnətdir. Çünki Allah Rasulu ﷺ dəstnamaz alarkən hər əzasını 3 dəfə yuyardı. 24 saat ərzində ən az 1 dəfə ayaq yuyulmalıdır, qalan vaxtlarda isə əgər ayaq yuyulduqdan sonra geyinilən corab ayaqdan çıxarılmayıbsa, dəstəmaz pozulduqda ayaqları yumaq əvəzinə corabların üzərinə 1 dəfə məsh etmək olar.
Dəstnamazı bitirdikdən sonra bu zikri edirik :
Subhənəkə Allahummə və bihəmdikə. Əşhədu ən-lə iləhə illə əntə. Əstəğfirukə və ətubu ileykə.
* Hamamda və ya ayaq yolu olan yerde dəstnamaz alarkən, “..Bismilləh..” zikri dil ilə deyilmir, sadəcə qəlbdə keçirilir.