Fəzilətli aylar başladı
Belə ki, Rəcəb ayı gəldiyi zaman Peyğəmbərimiz salləllahu əleyhi və səlləm dua edərək belə deyərdi: “ Allah`ım! Rəcəb və Şabanı bizə mübarək qil! Bizi Ramazana çatdır!”.
Üç ayı fəzilətli edən səbəblərdən biri də Merac hadisəsinin Rəcəb ayında və Qədr gecələrinin Ramazan ayında olmasıdır.
Bu aylarda əsasən zikrləri, duaları və ümumilikdə ibadətləri artırmaq lazımdır. Bir baximdan Rəcəb və Şaban ayı Ramazan ayı üçün bir hazırlıq ayıdır. Belə ki, Peyğəmbərimiz salləllahu əleyhi və səlləmin Şaban ayındakı orucu haqda Aişə radiyallahu anhədən gələn hədisdə belə rəvayət edilir: “Mən Allah Rəsulunun Şaban ayındakı qədər çox oruclu olduğu bir ay görmədim”. (Təcrid`i-Sarih 6295)
Həmçinin Peyğəmbərimiz salləllahu əleyhi və səlləm bu aylar haqqında belə buyurmuşdur: “Rəcəb Allah`ın ayı, Şaban mənim ayım, Ramazan isə ümmətimin ayıdır”.
Bu aylarda olan Merac hadisəsi və Ramazan ayının fəzilətləri haqqında inşəAllah irəlidə daha geniş məqalələr ilə məlumat verəcəyik.