Qədir Xumda Əli ibn Əbu Talib xəlifə seçildimi?
“Ey Peyğəmbər, sənə nazil ediləni təbliğ et, əgər bunu etməsən, Onun elçiliyini yerinə yetirməmiş olarsan. Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafirlərə yol göstərməz.” (Maidə, 67)
Şiə alimlərə görə bu ayə Əli ibn Əbu Talib radiyallahu anhu haqqında nazil olmuşdur. Ayədə təbliğ edilməsi lazım olan şey, həzrəti Əlinin xilafətidir. (Küleyni, əl-Kafi, II, 72) Peyğəmbər salləllahu əleyhi və səlləm təqiyyə üçün həyat yoldaşı Aişə radiyallahu anhədən bəzi şeyləri gizləmiş, buna görə Allah təala ona xəbərdarlıq etmişdir (Küleyni, əl-Kafi, II, 72) Peyğəmbər salləllahu əleyhi və səlləm bu çıxışında dünyaya vida etmə zamanının yaxınlaşdığına işarə edərək risalət vəzifəsini yerinə yetirib yetirmədiyi haqqındakı qənaətlərini səhabələrindən soruşmuş, müsbət cavab aldıqdan sonra səhabələrinin Allah`a və axirət gününə olan imanını yenidən təsdiq etdirmiş və daha sonra “Səqaleyn hədisi” kimi məşhur olan sözlərini söyləmişdir: “Sizə qiymətsiz iki şey buraxıram; Allah`ın kitabını və Əhli-beytimi. Məndən sonra bunlara sarılsanız, heç vaxt zəlalətə düşməzsiniz”. Peyğəmbər salləllahu əleyhi və səlləm sözlərini bitirdikdən sonra Əli radiyallahu anhunu sağ tərəfinə almış, əlini tutub qaldırmış və belə demişdir: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Allah`ım, onu sevəni sev, ona düşmən olana düşmən ol!”
Peyğəmbər salləllahu əleyhi və səlləmin bu sözlərindən sonra orada olanlar növbə ilə gəlib həzrəti Əlini təbrik etmişlər. Bunların arasında Əbu Bəkir, Ömər və o anda Əlinin imaməti haqqında bir şeir söyləyən Hassan ibn Sabit də var imış. Onlar Mədinəyə doğru yola çıxdıqları zaman yolda, hətta bəzilərinə görə isə elə oradaca “... Bu gün sizin üçün dininizi kamil etdim, üzərinizə olan nemətimi tamamladım, din olaraq sizin üçün İslamı bəyənib seçdim ...” ayəsi nazil olmuşdur. (Maidə 3)
Əhli-Sünnə qaynaqlarından Qədir Xum hadisəsi:
Qədir Xum hadisəsi Əhməd ibn Hənbəl, Müslim, İbn Məcə və Hakim ən-Nişaburi kimi Əhli-Sünnə mühəddislərin nəql etdikləri hədislərdə də keçməkdədir.
Əhməd ibn Hənbəlin nəql etdiyi rəvayətə görə Peyğəmbər salləllahu əleyhi və səlləm bir səfər əsnasında Qədir Xum deyilən yerdə dayanmış, günorta namazını qıldırdıqdan sonra Əli radiyallahu anhunun əlindən tutub, “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Allahım, ona dost olana sən də dost ol, ona düşmən olana sən də düşmən ol!” dedikdən sonra Ömər ibn Xəttab radiyallahu anhu Əli ibn Əbu Talib radiyallahu anhuyla qarşılaşmış və “Ey Əli! Sən hər möminin mövlası oldun” deyərək onu təbrik etmişdir (Müsnəd, IV, 281).
