Skip to main content


Ən çox verilən 7 sual


1. Niyə mən sınaqlardan çıxıram?

Cavab : (Quran, 29: 2-3) "İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır."

2. Biz həmişə deyirik : "Niyə mən heç vaxt istədiyimi əldə edə bilmirəm?!"

Cavab : (Quran, 2:216) "... Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz."

3. Biz həmişə deyirik : " Niyə bu məhz mənim başıma gəldi?!"

Cavab: (Quran, 2:286). "...Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər..."

4. Biz soruşuruq : " Niyə mən ümidimi itirirəm?"

Cavab: (Quran, 3:139) "Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız"

5. Biz deyirik : "Mən buna necə dözüm??"

Cavab : (Quran 3:200) "Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!"

6. Biz tez-tez soruşuruq ki : "Bütün bu mənə nə verəcək?"

Cavab : (Quran, 9:111) " Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır..."

7. Biz tez-tez deyirik : "Mən kimə güvənə bilərəm?"

Cavab : (Quran, 9:129) "Mənə Allah yetər. Ondan başqa ibadətə layiq məbud yoxdur. Mən ona təvəkkül etdim. O, böyük Ərşin Rəbbidir."