Skip to main content


Bir Ovuc Od

     

Bundan 1400 il əvvəl Məkkədə Batha Vadisində işgəncə görən insanların fəryadları yayılırdı. Bu insanlar, Məhzumoğullarının cəlladları tərəfindən ağılasığmaz işgəncələrə tabe tutulan Yasir, həyat yoldaşı Sümeyyə və oğulları Ammar radiyallahu anhum idi.

Müşriklər dinindən döndərmək üçün Yasiri qızmar səhra qumlarına yatırdıb işgəncə etməyə başladılar. İşgəncə, günlərlə davam etdi. Bu zamanlarda Peyğəmbər salləllahu əleyhi və səlləm yanlarına gəldyi zaman Yasir radiyallahu anhu, “Ey Allah`ın Elçisi, bu işgəncə belə davam edəcəkmi?” deyə soruşdu. Allah Rasulu salləllahu əleyhi və səlləm “Səbr et!” buyurdu və Ey Allah`ım! Yasir ailəsini bağışla! Həqiqətən, Sən əmrini yerinə yetirirsən” deyə dua etdi. (Əhməd 1/62) Onları qurtarmaq üçün əlindən bir şey gəlməyən Allah Rasulu salləllahu əleyhi və səlləm çox kədərlənirdi. Təsəlli vermək üçün tez-tez yanlarına gəlir və “Səbr edin ey Yasir ailəsi! Müjdələnin! Sizin qovuşma yeriniz Cənnətdir” buyururdu. (Hakim 3/389) Yasir radiyallahu anhu işgəncələrə çox dözə bilməyərək şəhid oldu. Onun şəhadəti bir məğlubiyyət deyil, zəfər idi. Çünki müşriklər ondan istədiklərini ala bilməmşdilər. Yasir son nəfəsinə qədər dinində əzm göstərmiş: “Allah birdir! Allah birdir!” deyərək inancını hayqırmışdır.

Yasirdən sonra Sümeyyəyə radiyallahu anhəyə nə qədər işgəncə verdilərsə o da həyat yoldaşı Yasir kimi dilindən “Allah birdir!” sözünü əksiltmədi. Ən ağır işgəncələrdən sonra Əbu Cəhl bütün gücü ilə hərəkətə keçdi. Məhz bu əsnada Sümeyyə radiyallahu anhə, artıq qabına sığmayan imanı ilə Əbu Cəhlin sifətinə tüpürdü. Əbu Cəhil bir dəfə daha məğlub olmuş, Sümeyyənin dağlar boyda uca imanı altında əzilmişdi. Yalnız Allah`ı böyük tanıyaraq və səbrə dayanaraq zəfərə qovuşmudu.

Beləliklə Batha vadisinin çınqıl daşları bir dastana şahidlik etdi. Məkkəli sıravi insanlar səbrləriylə zalımları məğlub etmişdi. Yaxşı, bəs bu insanlar, bu cür bir müqaviməti necə göstərə bilirdilər?- Əlbəttə ki bunun sirri imanlarındaydı. Onlar həqiqi imanın sirrinə çatmışdılar. Və "Həqiqi imanı əldə edən bir insan, kainata meydan oxuya bilərdi". [6]

    İslamın ilk illərində müsəlmanların batil qarşısındakı ən böyük silahları səbir idi və bu silah müşrikləri hövsələdən çıxaran ən əhəmiyyətli müqavimət simvolu idi. Müşriklər bu silahı heç edə bilmək üçün ən alçaq metodlara müraciət etməkdən geri durmadılar. Məsələn Habbab ibn Ərət radiyallahu anhunu tutub bağladılar. Sonra da yandırdıqları atəşin içinə atdılar. Bu arada əsil bir müşrik onun sinəsinin üstünə basaraq qaçmasına mane olmağa çalışırdı. Daha sonra bu hadisəni nəql edən Habbab müşriklərin odu söndürmədiklərini bu sözləriylə xəbər verdi:  "Atəşi kürəyimdən damlayan yağlar söndürdü." 

      Bilal radiyallahu anhu da işgəncədən ən çox nəsibini alanlardandı. Ümeyyə ibn Xələf köləsini yola gətirməkdə qərarlı idi və ona ən ağır əziyyətlər verirdi. Onu qızğın çöl qumlarının üzərinə uzadıb aç-susuz buraxaraq, döyərək və ağır qayaların altında əzərək işgəncə verdilər. Bütün bu edilənlər Bilalı yolundan döndərə bilmədi və o ən ağır qayaların altında əzilərkən belə, "Əhəd! Əhəd! - (Allah bir! Allah bir)!" deyə qışqırır; üstəlik "Vallah sizi bu sözdən daha çox hirsləndirəcək bir söz bilsəydim onu deyərdim" deyərək meydan oxuyurdu.

Mövzuyla əlaqədar bir hədisə baxaq:  "Səbir üç cürdür: Müsibətlərə qarşı səbir, Allaha itaət etməkdə səbir, günahlardan qaçmaqda səbir." (Deyləmi 3846)

Quranda isə Allah buyurur: "Və sənə ölüm gəlincəyə qədər Rəbbinə qulluq et." 