Müslimin rəvayətində isə Peyğəmbər salləllahu əleyhi və səlləmdən, Məkkə ilə Mədinə arasındakı Xum adı verilən bir mövqedə etdiyi xitabında ölümünün yaxınlaşdığına işarə etdiyi, səhabələrinə Allah`ın kitabını və əhli beytini (səqaleyn) buraxdığını ifadə etdikdən sonra Allah`ın kitabına sarılmalarını tövsiyə etdiyi və Əhli-beyti mövzusunda onlara Allah`ı xatırlatdığı- nəql edilmişdir (Muslim, Fədailu`s-Səhabə 36)
İbn Məcə (Müqəddimə 11) və Hakim ən-Nişaburi də (əl-Mustədrək, III, 109) bənzər rəvayətləri qeyd etmişlər. Daha sonra Yəqubi, İbn Kəsir və Suyuti kimi mutəaxxir dövr alimləri bu rəvayətlərə əsərlərində yer vermişlər.
Əslində şiə ənənəsinin bu hadisə munasibətiylə endirildiyini söylədiyi ayə (Maidə 67) müfəssirlərin böyük əksəriyyətinə görə çox əvvəl nazil olmuşdur. Əsasən bu ayənin, içində yer aldığı digər ayələrlə birlikdə ələ alındığında müsəlmanlar haqqında deyil yəhudi və xristianlar haqqında nazil olduğu və onların Peyğəmbərə bir pislik edə bilməyəcəklərini ifadə etdiyi aydın olar. (Fəxrəddin ər-Razi. XII, 48-49)
Digər tərəfdən Peyğəmbər salləllahu əleyhi və səlləmin hədisində keçən “mövla” və onunla birlikdə “vəli” sözləri “xəlifə” və ya “imam” deyil, “dost, əfəndi, yoldaş” mənalarına gəlir.
Bir çox ayədə Allah və Rəsulunun möminlərə, möminləri də Allah`a və bir-birlərinə dost olduqları ifadə edilərkən həm vəli həm də mövla sözləri istifadə edilmişdir. Bu vəziyyət bir çox hədisdə də görülməkdədir. (Məhəmməd Fuad Abdulbaqi, əl-Mucəm, “vəli”, “mövla” maddələri). Buna görə də səqaleyn hədislərində yer alan mövla sözü ayə və hədislər çərçivəsində dost olaraq başa düşülməlidir.
Əhli-Sünnə qaynaqlarına görə bu hədis, müxtəlif döyüşlərdə müşrik qohumlarını öldürdüyü üçün müsəlmanlar arasında Əli radiyallahu anhuya qarşı duyulan antipatiyanı aradan qaldırmaq və ən əhəmiyyətlisi, Yəmən səfərində (10/631-32) qənimətlərin paylaşdırılması zamanı qatı (sərt) davranışları və onunla birlikdə küsmə səbəbiylə onu Peyğəmbər salləllahu əleyhi və səlləmə şikayət edənlərə təskinlik verib müsəlmanlar arasında qardaşlıq və dostluğun pozulmasını önləmək məqsədiylə deyilmişdir. (Məsələn Tirmizi, “Mənaqib”, 20; İbn Quteybə, s. 42; İbnu'I-Əsir, V, 228; İbn Həmzə əl-Hüseyni, II, 230)
Əli ibn Əbu Talibin nəvəsi Həsən əl-Müsənnədən Peyğəmbər salləllahu əleyhi və səlləmin, “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” sözünü söyləyib söyləmədiyi haqda soruşmuşlar. O isə cavabında belə demişdir: “Bəli söyləmişdir, lakin bununla əmirliyi nəzərdə tutmamışdır. Əgər məqsədi bu olsaydı daha açıq bir ifadə istifadə edərdi. Çünki Peyğəmbər salləllahu əleyhi və səlləm müsəlmanların ən fasihidir (açıq danışan). And içirəm ki, Allah və Rasulu xəlifəlik üçün Əlini seçib müsəlmanlara idarəçi etsəydi və Əli də bunu yerinə yetirməsəydi, Allah`ın və Rəsulunun əmrlərini ilk tərk edən O olardı.” (Əbu Bəkr İbnu'l-Arəbi, s. 185-186, 196)
İbn Teymiyyə; Qədir Xum rəvayətləri ilə əlaqədar olaraq bunları söyləyir: “Bu uydurmanın mütəvatir olması bir yana, səhih bir isnadı (mənbəsi) belə yoxdur. Bu məsələ haqqında Saqifə günündə, Ömər ibn Xəttab radiyallahu anhunun vəfatında, altı nəfərlik şura təşkil oldunduğu zaman və nəhayət Osman radiyallahu anhunun şəhadətindən sonra, Əlinin xilafəti üzərinə münaqişələr edildiyi günlərdə , səhabədən heç olmasa bir adamın ortaya çıxıb vəziyyəti şərh etməsi lazım deyildimi? Göründüyü kimi bu, uydurmadır.” (İbn Teymiyyə, Minhacu`s-Sünnə, IV, 118).
