Göz zinasından xilas olmaq üçün effektiv üsullar
- Naməhrəmi görər-görməz baxışınızı çevirin.
Peyğəmbərimiz salləllahu əleyhi və səlləm buyurmuşdur: “Ey Əli! Baxışına baxış əlavə etmə. Çünki ilk baxış sənədir, ama ikinci baxış əleyhinədir”. (Tirmizi)
- Baxışlarınızı aşağı salın.
Bu sizin günaha düşmə riskinizi xeyli azaldacaqdır.
- Yalnız lazım olduğu zaman çölə çıxın.
Peyğəmbərimiz salləllahu əleyhi və səlləm buyurmuşdur: “Fitnə zamanında kişinin salamat olması evindən ayrılmamasıdır”. (Cəmiu`s-Sağir).
- Xeyirli işlərlə məşğul olun.
“Kim vaxtına diqqət edər və Allah`ın razı olacağı şəkildə keçirərsə, Allah onun dinini və dünyasını mühafizə edər”. (İbrahim b. Şeyban)
- Səmimi bir şəkildə tövbə edin.
- Dost seçimində diqqətli olun.
- Evlənin
Hədis: "Bir şəxs evləndikdə, dininin yarısını qorumuş olar. Qalan yarısı üçün isə Allahdan qorxsun. "(Heysəmi, Məcməuş Zəvaid, No: 7310)
Suffagah.com