Skip to main content


Unudulmuş sünnətlər 1: Evlilik (Nigah)

1. Evliliyi gecikdirməmək

Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Gənc yaşda evlənən gəncin şeytanı belə fəryad edər: “Vay olsun ona! Dinini məndən qorudu”. (Kənzu`l-Ummal 44441)

Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Gənc yaşda evlənən gəncin şeytanı belə fəryad edər: “Vay olsun ona, vay olsun ona! Dininin üçdə birisini məndən qorudu”. O halda qul dinin digər üçdə birisi üçün də Allah`dan qorxmalıdır.  (Bihar 103/221/34)

2. Ruzinin narahatlığını çəkməkdən uzaq olmaq

Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah (lütfü ilə) Genişdir, Biləndir! (Nur 32)

Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Evlənin, çünki evlənmək sizin ruzinizi atırır”.  (Bihar 103/217/1)

Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Subaylarınızı evləndirin, cünki bu işlə Allah onların əxlaqını gözəlləşdirir, ruzilərini artırır, mürüvvətlərini çoxaldır”. (Bihar 222/38)

Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Kim kasıblıq qorxusuyla evlənməyi tərk edərsə, o bizdən deyildir”.  (Kənzu`l-Ummal 44460)

3. Mehri və İşləri yüngül (rahat) aparmaq

Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Ümmətimin qadınlarından ən üstünü ən gözəl üzlü olan və mehri ən az olan qadındır”. (Bihar 103/237/25)

Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Ən xeyirli mehr ən yüngül (az) olandır”. (Kənzu`l-Ummal 44707)

Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Qadının rahat istənməsi, mehrinin az olması və rahat doğum etməsi onun uğurlu olmasındandır”. (Kənzu`l-Ummal 44721)

4. Dini gözəlolanı seçmək

Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Hər kim bir qadınla gözəlliyi səbəbiylə evlənirsə onda istədiyini tapa bilməz. Hər kim qadınla malı üçün evlənirsə, Allah onu o mala həvalə edər. O halda dindar qadınlarla evlənin”.  (Bihar 103/235/19)

Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Bir qadınla dörd şey səbəbi ilə evlənilir; malı, gözəlliyi, dini və nəsli. Sən dini gözəl olanını seç”. (Kənzu`l-Ummal 44602)

Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Bir insan sizdən qiz istəməyə gəlirsə onun dinini və əmanətini bəyənirsinizsə ona qız verin. Əgər belə etməsəniz, yer üzündə bir çox fitnə əmələ gəlir”.

suffagah.com