İntihardan qurtaracaq yol budur qaçırmayın
Bəqərə surəsi 286-cı ayədə Allah: " Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər...." deyir. Bəs o zaman niyə intihar edir insan? Əgər sən 50 kiloqram qaldıra bilirsənsə, Allah da səni belə yaratsa ancaq sən o gücü sağda solda lazımsız şeylərdə sərf etsən, yorulsan və sənə indi 50 kiloqram qaldır deyilsə çətinlik çəkərsən elə deyilmi? Bir alimin səbirlə əlaqəli çox gözəl bir izahı var. Deyir ki : " Bir insan səbir gücünü keçmişə və gələcəyə sərf etməyib olduğu zamana diqqət yetirərsə hər müsibətə qarşı səbr edə bilər." İnsan keçmişdə yaşanmış hadisələrə ağlını yorarsa, bu niyə belə oldu, o niyə belə oldu, bax burda mənə belə dedi. Bir yandan da qoşursan hüzünlü mahnıları o mahnını dinləyirsən bu mahnını dinləyirsən bu da sənin dərdini azaltmaq yerinə daha da artırır sonra da içirsən o da bir fayda vermir. Bir yandan da səbir gücünü gələcəyə sərf edirsən gələcəkdə nə olacaq deyə fikirləşirsən, dəli olursan. Bu anda nolur? səbir gücün keçmişə və gələcəyə sərf olur. Bəs bu günün? İndiki halın? Hazırda zehin boşalıb, indiki halını düşünə bilmirsən, şeytan dərhal hücum edir və səbrini daşırır və deyirsən ki dözə bilmirəm, artıq səbr edə bilməyəcəm, mən bitirəcəm bu həyatı, artıq yaşamaq istəmirəm. Çünki səbir gücünü keçmiş səhvin və qorxduğun gələcəklə tükətmisən. Olan oldu artıq, bu günü düşün, özünə şans ver, yıxılmısansa yenidən qalxmağa çalış. Etdiyin səhvi həyatın sonu olaraq görmə, səhvlər əslində bir təcrübədir, səni daha güclü edə bilər. Şeytanın səni məhv etməsinə icazə vermə.
Bəs İnsanlar nə üçün intihar edir?
Artıq son günlərdə tez-tez intihar xəbərləri alırıq. Xüsusən gənc nəsil arasında intihar hallarının çoxalması sual yaradır: onlar nə üçün intihar edirlər? Nə üçün məhz gənc nəsil arasında intihar halları artır? İntiharların 90 % - i yaşanan sıxntılardan dolayı yaranan psixoloji səbəblərdən qaynaqlanır. Dünyada və Azərbaycanda intiharların səbəbləri arasında depressiya, narkomaniya, internet asılılığı, sevgi xəyanətləri, tənhalıq, psixoloji problemlər, ailədaxili konfliktlər, stress, mövcud gərgin situasiyadan, yaxud yaşanan iztirabdan, borcdan, maddi problemlərdən birdəfəlik qurtulmaq istəyi var. İntihara cəhd edənlərin böyük bir qismi bunu əslində ölmək üçün etmirlər. Özlərini bağışlatmaq üçün (vicdan əzabı) və ya özlərini sevdirmək üçün və ya qisas almaq üçün edirlər ( yəni sizə cəza verirəm, arxamdan dərd çəkin) və ya borclardan qurtulmaq üçün və ya ağıl və qəlb ağrılarını dindirmək üçün intihar edirlər. Bu acılar dinsə həyatına davam etmək istəyər mi? Təbii ki istəyər.
Bütün bunlar səbəb kimi görsənə bilər, lakin əsas səbəbi gözdən qaçırırıq. Axı tarixən bu problemlər olmub, amma bugün olduğu qədər gəncləri intihara sürükləməmişdir. Deməli, xəstəliyin ocağını ortaya çıxarmalıyıq; yoxsa, problemi kökündən həll edə bilməyəcəyik.
İntihar o halda baş verir ki, yaşamaq mənasız olur, dünya və dünyadakılar insan gözündə dəyərini itirir. Baxın, insana yaşamaq, həyatda olmaq qədər heç nə həzz vermir... Lakin, həyat insanın nəzərində adiləşəndə, mənasızlaşanda stress, depressiya, maddi problemlər, sevgi xəyanətləri, ailədaxili konfliktlər intiharı asan və birdəfəlik həll variantı edir.