Əhli-Sünnə alimlərinin “Mən kimin mövlasıyamsa ...” hədisindən çıxardığı son nəticə, belədir: “Əlini sevmək və ya ona düşmən olmaq Peyğəmbər salləllahu əleyhi və səlləmi sevmək və ya ona düşmən olmağa yaxın bir hökm daşıyır.” (Mahmud Şükri əl-Alusi, s. 161)
İbn Kəsir isə bunları bildirmişdir: “Zeyd ibn Ərqamın (Ö. 66/689) rəvayət etdiyi Qədir Xum hədisi belədir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm bir gün Məkkə ilə Mədinə arasında Xum deyilən su başında bizə bir xütbə verdi. Bu xütbəsində əvvəlcə Allah`a həmd və səna etdi, vəz və nəsihət etdi, Allah`ı zikr etdi. Sonra isə belə buyurdu: “Ey insanlar! Diqqət edin. Mən ancaq bir insanam, Rəbb`imin elçisi ölüm mələyinin gəlməsi yaxındır, mən ona cavab verəcəyəm. Sizə iki ağırlıq (səqaleyn) buraxıram. Birincisi, özündə hidayət və nur olan Allah`ın kitabıdır. Allah`ın kitabını alın və ona möhkəm sarılın. “Beləcə O Allah`ın kitabına təşviq etdi və ona rəğbət etdirdi. Sonra belə buyurdu: “İkincisi, isə əhl-i beytimdir. Sizə əhli-beytim haqqında Allah`ı xatırladıram.” Bu son sözü üç dəfə təkrar etdi. (Nəsai, Hasais, 15; Əhməd ibn Hənbəl, Müsnəd, II, 114, IV, 367; Darimi, Fədailu`l-Quran 1).
İbn Kəsir, Qədir Xum hədisinin bütün rəvayətlərini zikr etmiş, yuxaridakı rəvayətin əslində zəif olduğuna işarə etmişdir. (İbn Kəsir, əs-Sıratu`n-Nəbəviyyə, IV, 414). Daha səhih görüşə görə isə bu iki Səqaleynin “Quran” və “Sünnə” olduğu bildirilmişdir.