(Hicr 99)

  Ovuclarında Alov Daşıyanlar-Günümüzdə müsəlmanlar dinlərinin əmr etdiyi şəkildə təhsil almaqdan, evlənib boşanmaqdan, hüquqi nizam içində yaşamaqdan və iqtisadi fəaliyyətlərini halal dairəsində davam etdirməkdən məhrumdur. Sevgili Peyğəmbərimiz salləllahu əleyhi və səlləmin xəbər verdiyi şəkliylə qiyamətə yaxın axır zaman yaşanır. O bizə, qiyamətə yaxın, dini elmlərin geriləyəcəyini, cəhalətin artacağını xəbər vermişdi. (Buxari 21, 24; Müslim 8, 12) Həqiqi din alimlərinin kənarlaşdırılması və modernizmin təsirindəki “alim”ləri xalqa sırımaqla bu xəbər reallaşırdı. Yenə o, əmanətə diqqət edilməyəcəyini və idarəçiliyin əhli olmayanlara veriləcəyini bildirmişdi. (Buxari Elm 2; Riqaq 35) Bir çox şirkət və idarələrdə dost-tanışın, qohum-əqrabanın vəzifə başına gətirilməsinin sanki qayda halına gəlməsiylə bu xəbər də gerçəkləşirdi. Peyğəmbərimiz salləllahu əleyhi və səlləm içki və zinanın yayılmasını qiyamət əlamətləri içində saymışdı. (Buxari Elm 21) Bu gün gənclər orta məktəb dövründən etibarən siqaret və qəlyan çəkməyə meyllənir və bunu az qala "kişilik rəmzi" olaraq görürlər.  Adı müsəlman ölkələrdə haram edilmiş içkilərin halal içkilərdən qat-qat çox içilməsi və zinanın cinayət belə sayılmaması bu əlamətin də ortaya çıxdığını göstərirdi. Sevgili Peyğəmbərimiz hədislərindən birində buyurur: İnsanların üzərinə elə bir zaman gələcək ki, faiz yeməyən kimsə qalmayacaq; hətta yeməmək üçün bütün gücünü istifadə edən adama belə gəlib tozu-dumanı bulaşacaq”. (Əbu Davud Buyu 3; Nəsai Buyu 2) Başqa bir hədsidə isə buyurur:

İnsanların üzərinə elə bir zaman gələcək ki, adam aldığı şeyin halaldanmi, haramdanmı olduğuna fikir verməyəcək”. (Buxari Buyu 7; Nəsai Buyu 2)

    Bunlar da eynilə gerçəkləşdi. Faizə əsaslanan iqtisadi sistemlər müasir dünyanın zəruri şərti kimi göstərilərək İslam dünyasına qəbul etdirilməyə çalışıldı. Sonra da halalından qazanan insanlar belə alverlərini və borclarını faizdən gələn əlavələri banka ödəməyə başladı. Artıq bir çox halda insanın gördüyü iş halal olsa da, maaş verən şirkət və ya qurum qazancına faizlərini qatdığı üçün dolayısı ilə az qala hər kəsə bu toz bulaşmış  duruma gəlmişdir. "Üzümünü ye, bağını soruşma" anlayışı geniş yayıldı.

      Bu və bənzəri mənfi şərtlərin olduqca artdığı bir mühitdə dinlərini tam olaraq yaşamaq üçün səbr edən müsəlmanlar, eynilə ilk müsəlmanlar kimi odla imtahan edilənlərə bənzəyir. Peyğəmbərimiz salləllahu əleyhi və səlləm:

"İslam qərib olaraq başladı. (Bir gün gələcək) Başladığı kimi qəribəliyinə dönəcək. O qəriblərə müjdələr olsun."(Müslim İman 232)

buyurarkən sanki onları izah edirdi. O qəriblər ki, insanların Hz. Peyğəmbərin yolundan sapdıqları bir zamanda bütün çətinliyinə baxmayaraq o yolu izləməyə çalışanlardı.

 İslamın başlanğıcında odla imtahan edilən qəribləri dinlərində sabit-qədəm etdirən şey nə idi sə, bu günün qəriblərini də səbrə və müqavimət göstərməyə aparacaq olan eyni şeydir. O gün müsəlmanlar səbir edərək Allah`ın sevgisinə qovuşacaqlarını və Allah`ın onları hesabsız bir şəkildə mükafatlandıracağını bilirdilər. (Əli İmran 146, Zümər 10) Həmçinin peyğəmbərləri onlara, Allah`ın yaxşılığını dilədiyi quluna müsibət verərək sınayacağını öyrətmişdi. (Buxari Mərda 1) Belə bir müsibətin gəldiyi ilk anda  şikayət etmədən dözməyin adı səbrdir. (Buxari Cənaiz 32, 43; Müslim Cənaiz 14, 15) Hər hansı bir müsəlmana bir çətinlik üz verərsə səbir etsə, ağacın yarpaqlarının tökülməsi kimi günahları tökülürdü.

       Xəstəlik, yorğunluq, hüzn, dərd, əza, ruhi sıxıntı və hətta ayağına batacaq bir tikan belə möminlərin günahlarına kəffarə sayılmışdı. (Buxari Mərza 1) Elə isə belə böyük mükafatlara qovuşmaq üçün səbrə sarılmaq nə gözəl bir hərəkətdir! Səbirlə silahlananlar yalnız axirətdə deyil bu dünyada da mükafatlandırılırlar. Onların mükafatı mənəvi sakitlik də deyə biləcəyimiz ruhi doyumdur. İmam-ı Rabbani demişdir: “Bil ki çətinliklər və müsibətlər, hər nə qədər görünüşləri etibarilə bədənə ağrı-acı versələr də daxili cəhətləri ilə şirin və ruha ləzzət verirlər. Çünki ruh və bədən bir-birinə zidd iki struktur kimidirlər. Birinin acı çəkməsi digərinə ləzzət verir”.

Səbir burağına minib qulluq meracına yüksələnlər nə xoşbəxtdirlər!!!