Yaxşı bəs axı nə üçün həyat mənasızlaşır, ucuzlaşır?
Yaşamağı mənalı edən dəyərlər vardır. Bu dəyərlər mənəvidir, tarixboyu var olub və təcrübədən çıxıb. Sevgi, ailə, ata-ana, valideyn-övlad, böyük-kiçik münasibətləri, namus, şərəf, dürüstlük, fədakarlıq, dostluq, qonşuluq, nikah... – bütün bunlar həssas, həm də həyatı mənalı edən dəyərlərdir. Bunlar Həyata stabillik, rahatlıq verir.
Amma bu gün dəyərlərlə yaşamaq problemə dönüb; çünki həyata məna qatan dəyərləri ucuz və bayağı şeylərlə əvəz olub; məsələn ailə üzvlərilə birlikdə şənlənmək yerinə, sosial şəbəkədəki paylaşıma qoyulan like.lardan zövq alırıq. o şeylər ki, uğrunda ölməyəcək qədər əhəmiyyətsizdir; o şeylər ki, həyata məna qata bilmir; o şeylər ki, narkotik maddələrdə olduğu kimi insana biranlıq rahatlıq verir, amma son nəticədə ona dərd, sıxıntı gətirir,.. Bəli, dəyərlərlə yaşamaq çətindir, nəfsə xoş gəlmir, amma bu bizi xoşbəxt edir. Dəyərlərdən imtina yəni sərbəst, öz kefi, şəhvəti üçün yaşayan, hər şeyi boş verən həyat tərzi nəfsə xoşdur, bizə bir anlıq rahatlıq verir, amma bizi xoşbəxt edə bilmir. Ağıllı insan nəyi seçməlidir?: peşmançılıqla başa çatan bir anlıq ləzzəti, yoxsa uzunvədəli xoşbəxtliyi?
Bəli, “Tam sərbəst ol, heç nəyi vecinə alma”, “ancaq özünü düşün”, kimi fikirlər təhlükəlidir; Axı bu fikirlər insana daimi xoşbəxtlik vermir; üstəlik bizə bir dəfə verilən dünya həyatına son qoya bildiyi üçün təhlükəlidir; Bu gün dəyərləri vecimizə almadığımız üçün nikah, ailə, bakirəlik, namus, böyük-kiçik anlayışı, fədakarlıq kimi sosial dəyərlərə savaş açırıq; ailələr dağılır, tərbiyənin formatı dəyişir; xüsusən gənc nəsildə məsuliyyət və həya hissi ölür; övlad valideynə, qadını kişiyə qarşı çıxır; valideyn, uşaqlar ailədən uzaqlaşır; valideynlər üçün uşaqlarla birlikdə vaxt keçirmək mənasızdır, sosial şəbəkə daha yaxşıdır. Bütün bunlar dəyərləri vecimizə almadığımız üçün yaranan təhlükələrdir Feminizm, satanizm, şəhvani inqilab, ibnəlik, lezbiyanlıq, maddiyatmərkəzli biznes, təhlükəlidir..Fikir verin: bütün bunlar ən çox ailəyə zərər vurur; ailə yıxılarsa, sağlam nəsillərin tərbiyəsi işi axsayacaq və dayanacaq; tərbiyə üçü ən ideal müəssisə ailədir, ən yaxşı tərbiyə verənlər isə valideynlərdir.
Pul, maddiyyat həyatın əsas qayəsi halına gəldikdə, qarşıya pul üçün yoldaşlıq edən insanlar, karyerası naminə ailə qurmayan, qursa da, övladını karyerasına qurban verən valideynlər çıxır... Nəticədə insanlarda intihar riskini artıran tənhalaşma meyilliyi artır! Ana, ata ancaq karyera haqqında düşünərsə, uşaqlar tənhalaşır! Uşaq ailədə lazımi diqqəti görməzsə, ya özünə qapanır, ya da diqqətə olan ehtiyacını başqaları ilə ödəməyə çalışır, bəs başqaları görəsən kimdir? Bəlkə də elə o başqaları gəncləri uçuruma aparır. Bəzən isə valideyn həddindən artıq övladına yüklənir, onun səhvi olduqda sərt cəzalandırır, elebil heç özü gənc olmayıb, xəta etməyib. Deməli, ata və ana övladı ilə dost olmağa çalışmalıdır ki, övladı problemlərini qorxaraq və ya anlayamacaqlarını düşünərək onlardan gizləməsinlər, dərdinə dərmanı başqa yerdə axtarmasınlar. Odur ki valideynlər övladları ilə daha çox vaxt keçirməli, onlara öz əşyası kimi baxmamalıdırlar, özlərini onların yerinə qoymağı bacarmalıdırlar .
