Skip to main content


Əgər utanmırsansa, istədiyini et!

Peyğəmbər salləllahu əleyhi və səlləm “Əvvəlki peyğəmbərlikdən insanlara çatan söz belədir” dediyi zaman bu hədisin əvvəlki peyğəmbərlərdən alındığına və insanların dilində dolaşaraq nəsildən-nəsilə ötürülərək gəlib bu zamana çatdığına işarə edir. Eyni zamanda bu, hədisin ilk peyğəmbərlər tərəfindən insanlara çatdırıldığına və insanlar arasında yayılaraq bu ümmətin ilk nəsillərinə qədər gəlib çatdığına da dəlalət etməkdədir.

Salman əl-Farisi radiyallahu anhu delə deyir: “Allah bir bir qulun həlak olmasını istədiyi zaman ondan həyanı çəkib alar. Həyanı çəkib alınca onunla ancaq nifrət edən və nifrət edilən şəxslər qarşılaşar. Nifrət edən və ya nifrət edilən bir şəxsin vəziyyəti isə ondan ibarətdir ki, ondan əmanəti qorumaq sifəti qaldırılar və o şəxs ancaq xain və xəyanətə uğramış insanlarla qarşılaşar. Xain və xəyanətə uğramış insanın vəziyyətinə gəlincə isə, ondan mərhəmət sifəti qaldırılar və bu vəziyyətdə ancaq qaba və sərt insanlarla qarşılaşar. Qaba və sərt bir insanın vəziyyətinə gəlincə isə onun boynundan iman bağı sökülüb alınar və bu bağ ondan qaldırılınca onunla lənətlənmiş şeytandan başqası qarşılaşmaz”.

İbni Abbas radiyallahu anhu demişdir: “Həya ilə iman yanaşıdır. Bir insandan həya çəkilib alındığı zaman digəri də onu təqib edər. Peyğəmbər salləllahu əleyhi və səlləm Buxari və Müslimin “Səhih” kitablarında rəvayət olunan hədisdə həyanın imandan olduğunu vurğulamışdır. Abdullah ibni Ömər radiyallahu anhu rəvayət edir ki, bir dəfə Allah Rəsulu salləllahu əleyhi və səlləm öz qardaşına: “Sən çox utancaqsan!” deyib ayıblayan bir şəxsin yanından keçirdi. O şəxs bu sözləri ilə həyalı olmağın ona zərər verdiyini bildirmək istəyirdi. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurdu: “Burax onu! Şübhəsiz ki, həya imandandır”.

Həya iki növdür:

Birincisi yaradılışından bir insanın xarakterində olan və sonradan əldə edilməyən qisimdir. Həyanın bu qismi Allah’ın bir insana ehsan etdiyi və onun xarakterinə yerləşdirdiyi xüsusiyyətlərin ən qiymətlisidir. Buna görə Peyğəmbər salləllahu əleyhi və səlləm “Həya xeyirdən başqa şey gətirməz” buyurur. Belə ki, həya pis işləri etməkdən və aşağılanmaqdan insanı qoruyar, onu gözəl əxlaqlı olmağa və gözəl əxlaqın ucalıqlarına çatmağa təşviq edər. Bu mənada həya imanda olan xüsusiyyətləri özündə daşımış olur. Ömər radiyallahu anhunun belə dediyi rəvayət olunur: “Həyalı olan, insanlardan gizlənər, insanlardan gizlənən onların şərrindən qorunar, insanlardan qorunanı Allah da qoruyar”.

Şam diyarının məşhur süvarilərindən olan Cərrah ibn Abdullah əl-Həkəmi belə deyir: “Həyamdan dolayı qirx il günah etməkdən uzaq durdum. Sonra da bunun sayəsində təqva sahibi oldum”.[1] Abidlərdən birisi belə deyir: “Gördüm ki, günahlar rəzil əməllərdir və onları mürvətimdən dolayı tərk etdim. Bu hal məndə dindarlığa çevrildi”.

İkincisi isə, sonradan əldə olunan qisimdir. Bu Allah’ı tanımaq, Onun ucalığını, qullarına nə qədər yaxın olduğunu, ettikləri hər şeyi bildiyini, gözlərin xain baxışlarnın və qəlblərdə olanları bildiyini dərk etməklə olur. Həyanın bu qismi imanın ən üstün xislətləri içərisində yer alır. Hətta buna ehsan dərəcəsinin ən üstün qismi deyilə bilər. Belə ki, daha öncəki səhifələrdə Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu nəql etmişdik: “Qəbilən içərisindəki etibar sahibi bir şəxsdən necə həya edirsənsə Allah’dan da elə həya et!”.

İbn Məsud radiyallahu anhunun rəvayət etdiyi həya haqqındakı hədisdə belə deyilir: “Allah’dan haqqı ilə həya etmək, başı və onun içindəkilərini, qarnı və onun əhatə etdiklərini qorumaq, ölümü və torpaqda çürüməyi daimən xatırlamaqdır. Hər kim axirəti istəyərsə dünya həyatının zinətini tərk edər, hər kim bunları edərsə, Allah’dan haqqı ilə qorxmuş olar”.[2] Hədisi imam Əhməd və ət-Tirmizi rəvayət etmişdir.

İnsana verilən həya xisləti sayəsində, verilən nemətlər üzərində təfəkkür etmək və bu nemətlərin şükrünü yerinə yetirməkdə qüsurlu olduğunu görmək xüsusiyyəti Allah tərəfindən o şəxsə ehsan edilir. Yaradılışından gələn və ya sonradan qazanılan həya bir şəxsdən qaldırıldığı zaman, o şəxsi pis işlərdən və rəzil insanların etdiklərindən uzaqlaşdıracaq bir əngəl qalmaz. Bu halı ilə o şəxs imansız bir insanın vəziyyətinə düşər.

 

 

[1] - “əs-Sira” kitabı 5-ci cild 190-cı səhifə.

[2] - Hədisi imam Əhməd (1-ci cild 408-ci səhifədə), ət-Tirmizi (2458), ibn Əbu Şeybə (13-cü cild 223-cü səhifə) rəvayət etmişdir.