Skip to main content


Niyə Quran oxumalıyıq?

 

  1. Xəstəliklərə şəfa mənbəyidir.

Niyə Quran oxumalıyıq?

 

  1. Oxuyanın rəhbəri olar.

“Allah, ədaləti, hətta ədalətdən də çox ehsanı (ən gözəl davranışı), möhtac olduqları şeyləri yaxınlara verməyi əmr edir. Həyasızlığı, çirkin işləri, zülm və təcavüzü qadağan edir. Düşünüb ibrət alasınız deyə, sizə öyüd-nəsihət verir. (Nəhl 90)

Niyə Quran oxumalıyıq?

 

  1. Hər Hərfinə on savab vardır.

Bununla bağlı Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Qurani Kərimdən bircə hərf oxuyana bir savab vardır. Hər savab da on misliylə qiymətləndirilər. Mən “Əlif Ləm, Mim”in bir hərf olduğunu demirəm. Əksinə Əlif bir hərf, Ləm bir hərf, Mim də bir hərfdir”. (Tirmizi 16)

Başqa bir hədisdə isə deyilir: “Qurani Kərimi məharətlə oxuyan bir insan, Kiramən katibin mələkləri səviyyəsində olur. Onu o səviyyədə bacara bilməyən lakin xalis bir niyyət ilə oxumağa çalışan, oxuyarkən də kəm-küm edib dili dolaşan və Quranı oxumaq ona çətin gəldiyi halda oxuyan insana da iki savab vardır”. (Buxari 52; Müslim 244)

Niyə Quran oxumalıyıq?

  1. Quran oxunan evin qiyməti artar.

Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Quran oxunan evin xeyri artar; orada yaşayanları sıxmaz. Belə evlərə mələklər toplanar, şeytanlar uzaqlaşar. İçində Quran oxunmayan ev orada yaşayanlara dar gəlir; belə evlərin xeyir və bərəkəti az olar; mələklər bu evdən uzaqlaşar; oraya şeytanlar yığışar. İçində Quran oxunan, məna və şərhiylə məşğul olunan ev, ulduzların yer üzünü işıqlandırdığı kimi, səma əhli üçün işıqlandırılar”. (Darimi 2/429-430; Heysəmi 7/171)

Niyə Quran oxumalıyıq?

 

  1. Quran oxunan yerə mələklər, rəhmət və sükunət enər.

Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “İnsanlardan bir dəstə Quranı oxuyub, onu aralarında müzakirə etmək üçün Allah`ın evlərindən birində toplaşanda, mütləq üzərlərinə sükunət enər və onları Allah`ın rəhməti bürüyər. Mələklər də onları qanadlarıyla sararlar. Allah təala da, onları hüzurunda olan uca topluluğun (mələklər) yanında  anar”. (Əbu Davud 349; Müslim 38)

Niyə Quran oxumalıyıq?

 

  1. Quran, Qiyamət günü onu oxumayan və əməl etməyənlərdən şikayət edər.

Qiyamət günü bir adam gətirilər. Quran, bu insanın qarşısına bir insan cildində çıxar. Gətirilən bu adam, Quranın fərzlərini zay etmiş, qadağalarını tapdalamış, et dediklərini etməmiş, etmə dediklərini etmiş biridir. Quran, bu adamı Allah`a belə şikayət edər: “Ya Rəbbi! Mənim ayələrimi nə pis əzbərlədi, sərhədlərimi aşdı, fərzlərimi əda etmədi, mənə tabe olmağı tərk etdi, günah saydığım şeyləri işlədi”. Quran, ortaya dəlillər qoyaraq iddiasını davam etdirər. Bu zaman Uca Allah: “Al bu adamı, nə halı varsa görsün” buyurar. Quran, onu əlindən tutar və üzü üstə Cəhənnəmə atana qədər arxasından əl çəkməz. (Heysəmi 7/160) Başqa rəvayətlərdə də, Quranın qiyamət günü insanların lehində və əleyhinə dəlil olacağı bildirilir. (Müslim; Tirmizi)

Niyə Quran oxumalıyıq?

Nəticə etibarilə, Uca Yaradıcının rəhmət vəsiləsi olaraq göndərdiyi İlahi Kəlam, oxumağımız və anlamağımız lazım olan bir mövqeyə malikdir. O, həm dünya həm də axirətimiz baxımından qurtuluş vəsiləmizdir. Dünyada bizlər üçün əhəmiyyətli bir nəsihət, dərdlərimizə şəfa, hidayət qaynağı və mərhəmətdir. İnsanlığın dərdlərinə dərman olub, onları ən doğru yola yönəldir. Quranın oxunduğu yeri mələklər ziyarət edər və orada dinclik olar. Quranın oxunub başa düşülməsi, Allah qatında insanlara üstünlük qazandırar. Quran, qəbirdə bir nur olar.

(www.suffagah.com)