Cəmiyyətdə ən böyük problemlərdən biri də insanların bir xəta olanda dərhal bir-birini ittiham etməsi, ancaq özünü haqlı bilib qarşı-tərəfi dinləmək istəməməsidir. Ona görə də, problem həll ola bilmir. İnsanlar həmişə onları anlayan birini axtarırlar, əgər ailəsi və yaxın ətrafı anlayış göstərmirsə təbii olaraq bunu kənarda axtarır vəya intihar edirlər. İntihara meyilli insanlarla tez-tez ünsiyyət qurub onlara pozitiv təsir bağışlamaq lazımdır. Onların dərdini anladığımızı göstərib, birlikdə çıxış yolu üçün çalışmaq təklif olunmalıdır. Biraz səbrli olmaq lazımdır, çünki qarşı tərəfi intihara götürən və illər ərzində yığılan sıxıntı stress bir anda yoxa çıxa bilməz, bir anda onları unutmaq olmur. Depresiya keçirən və ya psixoloji gərgin insanlarla danişarkən ittiham etməkdən, hər şeydə onları günahkar görməkdən çəkinmək lazımdır. Çünki bu vəziyyəti daha da pisləşdirər.
Həmçinin bunu bilək ki, inanc və din qədər həyata məna qatan, həyatı mənalı edən, dəyərləri qoruyub saxlayan ikinci bir şey yoxdur. Xüsusilə intihara meyilli insana təsəlli verən, onu bu işdən çəkindirib, yenidən həyata bağlama gücündə olan yalnız dindir. Ona görə də quru inanc bəs etməz, dini bir həyat olaraq görmək lazımdır. Məsələn, biz tarixdə intihar edən heç bir din adamına rast gəlmirik, amma tarixin səhifələri intihar edən ateist, liberal, feminist, deist, sayentist ziyalılarla doludur... İntiharın qarşısını almağın ən önəmli yolu iman duyğusunun güclü olmasıdır. Qərbdə aparılan araşdırmalara görə ən az intihar faizi dindar əhalidədir. Sırası ilə müsəlmanlar, yəhudilər, cənubi Amerika katolikləri, Avropa katolikləri və bu şəkildə davam edir. Ümumdünya Səhiyyə Təşkilatının 2018-ci il üzrə statistikasından da aydın görünür ki, intihar hallarının ən geniş yayıldığı ölkələr Avropa ölkələridir, və digər inkişaf etmiş ölkələrdir. Həmin ölkələrlə müqayisədə dindar kütlənin çox olduğu Tacikistan, Qətər, Misir və digər müsəlman ölkələri son pillədə yer alır. Din intiharı şiddətli şəkildə qadağan edir və Allahla insan arasında möhkəm münasibət yaradır və bu münasibət ən çətin vəziyyətdə belə insanı ümidsiz qoymur.