Əlinin xilafətə başqalarından daha çox haqq sahibi olduğunun dəlili olaraq önə sürülən Qədir Xum hədisinin Raşidi xəlifələr dövründə (Əbu Bəkr, Ömər, Osman və Əlin radiyallahu anhumun xəlifəliyi dövrü) bir tək ravi tərəfindən belə nəql edilməmiş olması, bunun varlığı üzərində ciddi şübhələr doğurmaqdadır. Aydın olur ki, daha sonradan Qədir Xum hədisi deyə yayılan bu hadisənin bir vürud səbəbi icad edilmişdir. Şəxsən Əli ibn Əbu Talib ən çox ehtiyac olan zamanda belə bir rəvayətdən söz etməmiş, əks bəyanları olmuşdur. Məs, Peyğəmbərin xəstəliyi zamanı Əli ibn Əbi Talib onu ziyarətdən çıxdıqdan sonra xalq, “Ey Əbu Həsən, Rəsulullah necə oldu?” deyə soruşdular. “Əlhəmdulilləh yaxşıdır” deyə cavab verdi. Ravi deyir ki; bundan sonra Abbas, Əlinin əlindən tutub “Mənə bax, vallahi sən üç gün sonra kölə olacaqsan. Allah`a and içirəm ki, Abdu`l-Muttalib oğullarının üzündə gördüyüm ölümü Allah Rəsulunun üzündə də gördüm. Gəl Allah Rəsulunun yanına gedək və bu işin (xilafət) bizə aid olub olmadığını soruşaq. Əgər bizə aid isə bilək, əgər bizə aid deyilsə Peyğəmbər bizə vəsiyyət etsin” dedi. Əli radiyallahu anhu ona belə cavab verdi: “Vallahi, mən bunu edə bilmərəm, əgər Peyğəmbər salləllahu əleyhi və səlləmin yanına gedərik və bunu bizə verməzsə, heç kim onu bizə daha sonra verməz.” (Buxari, İstizan 29)
İddia edildiyi kimi Qədir Xumda, Əli radiyalahu anhunun, Peyğəmbərdən sonra dövlət başçısı olacağı elan edilmiş və müsəlmanların buna uyğun gəlməsi əmr edilmiş olsaydı, 100 mindən çox səhabəyə bildirilən belə bir vəsiyyət ilə Abbas radiyalahu anhu daxil olmaqla bütün səhabələrin öyrənmiş olması lazım idi. Digər tərəfdən Əli ilə Abbas arasında cərəyan edən yuxarıdakı danışmanın bir mənası qalmazdı. Ancaq Əhli-Sünnə mənbələrinə görə də Qədir Xumda Allah Rəsulu salləllahu əleyhi və səlləm bir xütbə demiş, Əli ilə bağlı sözlər söyləmiş və vəfatından sonra əhli-i beytə diqqət etmələrini vəsiyyət etmişdir. Lakin Əhli-Sünnə alimləri “Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır” kimi sözləri fərqli bir şəkildə açıqlamışdır.
İbn Quteybə bu mövzuda belə deyir: “Peyğəmbər salləllahu əleyhi və səlləm hər müsəlmanın vəlisidir. Yenə iddia olunduğuna görə, Peyğəmbərin vəfatından sonra, əhli beyt xaricində səmimi müsəlmanların sayı 10-u keçməz. Halbuki Qədir Xum xütbəsini 100 mindən çox səhabə dinləmişdir. Bunun mənası budur; Yüz mindən çox səhabə Peyğəmbərin vəfatından sonra sözlərində dayanmamış və Əlini xilafətdən məhrum etmək üçün əməkdaşlıq etmişlər.” Bu ittifaqın meydana gəlmə ehtimalını ağıl qəbul etməz. Bunda hansı məsləhət və fayda ola bilər?
Digər tərəfdən Qədir Xum xütbəsi, hicrətin onuncu ilində zilhiccənin səkkizinci günü vida həccindən dönərkən oxunan bir xütbədir. Eyni il zilhiccənin doqquzuncu günü arafa günü, Bu gün sizin üçün dininizi kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı seçdim (Maidə 3) ayəsi nazil olmuşdur. Bu ayənin, Peyğəmbər salləllahu əleyhi və səlləmə peyğəmbərliyin təbliğini əmr edən, yuxarıda tərcüməsini verdiyimiz Maidə surəsinin 67-ci ayəsindən daha əvvəl nazil olması mümkün deyil!
Dinin tamamlandığını bildirən ayə enmiş və 100 mindən çox hacıya təbliğ edilmişdir. İslam alimlərinin böyük əksəriyyəti Maidə surəsi 67-ci ayənin daha əvvəl, yəni Məkkənin fəthi və Xeybər döyüşündən əvvəl endiyini söyləmişlər. (Səid İsmayıl, Həqiqatul`l-Xilaf beynə üləma`ş-şiə və cumhur ulemai`l-muslimin, Carbondale 1983,. 25, 26).
Bu məqalə islam-tr.net saytından götürülmüşdür.
http://www.islam-tr.net/forum/konu/gadir-i-humda-hz-ali-r-a-halife-mi-secildi.20252/