Sonda yenə intihar etməyi düşünən şəxslərə üz tutaraq deyirik:
İmtahan başlayanda, kağızlar paylandığı zaman müəllim bəzən sərt ola bilər, xüsusilə də qaydalara tabe olmursansa. Testlərdə doğru variant da vardır yanlış variantlar da vardır. Niyə yanlış variantları da salırsız deyə bilməzsən. Bu bir imtahandır. Bəli dünyada da mənfi şeylər olacaq, problemlər çıxacaq, bu niyə mənim başıma gəldi dediyin şeylər olacaq, ama narahat olma, Allahın hüzurunda ədalət yerini tapacaq. Niyə intihar etməyim ki sualına verəcəyiniz ən qısa cavab: Çünki"Allah var." buna görə intihar etməməliyik. Səni Yaradan səni sevdiyi üçün Yaradıb. Heç kim səni anlamasa da bil ki, səni anlayan Rəbbin var! Qəlbini Ona aç. Ruhunu Onunla söhbət edərək azad et. Allah Quranda bunu söz verir: Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq var! Hətta buna əmin olasan deyə 2 dəfə təkrar edir. (Şərh, 5-6) Bu bəla niyə mənim başıma gəldi, demə! Axirətdə yaşadığın hər çətinliyin qarşılığını görəcəksən inşəAllah. Axı Axirət olmasa bu dünya çox ədalətsiz bir yer olardı, elə deyilmi?. Zalım zülmünün cəzasını, məzlum isə qısasını bəs necə alsın? Sənin sıxıntıların da Axirətdə ədalətli şəkildə tənzimlənəcəyi üçün onlara görə narahat olma bir gün gələcək geriyə baxıb başına gələn şeylərə güləcəksən. Həmişə belə olub. Xatırlayın, həyatınızın ən böyük müsibətini xatırlayın. Gəlir keçir, acısının azaldığını hiss edirsən. Zaman ən gözəl dərmandır. Həftələr , aylar, illər keçdikcə heç xatırlamayassan.
Bunu bil ki bu bədənin, əzaların, cismin Allahın sənə bir əmanətidir. Yəni görmüş olduğumuz heç bir şeyin sahibi deyilik. Bizim malınız deyil. Bəs heç bir şeyə sahib olmayan insanın bu niyə belədir o niyə elədir deməyə haqqı varmı?
Unutmayaq ki, İntihar etmək 7 böyük günahdan biridir. Bu məsələ ilə bağlı Nisa surəsi 29-cu ayədə özünüzü öldürməyin deyə ayə var. Maidə surəsi 32-ci ayədə bir insanı öldürmək bütün insanları öldürmək kimidir deyilir. İntihar etməyin bir pis tərəfiı də odur ki, tövbə etmək şansın olmur. Zina etmisən, tövbə etsən Allah əfv edər, amma intihar etdiyin zaman tövbə etmək üçün fürsətin, zamanın olmayacaq. Birbaşa böyük günahınla Axirətə gözlərini açacaqsan. Hədislərdə çox maraqlı deyim var. "Kim özünü bıçaq kimi kəskin bir şeylə öldürərsə Cəhənnəm atəşində onunla əzab olunar." Buxari, Cənaiz 84. Başqa bir hədisdə "Dünyada ip və bənzəri şeylərlə özünü boğan kimsə Cəhənnəmdə özünü boğar, dünyada özünü vuran kimsə Cəhənnəmdə özünü vurar." qeyd olunur. Yəni burda hansı şəkildə intihar edirsənsə Cəhənnəmdə də eyni şəkildə qarşılıq alacaqsan. Yəni burda 30-40 il ömrüm qalıb, bu ömrü yaşamayım ölüm deyib cəhənnəm diyarında minlərcə il milyonlarca il əzab görmək məntiqlislik deyilmi?.
İntihar edənlər niyə bu əməli edirlər? Hər şey bitsin deyə amma heç bir şey bitmir, daha da pisi başlayır. Cəhənnəmlə bağlı ayələrə bax hədislərə bax Cəhənnəmin necə çətin əziyyətli diyar olduğunu anla. Qəbir əzabı deyilən bir şey var. Bitsin qurtulum!!!. Xeyir elə olmur bitdiyi zaman daha da çətini başlayır. Dünyadakı çətinliklərə dözə bilərsən amma Axirətə getdiyin zaman məni geri göndərin, qılmadığım namazları qılım, o günaha birdə girməyim demək şansın yoxdur.
Bu dünyada çətinliklər var. Bu dünya ləzzət almaq yeri deyil. Bir gün gülərsən o biri gün ağlayarsan. Əgər səbr etsən, Axirətdə tamamilə gülərsən heç ağlamarsan. Gözəl bir söz var deyilir ki dünya fani olduğu halda sənin dərdlərin necə daimi ola bilər. Başına gələn hər şeyə bəladır pisdir deyib keçmə, çünki Allah buyurur : Bə´zən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bə´zən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz” (Bəqərə, 216). Bəlkə də indi dərd kimi görünən sıxıntı gələcəkdə yeni qapılar açacaq, günahlarına kəffarə olaraq səni Rəbbinə yaxınlaşdıracaq. O zaman cəsarətli ol, ümidli ol, səbrli ol və həyatınla barış.. Möhkəm ol, dostum.